Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Psixoloji xidmət zamanı istifadə olunan empirik metodlar: a) müşahidə və özünümüşahidə; b) müsahibə



Yüklə 147,85 Kb.
səhifə15/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   11   12   13   14   15   16   17   18   ...   117
4.Psixoloji xidmət zamanı istifadə olunan empirik metodlar: a) müşahidə və özünümüşahidə; b) müsahibə.

Müşahidə. Müşahidə metodu dedikdə, psixi hadisələrin cərəyanına müdaxilə edilmədən onu baş verdiyi təbii şəraitdə məqsədəuyğun və müntəzəm sürətdə izləmək nəzərdə tutulur. Bu metod psixoloji faktları öyrənmək, təsbit etmək üçün xüsusi əhəmiyyət kəsb edir. Müşahidə üçün xarakterik cəhət odur ki, burada da eksperimentdə olduğu kimi tədqiqatşı həe hansı faktı müəyyən edir. Həqiqətdə isə bir çox məsələlər nəzərdən yayınır.

Pol Fress və Jan Piaje göstərirlər ki, hələ XIII əsrdə Rocer Bekon passiv müşahidəni fəal müşahidədən fərqləndirdi. Ümumilikdə isə müşahidə metodu 4 mərhələdə tətbiq olunur.



  1. Vacib faktların mühüm xüsusiyyətləri öyrənilir.

  2. Fərziyyə formalaşdırılır.

  3. Yoxlayıcı eksperimentdən istifadə olunur.

  4. Nəticələr işlənilir.

Müşahdə metodunun tətbiqi müxtəlif yaş dövrlərində tətbiq olunur. Çünki yaş psixologiyasının özünəməxsus xüsusiyyətləri bu metodun tətbiqində psixolji yaşın bəzi xüsusiyyətlərin nəzərə alınmasını tələb edir. Məsələn, uşağı məktəbəqədər və kiçik məktəb yaşı dövründə müşahidə ederek öyrənmək olar. Onu da qeyd etmək lazımdır ki, uşaqlıq dövrünün tətbiqində uzunmüddətli, sistemli müşahidələrə daha çox yer verilir. Xüsusilə yaş psixologiyasının ilk mərhələsində J.J.Russo, Ç.Darvin, A.Mençinskaya kimi tədqiqatçıların öz övladları üzərində apardıqları çoxillik müşahidələr elmə yaxşı məlumdur.

Müşahidə metodu müəyyən şərtlərlə tətbiq olunur:



  1. Müşahidə, psixodiaqnostik məlumatın əldə edilməsinə yönəlməlidir.

  2. Öyrənilən hadisə barədə daha ətraflı məlumat əldə etmək üşün həmin

  3. hadisə müxtəlif şəraitdə nəzərdən keçirilməli, ona təsir edən bütün amillər ətraflı və dəqiq sürətdə aydınlaşdırılmalıdır.

  4. Müşahidə mütəşəkkil və ardıcıl qaydada təşkil olunmalıdır.

  5. Müşahidənin nəticələri dəqiq qeyd olunmalıdır.

  6. Müşahidə və onun nəticələri müşahidəçidən obyektivlik tələb edir.

Müşahidələr təsadüfi və sistematik olmaqla iki yerə bölünür:

  1. Təsadüfü müşahidə heç bir qaydaya tabe olmur. Psixoloq tərəfindən

gündəlik həyat şəraitində aparılır. Alınan nəticələr elmi biliklər formasında toplanır. Bu nəticələr psixoloqun fikirlərinə təsir göstərə bilir.

  1. Sistematik müşahidə planlı şəkildə aparılmaqla təbii müşahidə də

adlandırılır. Sistematik müşahidə vasitəsilə vasitəsilə insanın gündəlik həyat şəraitində öyrənilərək nəticələrə görə protokollar tərtib olunur.

Bir sıra müşahidələr kliniki müşahidələr adlanır. Bu halda ətraf aləmdəki şəraiti tətqiqatçı özü müəyyənləşdirir. Bu müşahidə özünün tədbiq sahəsinə, məqsədinə malikdir. Kiçik qruplar üzərində aparılan çoxsaylı müşahidələr də bu qisimdəndir. Onun iştirakçıları, ya bilərəkdən, ya da bilməyərəkdən müşahidə obyekti olurlar.

Müşahidənin çətinliyi. Müşahidənin bir sıra çətinlikləri də vardır. Beləki, müşahidə, əslində hər hansı hadisənin, hərəkətin və ya sənədin qavranılmasıdır. Məlum olduşu kimi, heç bir psixi hadisə qavrayış qədər aldadıcı deyildir. Çünki qavrama, ilk növbədə - obyekti hissi olaraq mənimsəməkdir.

Hər bir obyekt öz qanunlarına, məzmununa, məkan münasibətlərinə malikdir. Çox zaman müşahidə edilən obyekt və hadisələrin xarici görünüşü aldadıcı olduğundan müşahidə prosesdə bizim qavrayışımız məlumatları təhrif olunmuş şəkildə qəbul edir. Bəzən də qavrayış çoxsaylı qıcıqlardan istifadə etməsinə baxmayaraq seçdiyi obyektlərə məzsus olan xüsusiyyətlərin yalnız bir qismi haqqında məlumat ala bilir. Biz həmin məlumatları, ya öz intensivliyinə, ya da əvvəlki fəaliyyətimizə uyğun gəldiyinə görə qəbul edirik. Bütün bunlar nəzərə alınaraq müşahidənin nəticələri heç vaxt insanın psixolji vəziyyətinin, yaxud inkişafının faktiki halı haqqında yekun qərar vermək üçün yetərli ola bilməz. Bu baxımdan müşahidə, psixidiaqnostikanın köməkçi metodlarından biridir.

Müşahidənin yazılması. Müşahidənin etibarlı nəticə verməsi üçün qarşıya dəqiq və aydın məqsəd qoymaqla yanaşı, müəyyən sxemdən də istifadə etmək lazım gəlir. Bu, müşahidə nəticələrinin aydın ifadəsinə imkan verir.

Müşahidə materiallarını təsbit etmək üçün müxtəlif texniki vasitələrdən (foto, kino, səsyazma və s. aparatlardan) istifadə olunur. Bu halda müşahidə psixoloji hadisələr haqqında daha qiymətli material verə bilir, lakin bunlar da nöqsansız deyildir. Müşahidələrin təşkili zamanı yol verilmiş hər hansı nöqsan və çatışmazlıqlar başqa metodların, məsələn eksperiment və testlərin köməyilə aradan qaldırılır.

Müsahibə - söhbətlər. Bu metoddan psixoloji göstəriciləri müəyyənləşdirmək, mövqeləri, yanaşmaları, mülahizələri öyrənmək məqsədilə istifadə edilir.

Söhbətlər-xüsusi plan əsasında aparılır. Veriləcək suallar avvalcədən müəyyənləşdirilir. Söhbətləri xüsusi məzmunlu şəkillər, əşyalar və d. obyektlər əsasında da aparmaq olar. Şəkillər sosial həyat hadisələri, nağıl sujetləri, təbiət mövzusunda və s. istiqamətində hazırlanır. Müsahibə xarakterli söhbətlərdən daha geniş istifadə olunur. Belə münasibətlər bir-birilə əlaqəli qurulmuş 6-7 və daha çox sualı əhatə edir.

Müsahibələrin köməyi ilə yaranmış problemi psixoloji xidmət göstərilən şəxslə birgə təhlil etmək, bu yolla onun ətraf aləmə münasibətini, əqli imkanlarını öyrənmək məqsədəuyğundur. Bununla belə, ayrılıqda müsahibələrin nəticələri insanın inkişafı haqqında konkret fikir söyləmək üçün əsas ola bilməz. Məsələn, uşaqlarla keçirilən müsahibələrdə bunun səbəbləri aşağıdakılarla izah olunur:


  1. uşağın öz düşüncələri, hiss və emosiyalarını, münasibətini ifadə etmək

üçün kifayət qədər söz ehtiyyatına malik olmaması;

  1. onların kifayət qədər əməli vərdişlərə yiyələnməməsi, öz biliklərindən istifadə imkanlarının bəsitliyi.

Müsahibələr fərdi və qrup halında aparılır. Suallar ya bütöv. Ya da yarımçıq

variantlarla, aydın ifadə olunmuş tərzdə verilir. Məzmunu dəyişdirilən suallar uşağın fərdi-psixoloji xüxusiyyətlərinin üzə çıxarılmasına kömək edir. Belə söhbətlərin aparılması ekspertdən xüsusi hazırlıq tələb edir, çünki verilən cavabların məzmununa sual verənin şəxsiyyət keyfiyyətləri də təsir göstərir. Ekspertin xarici görünüşü, davranış tərzi, geyimi, jesti, səsin emosionallığı və d. amillərin təsiri də nəzərə alınmalıdır. Həmçinin, pedaqoji ustalıq, psixolji hazırlıq, şəxsi keyfiyyətlər, xüsusilə kliyentin fərdiyyətini müəyyən edə bilmək qabiliyyəti müsahibənin müvəffəqiyyətini təmin edir.




Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin