Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Əmrahlı L.Ş.Uşaqların məktəbə hazırlığının psixoloji məsələləri.B.,2006



Yüklə 147,85 Kb.
səhifə19/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   15   16   17   18   19   20   21   22   ...   117
Əmrahlı L.Ş.Uşaqların məktəbə hazırlığının psixoloji məsələləri.B.,2006.

  • Qədirova R.H., Babayeva T.T. Psixologiya praktikumu. (metodik vəsait) B.,2004.

  • Həmzəyev M.Ə. Pedaqoji psixologiya. B.,1991. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar.B, 2006.

  • Psixologiya. Prof.S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı, 2007.

  • Əmrahlı L.Ş. Məktəb psixoloqu. Metodik vəsait. Bakı, 2014.

  • Məmmədov İ.Ə. Məktəb psixoloqunun məlumat kitabı.B.,2003

    Praktik uşaq psixologiyasının meydana gəlməsi və inkişafı XIX əsrin sonu – XX əsrin əvvəllərində Amerikan psixoloqu Stenli Xoll tərəfindən uşaqlar haqqında elm olan pedologiyanın yaradılması ilə sıx bağlıdır. Xoll da C. Kettel kimi Alman psixoloqu, 1879 – cu ildə dünyada ilk eksperimental psixologiya laboratoriyasının əsasını qoymuş Vilhelm Vundun tələbəsi olmuş və bir neçə il onun yanında təcrübə keçmişdir. Öz vətəninə qayıtdıqdan sonra Xoll məktəb həyatının praktik problemləri ilə birbaşa bağlı olan uşaq psixologiyası məsələlərinin öyrənilməsinə xüsusi önəm verməyə başlamışdır. Bunun nəticəsi olaraq o, 1883 – cü ildə ABŞ – dakı Baltimor universitetində Amerikada yaş psixologiyasına həsr olunmuş ilk jurnalların əsasını qoymuşdur. 1891 – ci ildə onun redaktorluğu ilə “Pedaqoji seminar və genetik psixologiya”, 1910 – cu ildə isə “Pedaqoji psixologiya” jurnalları nəşr olunmağa başlamışdır. S. Xoll həm də vaxtilə uşaqlar haqqında komleks hesab edilən pedalogiyanın da banisidir. Müasir dövrdə bir sıra alimlər pedologiyanı praktik uşaq psixologiyasının sələfi hesab edirlər.

    Uşaq psixologiyasının öyrəndiyi problemlərin müxtəlifliyini nəzərə alan Klapared bu elmi tətbiqi və nəzəri olmaqla iki hissəyə ayırmağı təklif edirdi. O, belə hesab edirdi ki, nəzəri uşaq psixologiyasının vəzifəsi uşaqların psixi inkişafının mərhələlərini və qanunlarını tədqiq etməkdən ibarət olmalıdır. Tətbiqi uşaq psixologiyası isə öz növbəsində psixodiaqnostika və psixotexnikaya ayrılmalıdır. Psixodiaqnostika uşaqların psixi inkişafını ölçməklə diaqnostika məqsədinə xidmət etməli, psixotexnika isə müəyyən yaş dövrünə adekvat olan təlim və tərbiyə metodlarının işlənilib hazırlanmasını həyata keçirməlidir. Beləliklə, Klapared psixologiya elminin müstəqil sahəsi kimi praktik uşaq psixologiyasının əsasını qoymuş oldu.

    Eksperimental psixoloji tədqiqatlarla məşğul olan Halton əsas diqqətini bütün fərdlər üçün ümumi olan qanunların müəyyənləşdirilməsinə, müxtəlif adamlarda onların variantivliyinin öyrənilməsinə yönəltmişdir. O, bu variantivliyi öyrənmək üçün bir sıra xüsusi metodikalar kəşf etdi ki, bunlar da psixologiyanın yeni və daha geniş bir sahəsinin – deferensial psixologiyanın mənbəyini yaratmış oldu. Sonralar elmin bu sahəsi müstəqil nəzəri və praktik əhəmiyyətli bilik sahəsinə çevrildi və psixologiyada yeni riyazi və statistik metodların tətbiqi genişləndirməyə başladı. Əqli qabiliyyətlərin mənşəyi məsələlərini öyrənmək sahəsində xüsusi əmək sərf edən Halton həm də bioqrafik anket metodlarının tətbiqinə də xüsusi əhəmiyyət verirdi.

    Haltonun həyat idealı “superman” – yüksək istedadlı, güclü şəxsiyyət idi. Uzunmüddətli araşdırmalardan sonra Halton bu qənaətə gəldi ki, elmi fəaliyyətdə qabiliyyətlərin inkişafının həlledici amili irsiyyətdir. Sonrakı tədqiqatlarında anketləşdirmə yolu ilə fərdi fərqləri öyrənmək məqsədilə Halton eksperiment metodunun tətbiqinə başladı. 1884 – cü ildə o, Londonda beynəlxalq sərgidə xüsusi eksperimental laboratoriya təşkil etdi. Onun vasitəsilə 9 mindən artıq adamın fiziki (boy, çəki) göstəriciləri ilə yanaşı, psixi keyfiyyətləri (həssaslığın müxtəlif növləri, qıcığa reaksiya müddəti və s.) ölşülmüşdür. Halton müxtəlif əlamətlər üzrə diaqnostikanın çoxsaylı konkret metodlarının və onlar arasındakı korrelyasiyanın (asılılığın) müəllifidir. Bu metodlar sonradan psixologiya elminin zənginləşməsinə böyük töhfə kimi faktor təhlili metodunun işlənilib hazırlanmasına zəmin yaratmışdır.

    Haltonun nailiyyətləri içərisində test metodunun işlənilməsi sahəsində xidmətləri xüsusi yer tutur. Bu metod Haltonun laboratoriyasında mühüm metodikalardan biri olmuş, sonralar psixologiya elminin metodları sırasına əbədi daxil edilmişdir.

    Test metodunun yaradıcıları sırasında ABŞ psixoloqu D.Kettelin (1860 – 1944) xüsusi yeri vardır. V. Vundtun Leypsiqdəki laboratoriyasını tərk edərək Londona sonra isə ABŞ –a qayıdaraq Kettel 1891 – ci ildə Kolumbiya universitetində psixologiya laboratoriyası yaratmışdır. O, bu laboratoriyada 50 – yə qədər test nümunəsi üzrə eksperimentlər keçirmişdir.

    Uşaqların intellektini tez, dəqiq və etibarlı şəkildə müəyyən etməyə imkan verən ilk testlərin hazırlanmasında fransız psixoloqu Alferd Binenin xüsusi xidmətləri olmuşdur. Uşaqlarda təfəkkürün inkişafı mərhələlərini eksperimental yolla öyrənməyə çalışan Bine onların qarşısına müəyyən anlayışlara aid suallar qoyurdu. (məsələn, stul nədir?, at nədir?, və s.) 3, 7 yaşlı uşaqların belə suallarının cavablarını ümumiləşdirən Bine bu qənaətə gəlmişdir ki, uşaqlar anlayışların mənimsənilməsi və inkişafı baxımından sayma, təsvir interpretasiya olmaqla üç əsas mərhələdən keçirlər.

    Uşağın ağıl yaşının hesablanmasında Binenin şagirdi T. Simonun tərtib etdiyi xüsusi şkaladan istifadə olunurdu. Bir qədər sonralar, Alman psixoloqu Vilyam Ştern intellektin daha dəqiq diaqnostikası üçün IQ - əqli inkişaf əmsalını təklif etdi. Bu əmsal aşağıdaık düstur əsasında hesablamır :

    ağıl yaşı (MA)

    IQ = ────────────── x 100 %

    xronoloji yaş (XA)

    Əqli inkişaf şkalasına görə, 70 baldan 130 baladək əmsallar norma hesab edilir. 70 baldan aşağı göstəricisi inkişafın geriliyini, 130 baldan yuxarı isə istedadın göstəricisi kimi qəbul edilir. A. Bine tərtib etdiyi şkalanı T. Simonla birlikdə 3 dəfə (1905, 1908, 1911 – ci illərdə) yeniləşdirmiş və modifikasiya etmişdir. Fransada Binenin nüfuzu o qədər yüksək idi ki, onun tərtib etdiyi testlər ölümündən sonra da keçən 50 il ərzində, yəni 1960 – cı ilədək toxunulmaz qalmışdır.

    Xarici ölkələrdə ölkələrin psixoloji, siyasi, iqtisadi, mədəni xüsusiyyətlərindən, təhsil ehtiyaclarınan, təlim və tərbiyənin məqsədlərindən asılı olaraq, psixoloji xidmətin spesifik modelləri yaradılmışdır. Bu cəhətdən ABŞ – da fəaliyyət göstərən “Qaydens” psixoloji xidmət sistemini misal göstərmək olar.

    Qaydens” – ingiliscə “rəhbərlik etmək”, “istiqamətləndirmək” deməkdir. Bu xidmət sahəsi XIX – XX əsrlərdə ABŞ – da kapitalizmin sürətli inkişafı ilə əlaqədar meydana gəlmişdir.

    “Qaydens” psixoloji xidmətinin meydana gəlməsində müstəsna rol oynamış alimlərdən biri Con Konant idi. O, psixoloji testləşdirməni hər bir insan fərdinin, hər bir formalaşan şəxsiyyətin gələcək uğur və uğursuzluqlarını müəyyənləşdirən ən etibarlı vasitə hesab edirdi. Bu ideyanı əldə rəhbər tutan Con Konant 1947 – ci ildə ABŞ – da müvəffəqiyyət testlərinin hazırlanması üzrə Agentliyin təşkilində fəal iştirak etdi. 1945 – 1960 – cı illərdə ABŞ – da kaunslerlərin (“qaydens” xidməti üzrə mələhətçi – mütəxəssislərin) iş sistemində testlər dəsti xüsusi yer tutmağa başladı. Onlar fərdi fərqlərin obyektiv xarakteristikasını (cins, irq, sosial vəziyyət) verməklə yanaşı, “əlamət – faktor” konsepsiyasından çıxış edərək fərdlərin təsnifat bölgüsünü apardılar.

    Təhsildə spesifik psixoloji xidmət sisteminə malik olan ölkələrdən biri də İspaniyadır. Bu ölkədə psixodiaqnostika sahəsində ilk əsər hələ 1575 – ci ildə həkim və filosof Xuan Uarte (1530 – 1589) tərəfindən yazılmışdır. “Xarakterin elmi məqsədlər üçün tədqiqi” adlanan həmin traktat psixologiya elminə böyük töhfə vermişdir. Onun əsas məqsədi “müdrikliyin” tiplərini müəyyənləşdirməkdən, intellektual funksiyalar əsasında insanlar arasındakı fərqləri aşkara çıxarmaqdan ibarət olmuşdur. Xuan Uartedən sonra Mariano Kubi (1801 – 1875) Qallın frenoloji ideyalarına əsaslanaraq insanın sifətindəki qüsurların əqli inkişafla əlaqəsini, Pedro Mate – i Fontanet (1811 – 1877) isə idealist metod əsasında psixi funksiyaları öyrənməyə təşəbbüs göstərmişlər.

    XX əsrin əvvəllərində Rusiyada pedologiyanın formalaşmasının əsl təşəbbüskarları A. P. Neçayev, N. P. Rumyantsev və V. M. Bexterev olmuşdur. Neçayev və Rumyantsev kompleks xarakter daşıyan üstünlüklərdən bəhs edərək qeyd edirdilər ki, onun başlıca məqsədi uşaqların psixoloji müayinəsindən ibarətdir.

    1904 – cü ildə Peterburqda A. P. Neçayevin rəhbərliyi altında Rusiyada ilk pedoloji kurslar açıldı. Bu kursların məqsədi müdavimləri uşaq və gənclərin fizioloji və psixoloji xüsusiyyətləri haqqında zəruri biliklərlə silahlandırmaqdan ibarət idi. Həmin illərdə pedaqoji biliklərin daha geniş yayılması üçün Neçayev və Rumyantsev pedaqoji psixologiya və pedaqogikaya aid bir sıra kitablar çap etdirdilər. Bu dövrdə Rusiyada uşaq psixologiyasına aid bir sıra jurnallar – “Tərbiyə xəbərləri”, “Psixologiya”, “Kriminal antropologiya və pedaqogika xəbərləri”, “Pedaqoji xəbərlər” çap olunurdu.

    XX əsrin əvvəllərində rus pedaqoq, psixoloq və həkimləri əlbir şəkildə səmərəli iş aparırdılar. Həkim – pediatrlardan N. P. Qundobin və E. A. Pokrovski məktəb xəstəliklərinin profilaktikası, psixoloqlardan P. F. Kapterev, B. P. Lenski, M. M. Rubinşteyin və b.tədqiqatçılar isə məktəb yorğunluğu, oxu və yazının formalaşması dinamikası, dərsdə ixtiyari davranış və intellektin inkişaf problemlərini öyrənirdirlər.

    Uşaqların psixi inkişafı problemlərinin tədqiqində rus psixiatr və pedaqoqu İ. A. Sikorskinin müstəsna rolu olmuşdur. O, müəllim və şagirdlərin dərsdə yorğunluğunun aradan qaldırılmasını təmin edən dəs proqramları təklif etmiş, olk dəfə olaraq Kiyevdəki Frebel adına mərkəzdə eksperimental məktəb və psixoloji məsləhətxana təşkil etmişdi.

    XX əsrin əvvəllərində praktik psixologiyanın qarşısında duran əsas vəzifə yeni cəmiyyətin yeni vətəndaşının tərbiyə edilməsindən ibarət idi. Bu dövrdə daha səmərəli təlim metodlarına əsaslanan yeni sovet məktəbinin əsası qoyuldu, yeni insanın tərbiyəsi işində psixologiya elminin rolu və əhəmiyyəti yüksəlməyə başladı.

    1920 – ci ildən başlayaraq Rusiyanın mərkəzi şəhərlərində və ucqarlarında Quberniya uşaq səhiyyə ambulatorları, Psixotexniki və Peda\oloji kabinetlərin təşkili sahəinsə xeyli işlər görülmüşdü. Bu müəssisələr M. Y. Basovun rəhbərliyi altında əlbir iş aparırdılar. M. Y. Basovun bu dövrdə bir sıra əsərləri çap olundu. Onların sırasında “Uşaqlar üzərində psixoloji müşahidələin metodikası” (1929), “Pedaqoq və uşaqlar üzərində tədqiqat işi” (1930), “Pedologiyanın ümumi əsasları” (1931) qeyd etmək olar.

    Keçmiş SSRİ – də məktəb psixoloji xidmətinin təşkili sahəsində ilk işlər ötən əsrin 80 – ci illərinin əvvəllərində Estoniyada X. Y. Liymets Y. L. Sıerdin rəhbərliyi altında həyata keçirilmişdir. 1980 – ci ildə Y. L. Sıerdin “Məktəbdə psixoloji xidmət şəraitində testlərin tətbiqinə verilən praktik tələblər haqqında”, 1983 – cü ildə isə X. Y. Liymetsin “Sovet pedaqoji sistemində məktəb psixoloji xidməti” adlı əsərlərinin çap olunması bu sahədə görüləcək işlərə əhəmiyyətli təkan vermiş oldu.

    Ötən əsrin 80 – ci illərinin ortalarından başlayaraq Rusiyada gənc və intensiv inkişaf etməkdə olan bu sahəyə aid bir sıra əsərlər çap olundu. Onların sırasında İ. V. Dubrovinanın redaktorluğu altında çap olunmuş “Məktəbdə psixoloji xidmət” (M., 1984), Y. K. Babanski, A. A. Bodalev və İ. V. Dubrovinanın redaktorluğu ilə buraxılmış “Məktəb psixoloji xidmətinin elmi – praktik problemləri” (M., 1987), kimi monoqrafiyaların, İ. V. Dubrovinanın “Məktəbdə psixoloji xidmət”, “Məktəb psixoloji xidmətinin məqsəd və vəzifələri” və s. adlarını qeyd etmək olar.

    XXI əsrin əvvəllərindən başlayaraq Rusiyanın təhsil sistemində psixoloji xidmətin tətbiqi reallaşmışdır. Bu sahədə rus psixoloqlarından V. A. Rodionov, O. V. Kardaşina, M. V. Zinovyeva, A. L . Venqer, R. S. Nemov və b.fəaliyyətlərini xüsusi qeyd etmək olar.





    Yüklə 147,85 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   15   16   17   18   19   20   21   22   ...   117




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin