Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim



Yüklə 147,85 Kb.
səhifə30/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   26   27   28   29   30   31   32   33   ...   117
Xüsusi sənədlər.

Xüsusi sənədlər praktik psixoloqun fəaliyyətinin məzmunu , proseduru və peşəkarlığının nəticələrini əks etdirir. Bu sənədlər qeyri-peşəkarlara qapalı olub onlardan hər hansı məqsədlər üçün icazəsiz istifadə etmək qadağandır. Lazım gəldikdə yalnız psixoloqun həmin sənədlər əsasında verdiyi məlumat , tövsiyə, çıxarış və rəydən istifadə olunur , müzakirə aparılır.

Sənədlərlə məktəb rəhbərliyinin və pedaqoqların tanış olmasında məqsəd yalnız şagirdin qarşılışdığı çətinliyin , yaranan psixoloji problemin , düşdüyü problem situasiyaların həllində ona kömək məqsədi daşıya bilər. Bu zaman praktik psixoloqun verdiyi informasiya əsasdır. Birinci sənəd kodlu sənədlərdir. Onlardan yalnız psixoloq istifadə edə bilər.

Psixoloji xarakteristikalar və psixoloji nəticələri sagirdin psixoloji portretini tərtib etməyə , özünün yaş qrupunu ,cinsinə xas olan xüsusiyyətlərini aydınlaşdırmağa , davranış fəaliyyət və ünsiyyət göstəricilərini , dərketmə imkanlarını aydınlaşdırmağa imkan verir.

Xəritədə ontonenetik inkişafın yaş mərhələləri üzrə göstəriciləri qeyd olunur. Xəritədə ilk növbədə şagirdin anket göstəriciləri qeyd olunur. Bundan sonra inkişafın diaqnozlaşdırılması daha asan və etibarlı göstəriciləri haqqında məlumatlar sistəmləşdirilir.

Psixoloji xəritə müxtəlif sahələrdə fərqli formada tərtib olunur. Onun işlənilməsində də həmin sahənin xüsusiyyətləri nəzərə alınır. Xəritədə ilk növbədə şagirdin anket göstəriciləri qeyd olunur. Bundan sonra inkişafın diaqnozlaşdırılması daha asan və etibarlı göstəriciləri haqqında məlumatlar sistemləşdirilir.

Psixoloji xəritə müxtəlif sahələrdə fərqli formada tərtib olunur. Onun işlənilməsində də həmin sahənin xüsusiyyətləri nəzərə alınır.

Burada şagirdin yaxın və aktual inkişaf zonaları üzrə göstəricilərlə real inkişafın göstəricilərinin korrelyasiyası da aparıla bilər. Belə korrelyasiya qavrayış, hafizə, təfəkkür, nitq və d. prosseslər , elece də motivasiya şəxsiyyət və şəxsiyyətlərarası münasibətlərin sosiallaşma dərəcəsi üzrə müəyyənləşir.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin