Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim



Yüklə 147,85 Kb.
səhifə38/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   34   35   36   37   38   39   40   41   ...   117
Valideynləri arasında aparılan maarifləndirmə işində aşağıdakı problem mövzular mühazirə edilə bilər:

  • uşaqların baxçaya, adaptasiyası və məktəbə hazırlanması ilə bağlı məsələlər;

  • uşaqların cinsi identifikasiyası və psixoseksual inkişafı ilə əlaqədar mövzular;

  • texniki informasiya mənbələrindən (televizor, video, kompyuter, oyunlar kompyuter qurğuları, mobil telefon və s.) istifadə ilə əlaqədar məsələlər.

Müəllim və tərbiyəçilər üçün bu mövzular sırasına aşağıdakılar daxil edilə bilər:

  • uşaqlar üçün inkişafetdirici və proqramların hazırlanması və onlardan istifadə;

  • nitq pozğunluqlarının simptomatik və inkişafdan geridə qalma məsələləri;

  • uşaqların ümumi və xüsusi qabiliyyətləri;

  • uşaq, yeniyetmə və gənclərdə istedadın inkişaf etdirilməsi;

  • “risk qrupu” ona da aid edilən uşaq və yeniyetmələrlə işin təşkili;

  • “çətin” uşaqlarla təlim tərbiyə işlərinin təşkili xüsusiyyətləri.

Qeyd etmək lazımdır ki, o, maarifləndirmə ilə bağlı mövzuların müəyyənləşdirilməsində psixoloq müəllim, tərbiyəçi və valideynlərin sorğularını nəzərə almalı və planlaşdırma zamanı həmin mövzulara daha çox üstünlük verməlidir.

Psixoloji maarifləndirmə işində verbal -kommunikativ vasitələrlə yanaşı qeyri -verbal (əyani) vasitələrdən də geniş istifadə olunur. Məktəbəqədər müəssisələrdən və məktəbdə stendlərdən, xüsusi mətnlərdən, illüstrativ materiallardan, kitab və broşüralardan, test və anket nümunələrindən ibarət guşələr hazırlanması məqsədəuyğundur. Bundan başqa,psixoloq öz iş otağında yaratdığı kitabxanada ailə, valideynlər üçün və nigah məsələlərinə aid olan xüsusi seçilmiş ədəbiyyatlar da cəmləşdirə bilər. Müəllim və tərbiyəçiləri üçün guşədə pedaqoji-psixoloji ədəbiyyatların saxlanılması məqsədəuyğundur. Məktəbəqədər uşaq tərbiyə məsələlərində və məktəbdə psixoloq yardıma ehtiyacı olan şəxslərə göstərdiyi kömək və əsasən kommunikativ təsirə əsaslanmaqla tövsiyə xarakteri daşıyır. Bu qarşılıqlı təsir müəsisə rəhbərliyinin, müəllim və tərbiyəçilərin, həmçinin valideyn və uşaqların sorğuları əsasında həyata keçirilir. Belə və qarşılıqlı əlaqə psixoloq tərəfindən keçirilən sorğuları əsasında hazırlanmış informativ və korreksiyaedici profilaktik məzmunlu tövsiyələrin hazırlanması yolu ilə reallaşmış olur. Psixoloji məsləhətlərin təşkilinin əsas forması fərdi məsləhətdir. Qeyd etmək lazımdır ki, məktəbəqədər uşaq tərbiyə müəssisələrində psixoloji məsləhətlərin təşkilinin spesifik xüsusiyyətləri vardır. O, uşağın inkişafı təlimi və tərbiyəsi ilə bağlı problemlərə istiqamətlənmişdir və birbaşa məsləhət vermə məzmunu daşıyır. Məktəbəqədər yaşlı uşaq hələlik sorğu ilə müraciət etmək imkanına malik olmadığına görə, bu məsələ ilə bağlı əsas təşəbbüskarlar uşağını ən yaxın əhatəsində olan yaşlılardır. Psixoloq bağçada müşahidələri aparmaqla uşaqların qarşılaşdıqları əsas çətinlikləri müəyyənləşdirməli və onların aradan qaldırılmasına kömək göstərməlidir.

Praktik psixoloqun tövsiyələri mümkün münaqişələrin yumşaldılması, dramatikləşməsinin qarşısının alınması strategiyasına yönəlməli və bu məqsədə xidmət etməlidir.

Təhsil müəssisəsinə cəlb edilmiş uşaqların davranış qüsurlarına görə, onların günahlandırılması halları baş verdikdə, assosial davranışının motivlərini müəyyənləşdirmək, onun təzahürlərini aradan qaldırmaq, psixoemosional və psixosomatik baxımdan müalicəsi və tərbiyəsi məqsədi ilə əlaqədar şəxslərə məsləhət və tövsiyələr verilir.

Psixoloq ona ünvanlanan sorğuların təhlili əsasında yaşlıların uşaqla qarşılıqlı münasibətində yaranan real çətinliklərin aradan qaldırılması üçün elmi cəhətdən əsaslandırılmış psixoloji təsir strategiyasını qurur, taktiki variantlarını müəyyənləşdirir.

Təhsil sistemində pedaqoji prosesin psixoloji təminatı praktik psixoloqun öhdəsinə düşən vəzifələrdən biridir. Bu praktik psixoloji xidmətin qarşısında qoyulmuş istiqamətlərdən biri kimi ontogenetik inkişaf prosesində fərdin inkişafının psixoloji qanunlara müvafiq qurulmasında pedaqoji təsirlərin rolunu nəzərə almağı vacib şərt kimi irəli sürür. Qeyd olunan cəhət öz özlüyündən pedaqoji prosesin xüsusi təşkil edilmiş təsir sistemində, yəni təlim və tərbiyə prosesində, şəxsiyyətin formalaşmasının psixoloji qanunauyğunluqlarına uyğunlaşdırılması zərurətini bir tələb olaraq qarşıya qoyur.

Pedaqoji prosesdə təsirləndirici vəzifənin yerinə yetirilməsi təhsil (inkişafetdirici) proqramlarının psixoloji müşayiəti əsasında, tərbiyə prosesi isə tərbiyəedici situasiyaların psixoloji təminatı vasitəsi ilə həyata keçirilir.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin