Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Psixoloji- pedaqoji konsilium praktik psixoloqun əsas iş metodlarından biri kimi



Yüklə 147,85 Kb.
səhifə42/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   38   39   40   41   42   43   44   45   ...   117
5.Psixoloji- pedaqoji konsilium praktik psixoloqun əsas iş metodlarından biri kimi.

Psixoloqun bir mütəxəssis kimi fəaliyyətində başlıca məqamlardan biri zəruri anlarda öz mövqeyini ortaya qoymaq bacarığıdır. Psixoloq heç də müəllimlərin fəaliyyətini qiymətləndirmir, onları mühakimə etmir, fəaliyyətlərinin nəticələrini ekspertizadan keçmir. O, müəllimlərlə əməkdaşlıq şəraitində onların qarşılaşdıqları problemlərin həll edilməsində mütəxəssis məsləhətçi kimi öz xidmətini təklif edir, onlara zəruri konsultasiyalar verir. Psixoloq təhsil müəssisələrində müəllim və tərbiyəçilərlə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir:



  • Pedaqoqların psixoloji cəhətdən müdafiəsi üçün şəraitin yaradılması;

  • Şəxsi və peşəkarlıqla bağlı problemlərin həllində pedaqoqlara kömək göstərmək;

  • Zəruri hallarda pedaqoqun emosional gərginliklə bağlı problemlərinin həll edilməsi;

  • müəssisənin kadr siyasəti ilə bağlı məsələlərin həllində (müəllimlərin işə götürülməsi, işçi qruplarının yaradılması, işdən azad etmə məzuniyyət və s.) metodistlərə və məktəb rəhbərliyindən tövsiyələr vermək və s.

Psixoloq məktəb rəhbərləri və müəllimləri uşaqları və uşaq kollektivini öyrənmək üçün zəruri olan xüsusi bir metodikalarla tanış etməli, bu metodikalarla işləməyin yollarını göstərməlidir. Bu baxımdan psixoloqun iş formalarından biri pedaqoji –psixoloji konsulumdur.

Praktik psixoloq pedaqoji -psixoloji konsiliumda aşağıdakı konkret məsələlər üzrə tədbirləri həyata keçirir:



  • Təhsil müəssisəsində pedaqoji kollektivlə peşəkar qarşılıqlı münasibətlərin təhlil edilməsi;

  • uşaqların pedaqoji- psixoloji statusunun qiymətləndirilməsi;

  • Şagirdlərin imicinin formalaşdırılması üçün meyarların və rəylərin konkret arqumentlərlə əsaslandırılması;

  • uşaqların inkişafındakı patologiya və normadan kənaraçıxma hallarının psixoloji təhlili və qiymətləndirməsi;

  • şagirdlərin bilikləri mənimsəməsində və idrak proseslərinin inkişafındakı maneələrin aradan qaldırılması üçün əməli təkliflərin irəli sürülməsi;

  • Şagirdlərin öyrənilməsi üçün psixodiaqnostik funksiyaların bölüşdürülməsi;

  • Psixi inkişaf haqqında proqnozlarla diaqnostik müayinənin nəticələrinin müqayisəsi və təhlili ;

  • Psixi və əqli inkişafda öz yaşıdlarını qabaqlayan , geridə qalan, həmçinin “risk qrupu”na aid edilən uşaqlarla fərdi və qrup halında məşğələlərin təşkili üçün müəllimlərə əməli köməkliyin göstərilməsi;

  • məktəbdə şagirdlərin inkişafı üçün pedaqoji fəaliyyətin subyektləri arasında əlverişli psixoloji iqlim və səmərəli əməkdaşlıq mühitinin yaradılması imkanlarının araşdırılması;

  • Pedoqoji kollektivdəki konfliktləri aradan qaldırmaq yollarının təhlil edilməsi;

  • Pedaqoji etikanın pozulması, ünsiyyət tərzini kəskinləşməsi hallarını yaradan səbəblərin təhlil edilməsi və qiymətləndirilməsi.



Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin