Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 2004



Yüklə 147,85 Kb.
səhifə44/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   40   41   42   43   44   45   46   47   ...   117
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 2004

  • Mehrabov A. , Abbasov Ə., Zeynalov Z., Həsənov. Pedaqoji texnologiyalar. Bakı, 2006.

  • İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003.


    1.Psixodiaqnostika anlayışı, onun məzmunu və vəzifələri.

    Psixodiaqnostik praktik psixologiyanın fərdin psixi inkişaf səviyyəsi, xüsusiyyətlərini dəqiq qiymətləndirmək üçün bir metodologiya və metodlar sistemini nəzəri cəhətdən işləyib hazırlayan xüsusi sahəsidir.

    Psixodiaqnostik baxımdan qiymətləndirmə obyektinə psixologiyanın öyrəndiyi bütün fakt və hadisələr –duyğulardan başlamış insanların ünsiyyəti və qarşılıqlı münasibətlərində təzahür edən mürəkkəb sosial -psixi proseslərədək hər bir psixi proses, xassə və funksiyalar daxildir.

    Psixodiaqnostika interaktiv elmi-texnoloji fənn olub, differensial psixologiyaya və test yaradıcılığının riyazi texnologiyası üzrə elmi nəzəriyyəyə istinad edir. Psixodiaqnostika bu yolla konkret praktik məsələlərin həlli üçün psixodiaqnostik metodikaların repertuarını yaradır və onlardan istifadə edir. Bu metodikalarla və psixoloji diaqnozun qoyulması sınanılan şəxs haqqında kifayət qədər sürətli və etibarlı şəkildə məlumatların əldə edilməsini təmin edir.

    Psixoloji diaqnoz-şəxsiyyətin qabiliyyətləri, motivləri kimi davamlı xüsusiyyətlərin ilk kompleks qeydə alınmış formasıdır. Psixodiaqnostik müayinənin nəticələri əsasında qoyulmuş diaqnoz nəticə olaraq öyrənilən keyfiyyət və ya xüsusiyyətin inkişaf etdirilməsi və ya korreksiyası haqqında mütəxəssislər üçün tövsiyələrin hazırlanmasını nəzərdə tutur ki, bunun da əsasında pedaqoq, tərbiyəçi və praktik psixoloqlar inkişafetdirici tədbirləri həyata keçirirlər. Psixodiaqnostikanın əsas məqsədi fərdin psixi və inkişaf şəxsi inkişafını tam təmin etməkdən ibarətdir.

    Psixodiaqnostika təcrübəsində fərdin əldə etdiyi psixi inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün aşağıdakı ümumi vəzifələri həll edilir:



    • Hansı psixi xassə və keyfiyyətin inkişaf səviyyəsinin aşkara çıxarılması ;

    • Müəyyən yaş mərhələsində psixi xassə və keyfiyyətlərin yaranması və onun inkişaf dinamikasının müəyyənləşdirilməsi;

    • Fərqin və ya müəyyən qrupun xüsusi təşkil edilmiş təlim-tərbiyənin təsiri altında (məsələn, pedaqoji eksperiment nəticəsində ) psixikası və davranışında yaranan real dəyişikliklərin aşkara çıxarılması ;

    • Şəxsiyyətin keçmişdə inkişaf dinamikasının təhlili əsasında onun bu və ya digər keyfiyyətlərinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ;

    • Müayinə edilən adamların və ya qrupun əldə edilmiş inkişaf göstəriciləri nəzərə almaqla, gələcəkdə diferensiallaşdırılmış iş aparmaq məqsədilə onların kateqoriyalara bölünməsi;

    • Fərdin və ya qrupun bu və ya digər fəaliyyət sahəsində, məsələn, öz xidməti vəzifəsinin icrası üçün onun peşə yararlığının müəyyənləşdirilməsi ;

    • Fərdin və ya qrupun tibbi və ya sosial normalar baxımından bu inkişaf göstəriciləri və davranışının uyğun olub- olmamasının müəyyənləşdirilməsi və zəruri psixokorreksiya işlərinin aparılması;

    • Fərdin və ya qrupun gələcək həyat yolunun seçilməsi (peşə, nigah üçün tərəfdaş və s.) gələcək özünütəhsil üçün tövsiyələrin işlənib hazırlanması;

    Psixodiaqnostikanın qeyd olunan ümumi vəzifələrinin böyük hissəsi məktəbəqədər müəssisələrdə və məktəblərdə ən müxtəlif yaşlı uşaqlarla iş prosesinə aiddir. Bununla belə, psixodiaqnostikanın daha konkret məqsədlərlə bağlı olan bir sıra xüsusi vəzifələri də vardır. həmin vəzifələrə aşağıdakılar aid edilə bilər:

    • Həyatının ilk aylarından başlamış orta məktəbi qurtaranadək olan dövrdə uşaqların psixoloji (idrakı, intellektual, şəxsi və şəxsiyyətlərarası) inkişafının yaş dinamikasının öyrənilməsi. Bu halda hər bir uşağın (böyük uşaqlar üçün aylıq, körpə və erkən yaşlı uşaqlar üçün illik) inkişaf göstəricilərini özündə əks etdirən xüsusi psixodiaqnostik xəritə tərtib olunmalıdır.

    • Hər bir uşağın fərdi inkişaf şəxsiyyətlərinin orta standart normadan kənara çıxması (müsbət mənada sürətli inkişaf, mənfi mənada geridəqalma) hallarının müəyyənləşdirilməsi ;

    • Uşaqlarla keçirilən inkişafetdirici pedaqoji eksperimentlərin nəticələri əsasında təlim və tərbiyənin səmərəliliyi yüksəltməyə psixoloji cəhətdən xidmət edən praktik tövsiyələrin işlənib hazırlanması ;

    • Uşağın təbii imkanlarının, istedad və fərdi qabiliyyətlərinin inkişaf səviyyəsini vaxtında aşkara çıxarmaq və daha da inkişaf etdirmək məqsədi ilə elmi cəhətdən əsaslandırılmış peşə məsləhətləri və peşəyönümlü işlərinin həyata keçirilməsi ;

    • Uşağın təlimi və tərbiyəsinin optimal təşkilini təmin etmək məqsədilə onun psixologiyası haqqında müəllim və valideynlər üçün faydalı ola biləcək çoxcəhətli məlumatların əldə edilməsi .

    Uşaqların həyat və fəaliyyətini müxtəlif cəhətdən öyrənən psixodiaqnostika elmi cəhətdən sınaqdan çıxarılmış çoxsaylı tədqiqat metodlarına istinad edir. Bu metodların seçilməsinə olduqca ciddi tələblər verilir. Buraya tətbiq olunan metodun müvafiqliyi, dəqiqliyi ilə etibarlılığı daxildir. Metodun müvafiqliyi dedikdə, öyrənilən xüsusiyyətin bu metodla uyğunluğu başa düşülür. Məsələn, erkən yaşlı uşaqların davranış motivlərinin öyrənilməsində onların şəxsi mühakimələrinə əsaslanan söhbət və ya müsahibə metodu müvafiq hesab edilə bilməz. Çünki bu yaşlı uşaqlar hələ öz davranışlarının motivlərini dərk etmək qabiliyyətinə malik deyilər.

    Psixodiaqnostik metodun dəqiqliyi öyrənilən keyfiyyətin incə fərqlərini sezməyə imkan yaradır. Məsələn, tədqiqata cəlb edilmiş şəxsə verilən anket və sorğularda bəzən “hə”, “yox” tipli mülahizələr cavabların dəqiqliyini bildirdiyi halda, “hərdən”, “hərdənbir”, “bəzən”, “deyə bilmərəm” tipli cavablar qeyri-müəyyənliyi haqqında rəy yaratmış olur.

    Etibarlılıq tətbiq olunan metodun mühüm keyfiyyətlərindən biri kimi tədqiqatın kim tərəfindən və ya təkrar aparılmasından asılı olmayaraq, onun nəticələrinin eyni olacağına təminat yaradır.

    Praktik psixodiaqnostika yalnız müvafiq, dəqiq və etibarlı metodikalardan istifadə olunmalıdır. Əks halda, qeyri -dəqiq göstəricilərin alınması təhlükəsi yaranır ki, bunlar da yalnış nəticələrə gətirib çıxara bilər. Burada psixoloq, yəni metodları seçən və tərtib edən şəxs birbaşa məsuliyyət daşıyır .

    Uşaqların psixodiaqnostikasının keçirilməsi zamanı psixoloq peşə fəaliyyətini yerinə yetirərkən mənəvi -etik xarakterli aşağıdakı tələblərə əməl etməlidir:


    1. Psixodiaqnostik müayinə heç bir halda uşağa zərər yetirmək məqsədilə keçirilməməlidir;

    2. Psixodiaqnostika yalnız tibbi və hüquq praktikasından yol verilən xüsusi hallar istisna olmaqla, uşaqların özlərinin və onların valideynlərinin razılığı ilə keçirilməlidir;

    3. Qanunla valideynlik hüququndan məhrum olunmuş şəxslər istisna olmaqla, digər valideynlər öz uşaqlarının psixodiaqnostik müayinələrinin nəticələrini və bunun əsasında mütəxəssis psixoloqun gəldiyi qənaətləri bilmək hüququna malikdirlər. Psixoloq öz növbəsində uşaqların psixologiyası ilə bağlı valideynlərin sorğularına ətraflı və dəqiq cavab verməyə borcludur;

    4. Müəllimlərin və valideynlərin fikirlərini və bir sıra digər amilləri nəzərə almadan psixodiaqnostik müayinənin nəticələri uşağın taleyi və onun təlim və tərbiyə imkanları haqqında yekun rəyin çıxarılması üçün əsas ola bilməz.

    5. Təhsil sistemində işləyən psixoloq psixodiaqnostika üzrə işi müəllim və tərbiyəçilərlə sıx əməkdaşlıq şəraitində qurmalı, onları uşaqlar haqqında zəruri məlumatlarla tanış etməlidir.

    Praktik psixodiaqnostik təcrübəsində istifadə olunan metodikaların əksəriyyəti yaş norması adlandırılan anlayışla bağlıdır. bu anlayış psixi və fiziki cəhətdən sağlam olan uşaqlarla öyrənilən psixi xüsusiyyətlərin orta inkişaf göstəricilərini əks etdirir. Yaş norması əsasında keçirilmiş müayinənin nəticələrinə uyğun olaraq uşaqda xüsusiyyətin inkişaf səviyyəsi müəyyənləşdirilir. Əgər uşağın fərdi göstəriciləri normadan yüksəkdirsə, onda o, adətən belə uşağı öz yaşıdlarını qabaqlayan, əgər aşağıdırsa, yaşıdlarından geri qalan uşaq hesab edirlər. Birinci halda uşaq akselerant, ikinci halda isə ratardant hesab olunur.

    Qeyd etmək lazımdır ki, yaş normaları mütləq və dəyişməz deyildir. Uşaqlar istisna olmaqla digər yaş dövrlərinə aid edilən şəxslərin diaqnostikası üçün yaş normaları heç də həmişə yararlı hesab edilə bilməz.

    Normalar həmişə nisbi və dəyişkəndir. İctimai tərəqqi ilə əlaqədar olaraq ötən əsrin əvvəllərində norma kimi qəbul edilmiş göstəricilər şübhəsiz ki, 100 il sonra, yəni müasir dövrdə standart kimi qəbul edilə bilməz. Müasir dövrdə uşaqlar akselerasiyanın təsirinə məruz qalırlar və onların fiziki inkişaf göstəriciləri kimi, intellektual, şəxsi davranış göstəricilərində də norma kimi qəbul edilən orta inkişaf göstəricilərində əhəmiyyətli dəyişikliklər nəzərə çarpır.

    Psixoloqlar belə hesab edirlər ki, yeni normaların standartları dəyişdiyindən müasir dövrdə on il əvvəlki dövrə aid normalardan praktik olaraq istifadə etmək olmaz. hər 3 -5 ildən bir həmin normalara yenidən baxılmalı, dəyişikliklər və əlavələr edilməlidir.

    Uşaqda bu və digər psixi keyfiyyətin müəyyənləşdirilməsi məqsədilə keçirilən psixodiaqnostik müayinənin nəticələri əsasında verilən qiymətə görə uşağın gələcək inkişafı haqqında qəti mühakimə yürütmək olmaz. Bu fikri uşaqların qabiliyyətləri haqqında da demək olar. Diaqnostik , müayinənin keçirildiyi vaxt uşağın qabiliyyətinin aşkar edilmiş səviyyəsi heç də onun gələcəyi haqqında dəqiq proqnozların əsas mənbəyi kimi qəbul edilə bilməz.Bu, gələcəkdə bir sıra amillərdən - uşaq tərəfindən yeni təcrübənin mənimsənilməsi, təlimin keyfiyyəti və onun təkmilləşdirilməsi, uşaqda idrak əhəmiyyətli yeni motivlərin formalaşması səviyyəsindən asılı olaraq dəyişə bilər.

    Praktik psixodiaqnostika, psixoloji xidmət sisteminin və ən çətin sahələrindən biridir. Psixoloji müayinənin keçirilməsi, müvafiq metodikaların seçilməsi, ilə nəticələrin düzgün qiymətləndirilməsi psixoloqdan xüsusi ixtisas hazırlığı, peşəkarlıq və məharət tələb edir. Bu istiqamətdə iş zamanı ən böyük çətinlik uşaqların istedad və qabiliyyəti ilə bağlı proqnostik əhəmiyyətli müayinələrin aparılması zamanı meydana çıxır. Burada I çətinlik ondan ibarətdir ki, uşağın qabiliyyəti praktik olaraq adətən ona verilmiş xüsusi testin nəticələrinə görə qiymətləndirilir. Lakin uşaq tərəfindən ona verilmiş tapşırığın (testin) yerinə yetirilməsi yalnız onun qabiliyyətindən deyil, həm də motivlərindən, mövcud bilik, bacarıq və vərdişlərini inkişaf səviyyəsindən də asılıdır. İnkişafın nəticələri haqqında proqnozun verilməsi isə əksinə, yalnız qabiliyyətlər haqqında bilikləri tələb edir. Qabiliyyətlərin inkişafı və təkmilləşdirilməsi perspektivi praktik olaraq hər bir sağlam uşaq üçün müyəssərdir. Burada xüsusi diqqət tələb edən amillərdən biri də uşaqların qabiliyyətlərinin daha da yaxşılaşdırılması və inkişaf üçün optimal şəraitin, inkişafetdirici mühitin yaradılmasıdır. Bəzən elə olur ki, psixoloji testləşdirmədən keçən hər hansı bir uşaq onu vaxtında yaxşı təlim və tərbiyə etmədiklərinə görə, aşağı nəticələr göstərir. Lakin təlim və tərbiyə şəraiti yaxşılaşdırıldıqdan və ya məktəbi dəyişdirdikdən sonra o, çox keçmədən sürətlə yüksək təlim göstəricilərinə sahib olur, yaşıdlarını arxada qoyur. Ona görə də, uşaqlar üzərində tətbiq olunan hər hansı bir psixodiaqnostik metodika yararlılıq baxımından qeydiyyatdan keçməlidir.

    Müasir psixodiaqnostika təcrübəsində tətbiq olunan metodikaların işlənib hazırlanması çoxcəhətli və mürəkkəb mərhələlərdən keçir. Təqdim olunan metodikaların bir sıra tələblərə cavab verməsi, onun tanınması və qeydə alınması aşağıdakı mərhələlərdən keçməlidir:


    1. Təqdim olunan metodikanın vasitəsilə öyrəniləcək xassə və ya keyfiyyətin dəqiq müəyyən edilməsi. Əks halda həmin metodikanın xarakteriktikası və onun yararlığı öz diaqnostik dəyərini itirmiş olur.

    2. Metodikanın uşaqlarda bu və ya digər xassə və keyfiyyətin inkişaf dərəcəsinin müəyyən edilməsi üçün zəruri və obyektiv əlamətlər kompleksini aşkar etməyə müvafiq olması. Bu əlamətlər birqiymətli olaraq metodoloji cəhətdən tələblərə uyğun olmalıdır.

    3. Fəaliyyət üçün seçilmiş əlamətlərin əməliyyatlar şəklində reallaşan, yəni əməliyyat sistemlərinin işlənilməsi praktik olaraq müşahidə, ilkin məlumatların əldə edilməsi və relevant əlamətlərin yenidən işlənilməsini, ardıcıllığını tamamlamalıdır.

    4. Metodikanın tətbiqinin nəzəri məsələlərinin işlənilməsi. Əgər, məsələn, bu metodika test sorğudan ibarətdirsə, onda bu mərhələ seçilmiş əlamətə aid suallar ardıcıllığının tərtib edilməsi, sınanılan şəxslərin eksperiment zamanı fəaliyyətinə aid təlimatların onlara çatdırılması və psixoloqun tədqiqat zamanı fəaliyyətini özündə əks etdirməlidir.

    5. Tətbiq olunan metodikanın dəqiqliyi, etibarlılığı və yararlılığının yoxlanılması.

    6. Təklif olunan metodikanın praktik olaraq yoxlanılması məqsədilə uşaqların həmin metodika ilə kütləvi müayinəsinin keçirilməsi və bu yolla yaş normalarının əldə edilərək dəqiqləşdirilməsi.


    Yüklə 147,85 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   40   41   42   43   44   45   46   47   ...   117




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin