İ. V. Dubrovinanın təklif etdiyi konsepsiyanın əsas mahiyyəti ondan ibarətdir ki, bir nəfər psixoloq təkbaşına yüzlərlə məktəbli ilə çoxcəhətli iş qurmalıdır. Fikrimizcə, “Təhsil sistemində psixoloji xidmət haqqında Əsasnamə” də göstərilən vəzifələri bir nəfər psixoloqun təkbaşına icra etməsi o qədər də inandırıcı görünmür.
İ. V. Dubrovinanın konsepsiyanda məktəb psixoloqunun işinin “həkim modeli” əsasında qurulmasına üstün əhəmiyyət verilir. Burada psixoloqun əsas vəzifəsinin profilaktika və psixi inkişafdakı qüsurların korreksiyasından ibarət olması ön plana çəkilir.
Dostları ilə paylaş: |