Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim



Yüklə 147,85 Kb.
səhifə6/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   2   3   4   5   6   7   8   9   ...   117
L.M.Fridmanın təklif etdiyi psixoloji xidmət konsepsiyasında isə psixoloq pedaqoji kollektivin üzvü kimi öz məqsəd və vəzifələrini təkbaşına, birbaşa şagirdlərlə deyil, müəllimlər, məktəb və sinif rəhbərləri, həmçinin şagird özünüidarə orqanları vasitəsilə reallaşdırılması nəzərdə tutulur.

Təhsildə praktik psixoloji xidmətin qarşısında duran məqsədlərdən irəli gələn bir sıra mühüm və təxirəsalınmaz vəzifələri vardır. Psixoloji ədəbiyyatlarda həmin vəzifələr ümumi və konkret olmaqla iki əsas yerə ayrılır. Praktik psixoloqun ümumi vəzifələrinə aşağıdakılar aiddir:



  1. Uşaqlarla iş zamanı hər bir yaş dövrünün potensial imkanlarının reallaşdırılmasını təmin etmək;

  2. Uşaqların maraq, qabiliyyət, meyl, hiss, münasibət, əyləncə və həyat planlarının gerçəkləşdirilməsi üçün onların fərdi xüsusiyyətlərini inkişaf etdirmək;

  3. Uşaq bağçasında, internatda, məktəbdə və s.uşağın normal inkişafı üçün əlverişli psixoloji iqlim yaratmaq, yaşlılar və yaşıdları ilə onun məhsuldar ünsiyyət şəraitini təmin etmək;

  4. Uşaqlarla yanaşı, müəllimlərə, valideynlərə, tərbiyəçilərə vaxtında psixoloji yardım göstərmək.

Məktəb psixoloqun konkret vəzifələrinə aşağıdakılar daxildir:

  1. Şagird şəxsiyyətinin və sinif kollektivinin öyrənilməsi;

  2. Uşaqların məktəb şəraitinə adaptasiyasının təhlili;

  3. Uşağın yaşlılar və yaşıdları ilə qarşılıqlı münasibətlərinin öyrənilməsi;

  4. Profilaktik və korreksiyaedici işin təşkili üçün diaqnostik metodikalar paketinin seçilməsi;

  5. Şagirdlərin maraq, meyl və qabiliyyətlərini aşkara çıxarmaq və onları inkişaf etdirmək;

  6. Psixoloji yardıma ehtiyacı olan uşaqlara kömək etmək.

Təhsil sistemində psixoloji xidmətin qarşısında duran ən başlıca, həm də ən mürəkkəb vəzifə təlim və tərbiyənin keyfiyyətinin yüksəldilməsinə xidmət edən tədbirlərin daim nəzarətdə saxlanılmasıdır. Bu proseslərin uşaqların inkişafının təbii və sosial qanunlarına uyğunlaşdırılması, təlim və tərbiyə nəzəriyyəsinin əsas müddəaları ilə uzlaşmasının zəruriliyi praktik psixoloqun fəaliyyətinin əsas sahələrindən biridir.

Təhsil sistemində psixoloji xidmətin başlıca məqsədi məktəbəqədər və məktəb yaşı dövründə uşaqların, böyüməkdə olan nəslin fərdiyyətinin, həyata yaradıcı münasibətinin formalaşdırılmasına digər subyektlərlə birlikdə fəal təsir göstərməkdən ibarətdir.

Təhsil sistemində çalışan psixoloqun işi müəyyən prinsiplər – onun fəaliyyəti üçün zəruri olan bir sıra başlıca tələblər üzərində qurulur. Həmin prinsiplər ümumi və xüsusi olaraq iki qrupa ayrılır. Bu prinsiplərdən biri fərdi yanaşmadır. Psixoloqun işi formalaşmaqda olan şəxsiyyətin fərdi xüsusiyyətlərinin aşkara çıxarılmasına, onun fərdi inkişafı və korreksiyası üsullarının axtarışına, təlim və davranışında onun üzləşdiyi fərdi problemlərin və çətinliklərin aradan qaldırılmasına yönəlmişdir. Psixoloqun pedaqoqlar və valideynlərlə əlbir fəaliyyəti adlanan ikinci mühüm prinsip uşağın inkişafı, təlimi və tərbiyəsində marağı və payı olan hər bir subyektin – ailənin və pedaqoji kollektivin ümumi pedaqoji məqsəd ətrafında birləşməsini – cəmiyyətin layiqli vətəndaşının formalaşması istiqamətində birgə fəaliyyətini nəzərdə tutur. Praktik psixoloqun fəaliyyətini tənzimləyən üçüncü prinsip psixoloqun hüquq və vəzifələrinin gözlənilməsi adlanır ki, bunlar da “Təhsil sistemində psixoloji xidmət haqqında Əsasnamə”nin “Psixoloji xidmət işçisinin hüquq və vəzifələri” adlanan IV bölməsində konkret şəkildə öz əksini tapmışdır.

Təhsil sistemində psixoloji xidmətin ümumi prinsipləri aşağıdakılardır:


1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin