Təsir müddətinə görə: təxirəsalınmaz, təcili psixoloji yardım. Psixoloji yardımın bu forması mürəkkəb psixoloji vəziyyətlərdə zəruridir. Məsələn, təqib, intihar cəhdi, zorlanma zamanı və s. Belə yardımları inam xidməti, inam telefonları vasitəsilə göstərilir, anonimliyə zəmanət verir. Çətin həyatı situasiyalarda, psixoloji böhran, münaqişələr zamanı psixoloji yardım məsləhətvermə şəklində həyata keçirilir.
İstiqamətinə görə: birbaşa psixoloji yardım. Belə yardım müştərinin müraciətinə əsasən ona bilavasitə göstərilən yardımı nəzərdə tutur. Burada həmrəylik və qabaqlayıcı xarakterli yardım formalarına da rast gəlinir ki, bu da adətən ailə xidmətində səciyyəvi olan yardım formaları hesab olunur;