# fiziki görünüşün dəyişməsi;
# cinsi mənsubiyyət;
# qəbul olunmaq iddiası daxildir.
Motivlər sisteminin yaranması.
Motivləşmiş fəaliyyət. 5 yaşlı uşaqların fəaliyyəti hansısa subyektiv təəssüratlarla yaranan motivlərlə deyil, daha böyük məqsədlərə yönəlmiş motivlərlə tənzimlənir. Nəticədə uşağın fəaliyyətində hissi – perseptiv qavrama arxa plana keçməyə başlayır. Onun hərəkətləri emosional təsirlərdən təmizlənərək daha şüurlu, iradi məzmun alır. 5 yaşlı uşaq artıq elə motivlərlə hərəkət edir ki, biz əvvəlki dövrlərdə onlara rast gələ bilmərik. Uşağın belə fəaliyyəti – motivləşmiş fəaliyyətdir.
5 yaşlıların fəaliyyət motivləri dərketmə maraqları ilə çox bağlıdır. Bu maraqların eqoist məzmunundan asılı olmayaraq o, hələ çox şey öyrənməli, çox zəhmətə atlaşmalı, iradə, əzm nümayiş etdirməli olduğunu başa düşür. Onların necə reallaşdırılması haqqındakı təsəvvürlər isə dumanlı olur. Nəticə, məqsəd haqqında mühakimə yürüdə bilsə də, prosesin gedişini izah etməkdə çətinlik çəkir.
Dostları ilə paylaş: |