III tip “korlanmış uşaq” adlanır. Belə uşaqların intellektual və emosional inkişafında pozulmalar yoxdur. Ancaq onun davranışında qanun pozğunluğu ilə əlaqədar qüsurlar açıq – açığına özünü biruzə verir. Bu da göstərir ki, uşaq pis mühitdə böyümüşdür. Indi də o, öz əhatəsinin normaları ilə yaşayır, cinayətkar aləmin normalarını qəbul edir və onlara tabe olur.
IV tip “axmaq ailə”nin uşağıadlanır. Belə ailələrdə böyümüş yeniyetmələrin assosial davranışı hələ məktəbəqədər yaş dövründə başlayır. Bu cür uşaqlar cəzalanacaqlarını bilsələr belə, yenə də assosial hərəkətlərə yol verirlər. Onları qorxu hissi belə saxlamır. Iş ondadır ki, onlar sadəcə normal və düzgün davranmaq iqtidarında deyillər, heç kimi sevə bilmirlər. Ayıb və günah hissinin nə olduğunu bilməyən bu uşaqlar cəzalandırılsalar da, heç nə olmamış kimi öz bildiklərini edirlər. Bir sözlə bu cür yeniyetmələrə demək olar ki, heç nə ilə kömək etmək mümkün deiyildir.