3. Təlim texnologiyaları
Sosial texnologiyalar texnologiyalar qrupuna aid edilən pedaqoji texnologiyaların ən mühüm sahələrindən biri olan təlim texnologiyası təlimin vəzifələrinin reallaşdırılması prosesində əsas ağırlığın öyrətmə prosesində insan tərəfindən idarə edilən təlim vasitələrinin üzərinə köçürülməsini nəzərdə tutur.Təlim texnologiyasının sturukturunda aşağıdakı əsas komponentlər daxildir:
1.Təlim materiallarının mənimsənilməsinin ilkin diaqnostikasının keçirilməsi
2.Motivləşdirmə və şagirdlərin təlim fəaliyətinin təşkili
3. Təlim vasitələrini tətbiqi ilə fəaliyyətin idarə olunması
4. Materialların mənimsənilməsi keyfiyyətinə nəzarət.
Müasir dövrdə pedaqoji texnologiyalar pedaqogikada pedaqoji vəzifələrin həllinə yönəlmiş ardıcıl,bir-biri ilə qarşılıqlı əlaqədə olan fəaliyyətinin sistemi kimi başa düşülür.Pedaqoji texnologiya elmi cəhətdən ciddi surətdə layihələndirilmiş pedaqoji fəaliyyətin uğurlu nəticələrinə etibarlı təminat verən fəaliyyət sistemidir.
Pedaqoji texnologiyalara aid çox saylı yanaşmalar içərisində bu anlayışı “şəxsiyyətə toxunma incəsənəti”, “uşağa elmi cəhətdən əsaslandırılmış təsir”,kimi xarakterizə edən mövqelər də mövcuddur.
Dostları ilə paylaş: |