Pedaqoji texnologiyalar içərisində mühüm yer tutanlardan biri də tərbiyə və özünütərbiyə texnologiyalarıdır.Bu texnologiyaların əsas nəticəsi tərbiyə olunan şəxsiyyət keyfiyyətləridir.Tərbiyəedici texnologiyalar tərbiyəedici sistemin zəruri elementidir.Tərbiyəedici sistemin aşağıdakı əsas komponentləri vardır:ideyaların məcmuyu kimi məqsəd;məqsədlərin reallaşdırılmasını təmin edən fəaliyyət;fəaliyyəti təşkil edən və onda iştirak edən subyekt;subyektlərin qarşılıqlı fəaliyyəti və ünsiyyət prosesində yaranan münasibətlər;subyekt tərəfindən dərk edilən mühit;sistemin bütövlüyünü və inkişafını təmin edən idarəetmə.
Müasir tərbiyə texnologiyaları tərbiyə prosesinə yenibaxış bucağından yanaşır,tərbiyə prosesinin ənənəvi prinsipləri ilə yanaşı,yeni prinsiplərin də nəzərə alınmasını nəzərdə tutur.Həmin prinsiplər aşağıdakılardır:
1. Subyektivlik prinsipi.Bu prinsip pedaqoqun tərbiyə olunanın şüuruna dönmədən təsir yolu ilə onun “Mən”obrazının və mənlik şüurunun formalaşdırılmasını nəzərdə tutur.
2. Dəyərlər prinsipi. Tərbiyə olunanların real aləmin sərvətlərinə yönəlişliyinin sosial mahiyyətini,müasir mədəniyyət konstektində insan şərəf və ləyaqətini,vətəndaşlıq mövqeyini və s.formalaşdırmasını ehtiva edir.
3. Amplifikasiya prinsipi uşaqlara səliqəli xarici görnüş,psixofizioloji aparat,obrazlı ifadələr, və s. vasitəsilə ünsiyyət yaratmaq və bu tələbatı təmin etməyi nəzərdə tutur.
4. “Burada” və “indi” prinsipi – uşaqlara “söylədiyini burada və indi göstər”formulu əsasında real məliyyatların icrasını nəzərdə tutur.
5. Şəxsiyyətə təsir sahəsi prinsipi - pedaqoqun uşağın şəxsiyyətinə,onun mənəvi məkanına,zövqlər,münasibətlər sahəsinə təsirini əks etdirir.
6. Azad seçim(qeyri-zorakı) prinsipi uşağın hüquqlarına hörmət əsasında onun seçim imkanlarında müstəqilliyin təmin edilməsini ifadə edir.