Normativ sənədlər dedikdə praktik psixoloqun təhsil müəssisəsində peşə fəaliyyətinin normativlərini və standartlarını əks etdirən sənədlər məcmuyu nəzərdə tutulur.
Təhsil müəssisələrində çalışan praktik psixoloqun fəaliyyətinin tənzimlənməsində xüsusi sənədləşdirmə adı fərqləndirilən sənədləşdirən işinin özünəməxsus xüsusiyyətləri vardır. Bu növ sənədləşdirmə praktik psixoloqun fəaliyyətinin zəruri tərkib hissəsi olub, onun işinin keyfiyyətinin məzmun və prosedur baxımından qiymətləndirməyə imkan verir.
Təşkilati metodik sənədlər praktik psixoloqun iş sistemində özünəməxsus yer tutur. Bu qrupa aid edilən sənədlər praktik psixoloqun peşə fəaliyyətinin təşkilini, planlaşdırılması və metodik təminatını nəzərdə tutur.
Praktik psixoloqun fəaliyyətinə 1963 – cü ildə Amerika Psixoloqlar Assosiasiyası tərəfindən 19 prinsip daxil edilmişdir. Həmin etik prinsiplər aşağıdakılardır:
Məsuliyyət prinsipi.
Səriştəlilik prinsipi.
Əxlaqi və hüquqi standartlar prinsipi.
Yanlış təsəvvürlər prinsipi.
Mətbuat üçün bəyanatlar prinsipi.
Konfidensiallıq prinsipi.
Müştərinin rifahı prinsipi.
Müştəri ilə qarşılıqlı münasibət prinsipi.
Şəxssiz xidmət prinsipi.
Xidmət haqqında elan prinsipi.
Peşədaxili münasibətlər prinsipi.
Əməyin ödənilməsi.
Testin nəticələrinin məxfiliyi prinsipi.
Testin interpretasiyası prinsipi.
Testin nəşri prinsipi.
Tədqiqatlarda ehtiyatlılığın gölənilməsi prinsipi.
Nəşrlərin əhəmiyyəti prinsipi.
Təşkilat qarşısında məsuliyyət prinsipi.
Hərəkət üzrə fəaliyyət prinsipi.
Təshil sistemində çalışan praktik psixoloqun fəaliyyətinə bir sıra təşkilati – metodik tələblər verilir. Təhsil müəssisələrinin tipindən asılı olaraq bu tələblərdə müəyyən dəyişikliklər ola bilər. Məktəbdə praktik psixoloq üçün o qədər də böyük olmayan, mütənasib ölçülü, 10 – 12 nəfərin yerləşə biləcəyi təxminən 25 – 30 kv metr sahəsi, həm təbii, həm də süni işıqlandırılması normal olan kabinet olmalıdır. Kabinet uşaqlarla fərdi və qrup halında söhbətlərin aparılması, diaqnostika və korreksiya üzrə işlərin yerinə yetirilməsinə xidmət etməlidir.
Psixologiya kabineti praktik psixoloqun gündəlik iş yeridir. Yaxşı olar ki, psixologiya kabineti məktəb binasının I mərtəbəsində inzibati və təsərrüfat, həmçinin idman və musiqi otaqlarından aralıda, səs – küysüz bir yerdə olsun.
Otağın rəngləri mavi, yaşıl və ya sarı rəng çalarlarına uyğun olmalıdır. Bu rəng qammaları iş şəraitinə uyğunlaşması üçün münasib hesab olunur.
Psixoloq fəaliyyətinin nəticəsini qeyd etmək üçün istifadə olunan sənəd fərdi – psixoloji xəriə adlanır. Bu sənəd hər bir şagird üçün tərtib edilir. Psixoloji xəritə məktəbdə oxuyan hər bir şagird haqqında bir dəfə tərtib olunur və onun orta təhsil müddətində dövri olaraq əlavələr edilir.
Dostları ilə paylaş: |