Əmrahlı L.Ş. Məktəb psixoloqu. B.2014.
Məmmədov İ.Ə. Məktəb psixoloqunun məlumat kitabı B.,2003.
Direktiv sənədlər.
Məktəb psixoloqunun işi bir sıra sənədlər əsasinda tənzimlənir. Bu sənədlər siyahısına ilk növbədə direktiv sənədlər daxildir. Direktiv sənədlərdə təhsil müəssələri və iştirakçıların hüquq və vəzifələri fəaliyyət sahələri, prinsipləri,funksiyaları sistemləşdirilir.
Uçot qeydiyyat sənədlərinə məktəb psixoloqunun qarşılıqlı əlaqədə işlədiyi qurumlar və onların rəhbərləri təhsil subyektləri arasındakı əlaqələrin məzmununu ifadə edən sorğu ,müraciət ,məlumat,təlimat və s. daxildir.
Qəbul edilən edilən və göndərilən sənədlər. Buraya məktəb rəhbərliyi , məktəbdənkənar təşkilatlar psixoloqa və əksinə ünvanlanmış hüquqi-normativ,məlumatlandırıcı,xəbərdarliqedici,çağırış,dəvət məktubları,sənədlər daxildir.Sənədlərin daxilolma tarixi,məzmunu,göndərilən təşkilatın adı,ünvanı və s. məlumatlar jurnalda qeyd olunur.
İnformasiya –planlaşdırma və özünütəhsil sənədlərin qismində psixoloqun işinin perspektiv və diferensial planları,iş rejimi , fərdlər və qruplarla aparılan proflaktika,dioqnastika,konsultasiya və korreksiya işlərinin təxmini qeydiyyat jurnalı ,özunutəhsil ,ixtisasartırma və təcrübə mübadiləsi jurnalı ,tədqiqata cəlb edilmiş şagird qruplarının siyahısi daxildir.
Hazırda məktəb psixoloqlarının istifadə etdiyi sənədlər siyahısı rəsmi qaydada təsdiq edilməmişdir. Təqdim etdiyimiz bu sənədlər isə tövsiyə xarakteri daşıyır. Həmin sənədlər dünyanın bir sıra ölkələrində məktəb psixoloqlarının iş təcəb rübəsində uğurla istifadə edilir.
Dostları ilə paylaş: |