Fərdi konsultasiyaların qeydiyyatı jurnalı
Istifadəçilərlə aparılan fərdi və qrup konsultasiyalarının istiqamətləri, məzmunu və əsas məqamlar jurnalda qeyd olunur. Əslində , konsultasiyaların gedişi əvvəlcədən planlaşdırıldığından onun mətnləri də konsultasiyaya qədər tərtib edilir. Mətnlər müxtəlif məzmunda ola bilər. Burada konkret mövzular sahəsi cızmaq psixoloqun fəaliyyətini məhdudlaşdıra bilər . Nümunə olaraq bir neçə sadə konsultasiya mövzuları üzrə nümunələr verə bilərik.
Psixoloji nəticələrin qeydiyyat sənədləri.
Psixoloji nəticələr psixoloqun sənədləri içində xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd psixoloqun elmi-metodoloji hazırlığının əsas göstəricisi olub bir neçə istiqamətdə aparılmış tədqiqatların nəticələri əsasında, ümumi nəticə çıxarmaq yolu ilətərtib edilir.
Məlum olduğu kimi, psixologiyanın predmeti psixika və özünün bütün quruluşu, xüsusiyyətləri,tipləri, inkişaf mərhələləri ilə birgə bütöv bir sistem halında baxılan insan şəxsiyyətidir. Psixika ilə bağlı olanlar tədqiqat zamanı bir çox hallarda sürüşkən, etibarsız nəticələr verir. Məsələn, bədii əsəsrlərin təsiri ilə sınanılanda (şagirddə) yaranan emosional vəziyyət, günah iş gördüyü, qaydaları pozduğu zamanı onun keçirdiyi hallar və d.müəyyən etmək çətin olur.
Belə faktları araşdırarkən əldə edilmiş nəticələri heşdə həmişə inandırıcı fakt kimi qəbul etmək olmaz, çünki onlar öz sirli təbiyyətini qoruyub saxlayan fenomenlərdir. Psixoloji testləri bu sahədə etibarlı faktlar əldə etməkdə hələ də acizdir. Deməli, psixoloji faktı yalnız müşahidə, sorğu, söhbət, yaxud test yolu ilə əldə etmək etibarlı deyil. Burada məsələyə kompleks yanaşılmalı, bir neçə dioqnostik nəticə variasiya olunmalıdır.
Sınanılan haqqında əldə edilən hər bir yeni psixoloji nəticə müəyyənləşdirdiyi fərziyyə ilə müqayisə olunmalıdır. Fərziyyələr sınanılanla bağlı aparılan tədqiqatda sınaqdan keçirilərək müvafiq nəticələr əldə olunur. Nəticələr mühakimələr əsasında konkretləşdirilərək onun barəsində psixoloji faklar kimi ortaya qoyulur. Həmin fakt psixoloq tərəfindən müddəa kimi irəli sürülür. Beləliklə, təhsil subyektləri haqqında psixoloji fakt tədqiqatdan kənarda yalnız fərziyyədir. Bu fərziyyə elmi psixologiyada olduğu kimi, praktik psixologiyada da ciddi qəbul olunmur. Məhz etibarlı psixoloji ölçmələrlə aparılan tədqiqatda əldə edilmiş nəticələr onun psixoloji fakt kimi qəbul olunmasına “həyat vəsiqəsi” verir.
Dostları ilə paylaş: |