Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Psixodiaqnostikada istifadə olunan klinik müayinə metodları və onlara verilən tələblər



Yüklə 147,85 Kb.
səhifə46/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   42   43   44   45   46   47   48   49   ...   117
3. Psixodiaqnostikada istifadə olunan klinik müayinə metodları və onlara verilən tələblər

Klinik psixologiya (patopsixologiya) psixologiya elminin sahələrindən biri olub, xəstəliklərin, psixi və psixikaya təsirini öyrənir. Psixikanın dəyişməsi və enməsi qanunauyğunluqlarını öyrənən patopsixologiya bu dəyişiklikləri normal psixi fəaliyyətin gedişi ilə müqayisədə öyrənir. Patopsixologiya sahəsində aparılan tədqiqatlar tibbi praktika üçün böyük əhəmiyyətə malikdir. Bu tədqiqatlardan əldə olunan nəticələrdən differensial diaqnostikada, ekspertiza məsələlərində, nevrotik vəziyyətlərin, xüsusilə, uşağın psixikasının anomal inkişafı hallarında korreksiya məqsədləri ilə istifadə olunur.

Psixoloji müayinə üsullarının böyük əhəmiyyətə malik olmasına baxmayaq, onlar kliniki təcrübəyə son illərdə daxil olmuşdur. Bunun səbəbələrindən birincisi, ondan ibarətdir ki yüksək ixtisaslı tibb mütəxəssisləri psixoloqları ya tam ciddi olmamaqla, ya da az əhəmiyyətli praqmatizmdə günahlandıraraq kəskin tənqid atəşinə tuturdular. Ikincisi isə, 80-ci illərin əvvəllərinədək tətbiq olunan diaqnostika üsulları çox ibtidai və anlaşılmaz olduqları üçün xəstəliyin diaqnostikasında və müalicəsində dəqiqlik tələb edən nəticələr vermir və əksər hallarda fərdi xüsusiyyətləri nəzərə alınırdı.

Son dövrlər psixi pozğunluqların diaqnostikasına yeni yanaşma əsasında təkcə psixi və somatik xəstəliklərin özü deyil, xəstənin şəxsiyyətinin parametrləri, intellektual inkişafın səviyyəsi, psixososial streslərin ağırlıq dərəcəsi, funksional uyğunlaşmanın xarakterik və s. nəzərə alınmaqla diaqnoz müəyyən edilməyə başlanmışdır. Bu yanaşmaya görə, klinisist psixisi pozuntunun təzahür dərəcəsini onun fərdin şəxsiyyətinə təsir səviyyəsini nəzərə almalıdır.

Differensial diaqnostikada istifadə olunan klinik psixoloji müayinənin bütün üsulları şərti olaraq 3 tipə bölünür. Sınaqlar (testlər), qiymətləndirmə cədvəli və sorğular.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin