Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Konstruktivliyin yoxlanılması üsulu



Yüklə 147,85 Kb.
səhifə51/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   47   48   49   50   51   52   53   54   ...   117
Konstruktivliyin yoxlanılması üsulu - müxtəlif elmi istiqamətləri olan müstəqil müşahidəçilərin uyğun nəticələrinin nümayişinə nail olunur. Ancaq bu nəticələri əvvəlcədən quraşdırılmamalıdır.

Klinik - psixoloji müayinənin başlıca vəzifələri:

  • Müayinə edilənin vəziyyətinin qiymətləndirilməsi;

  • Pozuntuların diferensial diaqnostikası;

  • Əlamətlərin təzahürünün müəyyənləşdirilməsi;

  • Psixikanın müəyyən sahələrinin və şəxsi keyfiyyətlərinin tətqiqi;

  • Terapevtik prosesin nikbinləşdirilməsi;

  • Vəziyyətə dinamik müşahidənin monitorinqi;

  • Psixoterapevtik istiqamət;


4. Müasir psixoloji testlər və onların təsnifatı.

Psixoloji testlər öz məzmununa görə bir neçə qrupa ayrılır: intellekt testləri, qabiliyyət testləri, müvəffəqiyyət testlər, şəxsiyyət testləri və proyektiv testlər.

Intellekt testləri - İnsanların əqli inkişafını və intellektual səviyyəsini öyrənmək məqsədinə xidmət edir. Intellek dedikdə heç də insanın fərdiyyətini əks etdirən ixtiyari xüsusiyyət deyil, hər şeydən əvvəl onun idrak prosesləri və funksiyaları nəzərdə tutulur. Intellekt insanın malik olduğu əqli qabiliyyətlərin məcmuyudur. Insanların intellekt səviyyəsinin öyrənilməsi sahəsində aparılan tədqiqatlar nəticəsində ilk intellekt testləri yaradılmışdır və bu testlər tarixən psixodiaqnostikanın ilk metodlarından biri hesab edilir. Fərdin intellektinin və əqli inkişafının sabit və kifayət qədər etibarlı göstəricisi kimi “intellektual inkişafəmsalı” (IQ) anlayışı müasir psixodiaqnostikada özünə əbədi yer tutmuşdur. Praktik psixlogiyada geniş istifadə olunan intellekt testləri içərisində D.Vekslerin, P.Amthauerin, S.Ravenin, H.Ayzenkin, Stenford-Binenin, Meylinin, Kettelin yaratdıqları intellekt testləri xüsusi yer tutur.

Qabiliyyət testləri- ümumi və xüsusi olmaqla iki əsas qrupa bölünür. Ümumi qabiliyyətlər dedikdə, ilk növbədə insanın bir neçə fəaliyyətin tələblərinə cavab verən intellektual qabiliyyətləri nəzərdə tutulduğuna görə, onların diaqnostikasında adətən intellekt testlərindən istifadə olunur.

Qabiliyyət testləri konkret fəaliyyət növlərindən asılı olaraq niyə ziddiyyətlidir, musiqili ədəbi bədii və sair kimi növləri vardır ki, xarici ölkələrin təhsil ideologiyasında bu tipli testləri 2 əsas cəhətə görə təsnifatı qəbul edilmişdir.

Psixi funksiyaların növlərinə görə - sensor və motor testlər;

Fəaliiyətin növlərinə görə - texniki və peşə fəaliyyəti testləri, yəni bu və ya digər uyğun olan testlər.

Sensor testlər vasitəsilə insanların qabiliyyətinin müxtəlif xüsusiyyətləri, məsələn, görmə və eşitmənin itiliyi, fərqləndirmə həssaslığı, rəng duyumu, səslərin gurluğunun, tembrinin, ucalığının fərqləndirilməsi və s. tədqiq edilir. Bu zamanı görmənin xüsusiyyətlərini öyrənmək məqsədilə xüsusi cədvəl və aparatlardan istifadə olunur. Eşitmə həssaslığının öyrənilməsində bir sıra sınaqlarla yanaşı, hal hazırda Simorun musiqi qabiliyyəti testi özünün məşhurluğuna görə böyük nüfuza malikdir.

Texniki qabiliyyətlərə malik olan insan müxtəlif cihaz, qurğu və avadanlıqlarla müvəffəqiyyətlə işləmək sahəsində başqa adamlardan fərqlənirlər. Müəyyən edilmişdir ki, insanlarda bəzi ümumi texniki qabiliyyətlərlə yanaşı, bu qabiliyyəti səciyyələndirən bir sıra konkret, xüsusi cəhətlər də vardır.

Peşə fəaliyyəti qabiliyyətlərinin diaqnostikası məqsədi ilə ailəli peşələrin spesifik xüsusiyyətlərinə uyğun olan xüsusi testlər yaradılır.

Müvəffəqiyyət testləri - adı altında qruplaşdırılan testləri adətən təlim və peşə müvəffəqiyyəti testləri və ya didaktik testlər adlandırırlar. Təlim müvəffəqiyyəti testləri ayrı-ayrı fənlər üzrə mənimsənilmiş konkret biliklərin səviyyəsinin qiymətləndirilməsinə xidmət edir. Müvəffəqiyyət testləri yazılı və şifahi formada tətbiq onlunur. Yazılı müvəffəqiyyət testlərindən xüsusi tapşırıqların yerinə yetirilməsi vasitəsilə ümumi məlumatlılığın müəyyənləşdirilməsi məqsədilə istifadə olunur. Yazılı müvəffəqiyyət testlərindən fərqli olaraq, şifahi testlərdə suallar seriyası şifahi, müsahibə formasında qoyulur.

Şəxsiyyət testləri - şəxsiyyət müxtəlif cəhətlərdən – motivlər, maraqlar, şəxsi yönəlişlik, emosional bazanın və s. öyrənilməsi baxımından əhəmiyyətli metodikalardan biridir. Praktik psixoloji xidmətin ayrı -ayrı sahələrində şəxsiyyət testlərinin müxtəlif növlərindən geniş istifadə olunur. Onların sırasında müxtəlif test-sorğular, xüsusilə, Ç.Oshudun sematik differensial, Q.Kellinin “repertuar qəfəs texnikası”nın, S.Y.Rubunşteynin “vaxtın bölünməsi metodikası” nın adlarını xüsusi qeyd etmək olar.

Proyektiv testlər- Şəxsiyyət eksperimental yolla tədqiq edilməsinin sınanılmış və etibarlı vasitələrindən biridir. Onların vasitəsilə şəxsiyyətin maraqları və ustanovkaları, motivləri, sərvət meylləri, qorxu və həyəcanları, dərk edilməyən tələbatları və təhrikləri müayinə edilir. Proyektiv metodikalar vahid psixoloji mexanizmə-“proyeksiyaya” əsaslanır. Rorşahın məşhur “mürəkkəb ləkələri” testi bu xüsusiyyətlərin öyrənilməsi sahəsində özünü doğrultmuş uğurlu sınaq hesab edilir. Proyektiv testlər içərisində Rozentsbeyqin Furustrasiya testi də olduqca məşhurdur. Bu testi müxtəlif konfiliktliu situasiyalar təsvir olunmuşdur.

Kriteriyalara əsaslanan testlər: Kriteriyalara əsaslanan testlər (latınca “kriterion”- mülahizə üçün vasitə deməkdir) psixoloji diaqnostikanın metodlarından biridir. Onların vasitəsilə hər hansı fəaliyyətlə (təlim, peşə və s.) məşğul olan şəxsin müəyyən qrup tapşırıqları yerinə yetirmə səviyyəsi öyrənilir.

Kreativ testlər: (“latınca” “creatio” –yaradıcılıq) şəxsiyyətin yaradıcılıq qabiliyyətinin öyrənilməsi və qiymətləndirilməsi üçün metodikalar sistemidir. Qabiliyyət dedikdə qeyri- adi yeni ideyalar yaratmaq, təfəkkürün ənənəvi sxemlərinə uzaqlaşmaq, problemi situasiyanı orijinal yolla həll etmək bacarığı nəzərdə tutulur.

Praktik psixologiyada geniş yayılmış xüsusi testlər haqqında məlumat vermək lazımdır.

Ayzenk testi - geniş yayılmış intellektual testlərdən biridir. Insanın ümumi intellektual inkişaf səviyyəsini, o cümlədən riyaziyyat və dilçilik sahəsində xüsusi qabiliyyətlərinin inkişaf səviyyəsini aşkara çıxarmaq məqsədil tətbiq olunur.

Amthauer testi – İntellektual testlərdən biri olub, insanı əqli fəaliyyətinin müxtəlif aspektlərini, o cümlədən təfəkkür məntiqini, fikrən hesablamaq bacarığını, obrazlı–məntiqi təfəkkürü, xüsusən diqqət və hafizənin xüsusiyyətlərini öyrənmək məqsədi ilə tətbiq olunur.

Bennet testi – Xüsusi psixodiaqnostik testlərdən biridir. Şəxsiyyətin fiziki- texniki təfəkkürünün inkişaf səviyyəsini aşkara çıxarmaq və qiymətləndirmək məqsədilə tətbiq olunur.

Burdon testi – (Burdonun korrektura sınağı) insanın diqqətinin inkişaf səviyyəsinin, xüsusilə onun məhsuldarlığı, paylanması, keçirilməsi kimi xüsusiyyətlərinin səviyyəsini müəyyən etmək üçün nəzərdə tutulmuşdur.

Veksler testi – (Vekselə görə intellektin ölçülməsi şkalası) ümumi intellektual testlərdən biridir.

Kettel testi – Şəxsiyyətin öyrənilməsinin ən geniş yayılmış və məşhur testlərindən biridir. Bu testin də uşaqlar və böyüklər üçün olmaqla 2 əsas variantı mövcuddur. Onun köməyi ilə şəxsiyyətin xarakterinin 16 əsas əlamətini öyrənmək mümkündür.

Raven testi – (Ravenin mütərəqqi matrisləri) obrazlı-məntiqi təfəkkürün inkişaf səviyyəsini müəyyən etmək üçün tətbiq olunan xüsusi intellektual testlərdən biridir.

Rozentsbeyq testi – (Rozentsbeyqin frustrasiya testi) şəxsiyyəti öyrənmə testlərindən biri olub, şəxsiyyətin xarakter əlamətlərindən biri kimi aqressivliyin səviyyəsini aşkara çıxarıb qiymətləndirmək məqsədi daşıyır.

Məktəb yetkinliyi testi – (Kern-Yirosek testi) 3 əsas tapşırıqdan - subtestdən ibarətdir:

1.Əlin həssas hərəkətlərinin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi. Uşağa ağ vərəqdə sxematik təsvir yolu ilə kişi fiquru çəkmək tapşırığı verilir.

2. Görmə-hərəki koordinasiyanın inkişaf səviyyəsinin müəyyən edilməsi

3.Nümunəni təqlid etmək və təlim tapşırığını qəbul etmək bacarığının aşkar edilməsi (müəyyən qaydada düzülmüş 10 nöqtəyə əsasən nümunəyə uyğun fiquru çəkmək).

Filippin testi – Uşaqların təlimə fiziki cəhətdən hazır olmasını aşkar etmək məqsədilə tətbiq olunur.

P.Y.Qalpernin diaqnostik metodikası –(Əqli əməliyyatların mərhələlər üzrə formalaşdırılması) təlimin ayrı-ayrı mərhələlərində dəqiq reqlamentləşdirmə əsasında pozulmuş və ya formalaşmamış əməliyyatların aşkara çıxarılması, onların aradan qaldırılması və korreksiya edilməsi üsullarından bəhs edən xüsusi metodik sistemdir.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin