Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003



Yüklə 147,85 Kb.
səhifə56/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   52   53   54   55   56   57   58   59   ...   117
İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003.

1.Müasir psixoprofilaktikanın məqsədi və vəzifələri.

Psixoprofilaktika məsləhətvermə məntəqələri, “inam telefonları” və digər təsisatlar vasitəsilə psixi cəhətdən sağlam, lakin ehtiyacı olan adamlara psixoloji yardımın göstərilməsini əhatə edən vahid psixoloji xidmətin ayrılmaz tərkib hissələrindən və ən mühüm istiqamətlərindən biridir. O, təhsil müəssisələrində təhsil alanların, tərbiyə olunanların qarşılaşdığı maneə və çətinliklər haqqında vaxtında xəbərdarlıq edilməsi və onların qarşısının alınması məqsədilə pedaqoji işçilər və valideynlər üçün konkret tövsiyələrin işlənilib hazırlanmasını nəzərdə tutan fəaliyyət sahəsidir.

Psixoprofilaktika psixokorreksiya metodlarına əsaslanmaqla əhalinin vaxtında məlumatlandırılmasını, “risk qrupu” na aid edilən adamların müayinəsi və onlarla psixoprofilaktik işlərin aparılmasını, müşahidə olunan qüsurların simptomlarının vaxtında aradan qaldırılmasını nəzərdə tutur.

Ailədaxili konfliktlərin həllində, xüsusilə ailələrə psixoloji dəstəyin göstərilməsi baxımdan psixloji profilaktika həm də humanitar xidmət sahəsi kimi də nəzərdən keçirilə bilər.

Psixoloji profilaktika uşağın inkişafında arzuolunmaz mümkün anomaliya və qüsurların irəlicədən qarşısını almağa yönəlmiş qabaqlayıcı tədbirlər sistemidir. Bu istiqamətin psixoloji xidmət sistemində zəruriliyi məüəllim , tərbiyəçi və şagirdlərdə psixoloji biliklərə olan təlabatların təmin edilməsi zərurəti ilə bağlıdır.

Psixoprofilaktik istiqamətdə iş aparan psixoloq aşağıdakı konkret tədbirləri həyata keçirir:



  • Müəllimlər və şagirdlər arasında pedaqoji- psixoloji bilikləri təbliğ edir;

  • Psixologiya üzrə dərnək və ya maraq kursu təşkil edir və ona rəhbərlik edir;

  • Şagirdlərin şəxsiyyətinə mənfi təsir edən zərərli mənbələri aşkara çıxarır, pedaqoji kollektiv üçün onların təcrid edilməsi və ya neytrallaşdırılmasına yönəlmiş tövsiyələr hazırlayır;

  • Qayğıdan kənarda qalmış, qabiliyyətli olan baxımsız uşaqlar aşkara çıxarır, onların inkişafı məqsədilə müəllimlər üçün fərdi planlar tərtib edir;

  • Sinif rəhbərlərinə, tərbiyəçilərə məsləhətlərlə psixoloji yardım göstərir, şagirdlər arasında alkoqolizm, narkomaniya, toksikomaniya və s. kimi neqativ halların genişlənməsi təhlükəsinin qarşısını almaq məqsədilə zəruri iş aparır, pedaqoji şura üçün təkliflər hazırlayır;

  • Pedaqoji kollektiv üzvlərinin psixoloji cəhətdən yüklənməsinin qarşısını almaq məqsədilə məktəb rəhbərliyinə xəbərdarlıq edir, bu sahədə müstəqil iş aparır;

  • Şagirdlərə qarşı müxtəlif zorakılıq hallarının qarşısının alınmasına, onların təlim-tərbiyəsi, həyat şəraiti ilə bağlı məlumatlar toplayır və profilaktik tədbirlər həyata keçirilir;

  • Təhsil müəssisəsində, pedaqoji və şagird kollektivində əlverişli, sağlam mənəvi- psixoloji iqlimin yaradılması sahəsində iş aparır;

  • Müəllimlər və tərbiyəçilərlə birlikdə uşaqlar və şagirdlərin təhsil müəssisəsinə adaptasiyası üzrə elmi cəhətdən əsaslandırılmış proqramlar işləyib hazırlayır və onların həyata keçirilməsində iştirak edir;

  • Sinif rəhbərləri və müəllimlərə şagirdlərlə fərdi iş proqramlarının tərtib edilməsi məsələlərində məsləhətlər verir;

  • Praktik psixoloqun fəaliyyətində onun işi apardığı əsas kontingent şagirdlərdir.

Psixoloji profilaktikanın əsas məqsədi insanlarda psixoloji müdafiə bacarıqların formalaşdırmaqdan, psixi və davranış sahəsində meydana çıxan qüsurların aradan qaldırılması üçün müvafiq qabaqlayıcı tədbirləri müəyyənləşdirmək və həyata keçirməkdən ibarətdir. Psixoprofilaktika psixi qüsur və pozuntu yarada biləcək amilləri (alkaqol, siqaret, nakotik və taksioloji maddələr, aqressiv və seksual meyllər, depressiya və s.) qarşı fərdin psixoloji müqavimətini yaratmağı nəzərdə tutur.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin