Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003



Yüklə 147,85 Kb.
səhifə70/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   66   67   68   69   70   71   72   73   ...   117
İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003.


1. Psixoloji korreksiyanın mahiyyəti, məqsədi və vəzifələri.

Təhsil sistemində praktik psixoloji xidmətin tətbiqi səciyyə kəsb edən ən mürəkkəb sahələrindən biri psixokorreksiyadır. Korreksiya (latınca “correktio”- düzəldilmə, yaxşılaşdırma) bu və ya digər qüsurun, çatışmazlığın və ya pozulmanın bərpa edilməsi, düzəldilməsidir. Psixoloji korreksiya psixoloji təsirin metod və priyomları vasitəsilə psixi qüsurların, çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş məqsədyönlü və planlı fəaliyyət sahəsidir.

Korreksiya yalnız 2 əsas şərtin gözlənildiyi halda mümkün ola bilər:


  • Fikri əməliyyatın hansı halda düzgün, səmərəli olması, normal hesab edilə bilməməsinə tam yəqinlik olduqda;

  • Psixi inkişafda qüsurun, çatışmazlığın, inkişafda kənaraçıxmanın psixoloji diaqnostika əsasında əldə edilmiş dəqiq və etibarlı nəticələr olduqda.

Psixonoloji korreksiyanın zəruriliyi, o halda xüsusilə aktuallaşır ki, aşkar edilmiş, çatışmazlıq fərdin inkişafının gedişinə mane olur, əngələ çevrilir. Məsələn, məktəblərdə təlim motivlərinin və ya təfəkkür əməliyyatlarının, ixtiyari diqqətin formalaşdırılması onların məktəb proqramları üzrə biliklərin kifayət səviyyədə mənimsənilməsində çətinliklərin meydana çıxmasına səbəb olur. Belə hallarda korreksiya işinə zərurəti yaranmış olur.

Psixokorreksiya fiziki cəhətdən sağlam adamların psixikası və davranışındakı qüsur və çatışmazlıqların aradan qaldırılması üçün psixoloqların istifadə etdiyi psixoloji təsir priyomların məcmuyudur.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin