Qədirova R. , Babayeva T. Psixologiya praktikumu. Metodik vəsait. Bakı, 2004.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 2004
Mehrabov A. , Abbasov Ə., Zeynalov Z., Həsənov. Pedaqoji texnologiyalar. Bakı, 2006.
İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003.
Məktəbə hazırlıq ərəfəsində uşaqların psixofizioloji xüsusiyyətləri.
Hərəkət sistemi. Skelet, oynaqlar, vətərlər, əzələlər 5 yaşda hələ tamamlanmır. Bədəndə olan 220 sümüyün hər biri ölçüsünə görə dəyişməkdə davam edir. Gövdəni əmələ gətirən sümüklərin öz aralarında birləşməsi, kəllə sümüyünün möhkəmlənməsi, başa çatmır. Məsələn, kəllə sümükləri arasındakı qığırdaq sahələr qalır. Ona görə də beynin çəkisi artmaqda davam edir. Kəllənin qulaq, burun, göz nahiyələrindəki sümüklərin də möhkəmlənməsi prosesi davam edir.
6 yaşda uşaqda gövdə və ətrafların iri, möhkəm sümükləri daha tez, zəif xırda əzələ və sümüklər, xüsusilə barmaq sümükləri ləng inkişaf edir. bu inkişaf 6 yaşın əvvəllərində intensivləşir. Ona görə də uşaqlarda praktik bacarıq və vərdişlərə yiyələnmə imkanları artır.
Dostları ilə paylaş: |