Əsəb proseslərinin neyrofizioloji əsasları. Uşağın ətraf aləmi dərk etməsi hissi proseslərdən başlansa da ümumilikdə dərketmə: hissi, perseptiv və intellektual fəaliyyətin qarşılıqlı əlaqəsi şəraitində gedir. Bu zaman əmələ gələn qavrayış və təsəvvürlər uşağın psixikasında və xarici aləmdə baş verən bir sıra qıcıqların təsirilə beyin qabığında müvəqqəti rabitələrin yaranmasından ibarətdir. Onların psixofizioloji əsasını nitq və təfəkkürün qarşılıqlı fəaliyyəti təşkil edir.
Məktəbə hazırlıq dövründə şəxsiyyətin inkişaf xüsusiyyətləri.
Şəxsiyyətin inkişafına təsir göstərən amillər. Şəxsiyyətin inkişafı mürəkkəb prosesdir. Bu inkişafa təbii proses kimi yanaşmaq da qəbuledilməzdir. Hazırda elmin bütün sahələrində olduğu kimi uşaq psixologiyasına yanaşmanın da yeni prinsipləri meydana gəlmişdir. Onların ən başlıcası – humanizmdir. Bu prinsip uşaqların məktəbə zamanı ilk növbədə “Mən – konsepsiya”nın, emosional – iradi aləmin, motivasiyanın və nəhayət, koqnitiv imkanların inkişafını nəzərdə tutur.