Refleksiyanın inkişafı. Psixologiyada özünüdərketmənin səviyyəsi və özünənəzarətin təşkili refleksiyanın qabillik dərəcəsi ilə şərtləndirilir. Şərti reflekslərin yaranma intensivliyi və sabitliyi bütövlükdə şəxsiyyət komponentlərinin də möhkəmlənməsini təmin edir. Məhz refleksivlik qabiliyyətinə malik olduğu dövrdə uşağı məktəbə hazır hesab etmək olar.
Özünqiymətləndirmənin koqnitiv və affektiv cəhətləri. Uşağın dərketmə səviyyəsi özünüqiymətləndirmədən əhəmiyyətli dərəcədə asılıdır. Özünüqiymətləndirmə, məhz onun öz fiziki, psixi və psixoloji imkanlarını qiymətləndirmə kontekstində yaranır. Onun məzmunu uşağın özünə münasibətini səciyyələndirir.