Özünüdərketmənin reytinq göstəriciləri.
Məktəbəhazırlıq ərəfəsində uğurlu özünüdərketmə uşağın oyun fəaliyyətinin düzgün qurulmasının nəticəsi hesab edilir. Özünüqiymətləndirmənin müvəffəqiyyəti isə nizamlayıcı funksiya və refleksiyanın normal inkişafı ilə bağlıdır. Bu zaman reallıq oyun vasitələri ilə dərk edilir. Uşaq bu rolları özünün refleksiya qabiliyyətinə uyğunlaşdıra bilir. Özünü qanunauyğun formada inkişaf etdirir. Özünüdərketmənin məzmunu oyun prosesində əxlaqi normaların mənimsənilməsi, mənəvi təkmilləşmə əsasında zənginləşir.
“Sosial – Mən”in dərkində cinsi fərqlər problemi. Məktəbəhazırlıq ərəfəsində özünüdərketmə prosesində “sosial – Mən”in dərkinin necə baş verməsini də aydınlaşdırmaq lazım gəlir.
Sosial mənin dərki bir neçə istiqamətdə gedir. Onlardan ən mühümü zamana görə dərketmədir. Uşağın sosial bələdləşməsi ilə bağlı olaraq özünü zamana görə dərketmə intensivləşir. Məktəb yaşının ilk dövrlərində keyfiyyət dəyişmələri gedir. Kiçik və böyük məktəbəqədər yaşlı uşaqlarda “mən – obraz”ın keçmişi də, indisi də özünüdərketmənin mühüm struktur komponentləri ilə bağlı olur. Bu komponentlərə:
Dostları ilə paylaş: |