Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Mehrabov A. , Abbasov Ə., Zeynalov Z., Həsənov



Yüklə 147,85 Kb.
səhifə95/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   91   92   93   94   95   96   97   98   ...   117
Mehrabov A. , Abbasov Ə., Zeynalov Z., Həsənov. Pedaqoji texnologiyalar. Bakı, 2006.

  • İsa Məmmədov .Məktəb psixoloqunun məlumat kitabı. Bakı,2003.


    1. Psixoloji ədəbiyyatda “çətin” yeniyetmə problemi.

    Fərdin ontogenezdə inkişafında 11 yaşdan 14 – 15 yaşadək olan inkişaf mərhələsi yeniyetməlik dövrü adlanır. Bu yaş dövrü kiçik yeniteməlik (11 – 12 yaş) və böyük yeniyetməlik (13 – 15 yaş) olmaqla iki əsas mərhələyə ayrılır. Yeniyetməlik dövrü anatomik – fizoloji, psixi və sosial keyfiyyətlər baxımından həyatın bir mərhələsindən digərinə uşaqlıqdan yaşlılığa keçid dövrü kimi xarakterizə olunur. Yeniyetməlik yaşı inkişafın xüsusi və mürəkkəb dövrüdür.

    Psixoloji – pedaqoji ədəbiyyatlarda uşağın inkişafının bu dövrü “çətin dövr”, “böhranlı dövr”, “keçid dövrü”, “ziddiyyətli dövr” və s.kimi adlarla xarakterizə edilir. Bu yaş dövründə uşaqların orqanizmində baş verən coşğun partlayışa bənzər dəyişikliklər, boy və çəki artımında kəskin sıçrayışlar yeni kəmiyyət və keyfiyyət dəyişikliklərinə gətirib çıxarır.

    Bu yaş dövründə uşağın boyu ildə orta hesabla 8 – 10 sm, 4 – 7 kq olmaqla artır yeniyetmə yaşının sonunda bədən orqanları mütənasib forma almaqla yaşlı normal adamın bədən ölçülərinə yaxınlaşır.

    Sübut edilmişdir ki, yeniyetməlik dövrü fiziki keyfiyyətlərin inkişafı və formalaşması üçün senzitiv dövrdür. Yeniyetməlik dövründə uşağın müstəqilliyə artan tələbatı ilə onun həyata keçirmək imkanları arasındakı ziddiyyət inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edir. bu ziddiyyətdən törəyən yaş böhranı yeniyetmənin yaşlılığa keçidini şərtləndirir.

    Yeniyetməlik dövründə şəxsiyyətin formalaşması onlarda “avtonom ustanovkaların” mənimsənilməsi ilə paralel baş verir. Yoldaşına dəftəri köçürməyə verməyən, ona “şparqalka” ötürməkdən imtina edən, sinfin sirrini “satan” və s.şagirdlər pis yoldaş hesab edirlər. Yeniyetmələrin özlərinəməxsus “yoldaşlıq məcəlləsi” olur. Çox vaxt sinifdə qızlar da belə hərəkətlərdə oğlanların mövqeyində durur, onları “satmaq” istəmirlər.

    Yeniyetməlik dövründə ideal obrazlar uşaqların özünümüqayisə vasitəsinə, özünün və başqalarının hərəkətlərini qiymətləndirmə meyarına, şəxsiyyətin özünütərbiyə amilinə çevrilir.

    Kütləvi informasiya vasitələrinin və onların mənbələrinin çoxalması, müasir dünyada gedən qloballaşma, svilizasiyalararası inteqrasiya prosesləri respublikamızda da sosial, ictimai və mənəvi proseslərə güclü təsir göstərməkdədir. XXI əsrin öz yeni problemləri meydana çıxmış, psixoloqların “zəmanə uşaqları” adlandırdıqları yeni nəsil yetişmişdir. Fəal sosiodinamik proseslərin fonunda cəmiyyətdə “çətin” və ya mürəkkəb davranışlı uşaq və yeniyetmələrin sayının artması faktı filosof, pedaqoq və psixoloqları ciddi surətdə düşündürür, bütün orta və yaşlı nəsli isə narahat edir.

    “Çətin” uşaq və yeniyetmə problemini aradan qaldırmaq üçün ilk növbədə “çətin” uşaqların kimlər olduğunu bilmək lazımdır. “Çətin” uşaq polis üçün dələduz, müəllim üçün sinif yoldaşlarına mənfi təsir edən şagird, bağça tərbiyəçisi üçün isə səs – küylü, çevik, idarəolunmaz uşaqdır. Valideynlər üçün isə hər bir ailənin öz “çətin” uşaqları və öz problemləri var.


    Yüklə 147,85 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   91   92   93   94   95   96   97   98   ...   117




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin