Əmrahlı L.Ş. Məktəb psixoloqu. Metodik vəsait. Bakı, 2014.
Məmmədov İ.Ə. Məktəb psixoloqunun məlumat kitabı.B.,2003
Praktik psixoloqun Andı: Mən – bu gün peşə yolu seçdiyim praktik psixologiya sahəsində olk dəfə fəaliyyətə başlayır AND İÇİRƏM :
And içirəm ki, Azərbaycan psixoloqunun adını və şərəfini daim uca tutacaq, bu ada xələl gətirəcək heç bir səhvə yol verməyəcəyəm!
Davranış və fəaliyyətimi, bilik və bacarığımı, eləcə də ümidlərini mənə etibar etmiş insanlar qarşısında məsuliyyətimi unutmayacağam!
Təbiətin və insanların mənə bəxş etdiyi şəxsi qabiliyyətlərimi, elmi və praktik potensialımı məndən kömək gözləyənlərin psixoloji sağlamlığının bərpasına və qorunmasına sərf edəcəyəm!
Insanlara fəaliyyətinin sirlərinə bələd olmaqda, istedad və qabiliyyətlərini inkişaf etdirməkdə, şəxsiyyətinin bütövlüyünü qoruyub saxlamaqda, psixoloji müdafiəsini təmin etməkdə etibarlı dost və yardımçı olacağam!