VB-da sütunlar sahələr (polya, attribute), sətirlər isə yazı (zapis, tuple(kortej)) adlanır. Sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər
VB-da sütunlar sahələr (polya, attribute), sətirlər isə yazı (zapis, tuple(kortej)) adlanır. Sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.
VB-nin strukturunu daha yaxşı mənimsəməkdən ötrü təsəvvür edək ki, baza boşdur və orada heç bir verilən yoxdur.
Bazada verilən olmasa da orada informasiya var – bu bazanın strukturu, daha doğrusu, sahələr yığınıdır.
Məhz onlar bazaya yazılacaq və hansı cür yazılacaq verilənləri müəyyən edirlər.
Verilənlər bazasında toplanılan verilənlər adətən müəyyən predmet sahəsinə aid olur.