Kurs: IV fənn: Verilənlər bazası



Yüklə 5,49 Mb.
səhifə19/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   15   16   17   18   19   20   21   22   ...   65
İyerarxik model  verilənlərin nizamlı qraf (və ya ağac) şəklində təsvirinə əsaslanır. Qraf diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir. İyerarxik modelin əsas məhdudluqları bunlardır:

- əlaqələrin bütün tipləri funksional xarakterlidir (1:1,1:M, M:1);

- əlaqələr ağacvari struktura malikdirlər.

Verilənlər bazasının sxemini əks etdirən qraf-diaqrama təyinat ağacı deyilir. Əgər verilənlər təbii olaraq ağacvari struktura malikdirsə, iyerarxik modelin tətbiqi heç bir problem yaratmır. Lakin ağacvari strukturdan fərqli strukturların təsviri üçün modelə əlavə vasitələr daxil edilir. İyerarxik modeldə struktur dəyişikliklərinin aparılması, ələlxüsüs altağacların ağacdan kənarlaşdırılması və ya ağaca əlavə edilməsi böyuk çətinliklərlə əlaqədardır.

İyerarxik modelin hər hansı proqramlaşdırma dilində təsviri ücün «ağac» («tree») adlı verilənlər tipindən istifadə olunur. «Ağac» tipi PL/1 və C dillərində «struktura», PASCAL dilində isə «yazı» («record») tiplərinə oxşardır. Burada tiplərin bir-birinə daxil olması, yəni ic-icə tiplər mümkündür.

«Ağac» tipi tərkiblidir. O, alttiplərdən («altağaclardan») ibarət ola bilər, hər bir altağac isə öz növbəsində «ağac» tiplidir. Hər bir «ağac» tipi bir ədəd  əsas tipdən və nizamlı dəstdə tabeli tiplərdən (onların içində boş tip də ola bilər) ibarətdir. «Ağac» tipinə daxil olan hər bir tip sadə və ya tərkibli «yazı» tipi ola bilər. Sadə «yazı» bir tipdən (məs., tam),  tərkibli «yazı» isə bir neçə tipin (məs., tam və simvol) birləşməsindən ibarət olur.



Baş tip-tabeli tiplərə malik olan və özü alttip olmayan tipə deyilir. Tabeli tip valideyn tipin törəməsi hesab olunur. Eyni tipin törəmələri bir-birinə münasibətdə ekizlər hesab olunur.

Ümumiyyətlə, «ağac» tipi «yazı» tiplərinin iyerarxik təşkil olunmuş dəstidir. İyerarxik VB-nin yazılarına baxış yuxarıdan aşağıya aparılır.

«Ağac» tipinin təyinatına uyğun olaraq valideyn və törəmələr arasında əlaqələrin tamlığına avtomatik nəzarət təmin edilir.

İyerarxik modelli VBİS-lərin sayı çox deyil. Onlara misal olaraq İMS   və onun əsasında yaradılmış OKA sistemlərini, PC/Focus, Team-Up və Data Edge sistemlərini göstərmək olar.




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin