3. Relyasiya modelinin ümumi əsasları
Verilənlərin relasiya modeli müəyyən problem sahəsinin vaxta görə dəyişən nisbətlər toplusu deməkdir. İnformasiya sisteminin yaradılması zamanı nisbətlər toplusu problem sahəsinin obyektləri haqqında verilənləri saxlamağa və onlar arasında əlaqələri modelləşdirməyə imkan verir.
Relyasiya modelinin elementləri
Nisbət- relasiya modelinin vacib anlayışı olub, verilənləri saxlayan ikiölçülü cədvəldir.
Mahiyyət-xassələri haqqında verilənləri nisbətdə saxlanan obyektdir.
Atribut –mahiyyəti xarakterizə edən xassədir. Cədvəlin strukturunda hər bir atiributa aid verilir və həmin ad cədvəlin sütununun başlığı olur.
Domen – nisbətin hər hansı atributunun mümkün qiymətlər çoxluğudur.
Riyazi baxımdan nisbət D1,D2,…,Dn domenlərinin
D=D1xD2x…xDn
dekart hasilinin hər biri n sayda elementdən ibarət olan
d=(d1,d2,…,dn), di∈Di,i-1,2,…n
nizamlanmış kortejlər çoxluğudur. Dekart hasili ilkin çoxluqların (domenlərin) elementlərinin mümkün olan bütün kombinasiyalarını almağa imkan verir.
D1,D2,…Dn çoxluğunda təyin edilmiş Rn nisbəti D=D1xD2x…xDn dekart hasilinin altcoxluğudur:
Rn⊆ D
n ədədi nisbətin dərəcəsini təyin edir. n=1 olduqda nisbət unar, n=2 olduqda –binar, n=3 olduqda-ternar adlanır. Rn nisbətini təşkil edən müxtəlif kortejlərin d=(d1,d2,…,dn) sayına həmin nisbətin kardinal ədədi deyilir. Nisbətdə eyni kortejlər ola bilməz.
Ümumi halda kortejlərin nisbətdə yerləşmə ardıcıllığının əhəmiyyəti yoxdur. Lakin emal edilmənin rahatlığı üçün kortejlər müəyyən atributun qiymətlərinə görə nizamlanır.
Nisbətin adı (R) və onun atributlarının siyahısı (A1, A2, . . ., An,) birlikdə nisbətin sxemi adlanır:
R(A1, A2, . . ., An,)
Nisbətin sxemi nisbətə uyğun cədvəlin intensionalı (qısalması), nisbətin (cədvəlin) özü isə onun əkstensionalı (genişlənməsi) hesab olunur. Relyasiya modelli verilənlər bazasının intensionalı bir və ya bir neçə nisbət sxemindən ibarət olan relasiya sxemi ilə əks olunur.
Nisbətlə fayl terminologiyaları arasında aşağıdakı uyğunluq mövcuddur: nisbət-fayl, nisbətin sxemi-yazının tipi, relyasiya sxemi-verilənlər bazasının sxemi, kortej-yazı (yazının nüsxəsi), atribut-sahə, domen-sahənin qiymətlər çoxluğu.
Relyasiya modelində nisbətlər arasında əlaqələr qeyri-aşkar formada təsvir olunur. Əlaqəyaradıcı atribut nisbətdə acar və ya onun bir hissəsi kimi iştirak edir.
(M:N) tipli əlaqələri yaratmaq üçün bəzən relyasiya sxeminə əlavə nisbətlər daxil edilir.
Relyasiya sxeminin əkstensionalı cədvəllər dəsti ilə təsvir olunur. Hər cədvəl relasiya modelinin bir nisbət sxeminə uyğun gəlir.
Dostları ilə paylaş: |