Çoxmənalı asılılıq
Y atributunun X atributundan çoxmənalı asılılığı belə göstərilir.
f : X Y
Əgər R nisbətində X əsas açardırsa, X-in hər bir qiymətinə Y-in bir neçə qiyməti uyğun gəlirsə və Y-in digər atributlarla əlaqəsi yoxsa, onda Y atributu X-dən çoxmənalı asılı olur.
Çoxmənalı aslılığı əks etdirən aşağıdakı nisbətə baxaq:
MÜƏLLİM (Soyad, Qrup, Fənn)
burada «Soyad» açar kimi təyin olunub.
Eyni müəllim bir neçə qrupda və hər bir qrupda bir neçə fəndən dərs deyə bilər. Beləliklə, «Soyad» atributu ilə «Qrup» və «Fənn» atributları arasında çoxmənalı asılılq mövcuddur:
Soyad Qrup Soyad Fənn
«Qrup» və «Fənn» atributları arasında heç bir əlaqə yoxdur və onların qiymətləri nisbətin istənilən nüsxəsində dəyişə bilər.
Dostları ilə paylaş: |