Kurs: IV fənn: Verilənlər bazası



Yüklə 5,49 Mb.
səhifə34/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   30   31   32   33   34   35   36   37   ...   65
Birin-birə (1:1) əlaqəsi

«Birin-birə» əlaqəsi əsas və əlavə cədvəllərdəki əlaqə sahələri açar olduqda yaradıla bilər. Açarlar təkrarlanmadığından bu cədvəllərin yazıları arasında qarşılıqlı birmənalı uyğunluq təmin olunur. Mahiyyətcə hər iki cədvəl bərabər hüquqlu olur.



Misal1.

Fərz edək ki, C1 əsas və C2 əlavə cədvəldir. S11 sahəsi C1 cədvəlinin həm açar, həm də əlaqə sahəsidir. C2 cədvəlində isə açar və əlaqə sahələri funksiyalarını S21 sahəsi yerinə yetirilir.

C1 cədvəlinin (01, a1) yarısı ilə C2 cədvəlinin (01, b1) yazısı və (03, a3) yazısı ilə (03, b2) yazısı arasında əlaqə qurulmuşdur. Bu əlaqələr əlaqə sahələrinin (S11, S21) qiymətlərinin uyğunluğu əsasında yaradılır.

Cədvəldə yazılar açar sahələrinin qiymətlərinə ğörə nizamlanıblar. İki cəd-vəlin yazılarının əlaqələndirilməsi yeni virtual yazıların (psevdoyazıların) təşkili deməkdir. Belə ki, 1-ci cüt yazıları məntiqi olaraq yeni növ (01,a1,b1) psevdoyazı, 2-ci cütü isə (03,a3,b3)  növlü psevdoyazı hesab etmək olar.

Praktikada (1:1) növlü əlaqə nisbətən az istifadə olunur, cünki, əlaqələndiri-lən 2 cədvəldəki informasiyanı asanlıqla bir cədvəldə birləşdirmək olar və həmin cədvəl yaddaşda nisbətən az yer tutar. Lakin iki cədvəldəki ümumi verilənlərin sayı çox olduqda, cədvəllərin ölcüsü (yazıların sayı) böyuk olduqda və onların birləşdirilməsi müəyyən səbəblərdən səmərəli və ya mümkün olmadıqda, ümumi verilənləri cədvəlin birindən çıxarmaqla və (1:1) növlü əlaqədən istifadə etməklə təkrarlanmaları minimuma endirmək olur.


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin