Kurs: IV fənn: Verilənlər bazası



Yüklə 5,49 Mb.
səhifə24/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   20   21   22   23   24   25   26   27   ...   65
Obyekt-yönlü modellə verilənlərin təsvirində VB-nin ayrı-ayrı yazılarını təyin etmək mümkün  olur. Obyekt-yönlü proqramlaşdırma dillərindəki uyğun vasitələrə oxşar mexanizmlərin köməyilə VB-nin yazıları ilə onların emalı funksiyaları arasında qarşılıqlı əlaqələr qurulur.

ODMG-93 (Object Database Management Group- Obyekt-yönlü verilənlər bazasının idarə olunması üzrə qrup) standartının tövsiyyələrində standartlaşdırılmış obyekt-yönlü model şərh olunur.

Obyekt-yönlü VB-nin strukturunu qrafik olaraq təpələri obyektlər olan ağac şəklində təsvir etmək olar. Obyektlərin xassələri hər hansı standart tiplə (məsələn, Strinq- sətir) və ya istifadəci tərəfindən «class» (sinif) kimi təyin edilən tiplə təsvir olunur.

Obyekt-yönlü VB-nin məntiqi strukturu xarici görünüşünə görə iyerarxik VB-nin strukturuna oxşayır. Onlar arasında əsas fərq verilənlərin emalı metodlarındadır. Obyekt-yönlü VB-nin verilənlərinin emalı üçün inkapsulyasiya, varislik və polimorfizm mexanizmləri ilə gücləndirilmiş məntiqi əməliyyatlardan istifadə olunur.

VB-nin yaradılması və modifikasiyası  verilənlərin axtarışını sürətləndirmək üçün tətbiq edilən indeks cədvəllərinin avtomatik tərtib və təshih edilməsi ilə müşayiət olunur.

İnkapsulyasiya xassənin adının görünmə sahəsini həmin xassənin aid olduğu obyektin sərhədləri dairəsində məhdudlaşdırır.

Varislik isə, əksinə, obyektin xassəsinin görünmə sahəsini bütün varisləri üçün genişləndirir. Əgər varislik mexanizminin təsir sahəsinin bilavasitə qohum olmayan obyektlər üçün də genişlənməsi tələb olunursa, onda həmin obyektlərin ümumi valideyni olan obyektdə «abs» tipli mücərrəd xassə təyin edilir.

Polimorfizm eyni proqram kodunun müxtəlif tipli verilənlərlə işləyə bilməsini təmin edir. Başqa sözlə, polimorfizm müxtəlif tip obyektlərdə eyni adlı metodların olmasını mümkün edir.

Verilənlərin obyekt-yönlü modelinin relyasiya modeli ilə müqayisədə üstünlüyü  obyektlərin mürəkkəb əlaqələri haqqında informasiyani əks etdirmək imkanının olmasıdır. Obyekt-yönlü model VB-nin ayrı-ayrı yazılarını və onların emalı funksiyalarını təyin etməyə imkan verir.

Obyekt-yönlü modelin çatışmazlığı onun mürəkkəbliyindən, verilənlərin emalının rahat olmamasından və sorğuların yerinə yetirilmə sürətinin aşağı olmasından ibarətdir.

90-cı illərdə obyekt-yönlü verilənlər bazalarının eksperimental protipləri mövcud idi. Hazırdı bu cür sistemlər geniş yayılmışdır. Onlara misal olaraq POET (POET Software firması), Jasmine (Computer Associates), Versant (Versant Technologies), O2 (Ardent Software), ODB-Jupiter, Iris, Orion, Postyres sistemlərini göstərmək olar.


İxtisas: Riyaziyyat-informatika müəllimliyi

Kurs: IV


Fənn: Verilənlər bazası

Mövzu: Relyasiyalı verilənlər bazasının layihələndirilməsi

Ədəbiyyat: 1. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə. İnformatika. Bakı 2010.

2. S.Q.Kərimov. İnformasiya sistemləri. Bakı 2008..

Müəllim: Vüqar Salmanov

E-mail: vuqars69@mail.ru

Plan


  1. Struktur layihələndirilmənin mahiyyəti və usulları

  2. Təyinedici atributun – açarın seçilməsi və müəyyənləşdirilməsi

  3. Relasiya modelinin ümumi əsasları


  1. Verilənlər  bazasının layihələndirilməsi informasiya sisteminin həyat dövrünün mərhələlərindən biridir. Bu məqsədlə struktur və ya konseptual layihələndirmə üsullarından və layihələndirmənin avtomatlaşdırılması vasitələrindən istifadə olunur. Verilənlər bazası tətbiq sahəsinin informasiya modelidir. Həmin modeldə informasiya sisteminin məqsədyönlü fəaliyyəti üçün tələb olunan faktlar (verilənlər) əks olunur. Verilənlər bazasının layihələndirilməsi zamanı ilk növbədə onun tətbiq sahəsi müəyyənləşdirilir. Verilənlər bazasının tətbiq sahəsi o vaxt müəyyənləşir ki, onun əhatə etdiyi obyektlər, onların xassələri və əlaqələri bəlli olsun. VB-nin layihələndirilməsi tətbiq sahəsinin strukturlaşdırılması ilə başlanır. Əvvəlcə obyektlər təsnif olunur və VB-də əks olunan obyektlərin tipləri təyin olunur. Sonra isə hər bir tip üçün həmin tipə məxsus obyektləri təsvir edən xassələr və həmin obyektlər arasında əlaqələr müəyyənləşdirilir. Nəhayət, həmin obyektlər haqqında VB-də hansı informasiyanın saxlanması və bu informasiyanın verilənlər vasitəsilə necə təsvir olunması məsələsinə baxılır. Göstərilən məsələlərin həlli verilənlər bazasının struktur layihələndirilməsinin əsas mahiyyətini təşkil edir. Struktur layihələndirməyə başqa sözlə konseptual layihələndirmə də deyilir. Beləliklə, struktur layihələndirmədə əsas məqsəd verilənlər bazasına daxil edilən verilənləri müəyyənləşdirmək və onları VBİS-dən asılı olmayan formada təsvir etməkdən ibarətdir.

Obyektlərin təsviri üsulu ilə verilənlər bazasının struktur layihələndirilməsi.

Obyektlərin təsviri üsulu tətbiq sahəsinin obyektlərini təyin edən anlayışların (konsepsiyaların) inteqrasiyasına və ümumiləşdirilməsinə əsaslanır. Əvvəlcə obyektlər müəyyənləşdirilir, sonra onları aqreqatlaşdırma və ümumiləşdirmə abstraksiyaları vasitəsilə növlərə ayırıb, aqreqatlar və siniflər yaratmaqla obyektlərin iyerarxik sxemi tərtib edilir.

Konseptual baxımdan obyekt dedikdə haqqında informasiya toplanan şəxs, müəssisə, avadanlıq, maddə, material, məhsul və s. nəzərdə tutulur. Obyektlərin secilməsi informasiya sisteminin məqsəd və vəzifələri ilə təyin olunur. Obyektlər atomar (bölünməz) və tərkibli ola bilərlər. Tərkibli obyekt üçün daxili struktur, yəni onun tərkib hissələri müəyyənləşdirilməlidir.

Mahiyyət ümumiləşdirilmiş anlayış olub, haqqında məlumat toplanan obyekti, prosesi və ya hadisəni ifadə edir. Mahiyyət kimi həqiqi aləmin material (məsələn: məhsul, bitki, işçi, tələbə və s.) və qeyri-material (məsələn: müəyyən hadisənin təsviri, cazibə qanunu, məqalə və s.) obyektləri çıxış edə bilər. Mahiyyətə abstraksiya üsullarını tətbiq etməklə mahiyyətin tipi yaradılır (məsələn, kompüter, işçi, müqavilə və s.). Mahiyyət də intensional və əkstensional ilə xarakterizə olunur. Mahiyyətin intensionalı onun tipinə uyğun gəlir. Mahiyyətin tipi atributlarla əlaqələndirilir. Struktur layihələndirmədə mahiyyətlərin modelləşdirilməsindən daha geniş istifadə olunur. Bu üsulun yaranması 1969-cu ilə təsadüf edir və Bahmanın adı ilə bağlıdır. Bu üsul ilk dəfə İDS( Intrusion Detection Systems- Müdaxilənin Aşkarlanması Sistemi) sistemində verilənlərin struktur diaqramının qurulması üçün istifadə edilmişdir. «Mahiyyət-əlaqə» modelində informasiyanı təsvir etmək üçün «mahiyyət»,  «atribut» və «əlaqə» konstruktiv elementlərindən istifadə olunur. Onlardan əsası «mahiyyət» hesab olunur. Haqqında informasiya toplanan obyektlər mahiyyətlərlə ifadə olunur, sonra onların xassələri, yəni atributları, təyin edilir və mahiyyətlər arasında əlaqələr yaradılır.

Atribut mahiyyətin xassəsini təyin edir. Hər bir atribut mümkün qiymətlər coxluğundan müəyyən qiymət alır. Atributa ad verilir. Eyni mahiyyətə aid olan atributların adları təkrarlana bilməz. Atribut baxılan mahiyyət haqqında hansı in-formasiyanın toplanmasını göstərir. Məsələn, «İşci» adlı mahiyyət «Tabel nömrəsi», «Soyad», «Doğulduğu il», «Vəzifə» və s. kimi atributlarla xarakterizə olunur. Abstraksiya baxımından atribut da tip və nüsxə ilə təyin olunur. Atributun tipi onun adı, nüsxəsi isə, onun qiyməti deməkdir.

 

 Mahiyyətin tipi ilə atribut arasında mütləq mənada fərq yoxdur. Bir halda müəyyən anlayış mahiyyət, diğər halda isə atribut rolunda çıxış edə bilər. Məsələn, «Avtomobilin rəngi»(atribut), «Rənglərin (mahiyyət) xarakteristikaları».



Əlaqə mahiyyətlər arasındakı münasibəti təyin edir. Abstraksiya baxımından əlaqə də tipi və nüsxəsi ilə təyin edilir. Əlaqənin tipi mahiyyətlərin tipləri arasındakı münasibəti, əlaqənin nüsxəsi isə mahiyyətlərin konkret nüsxələri arasındakı münasibəti göstərir. Mahiyyətlər arasında binar (iki  mahiyyət arasındakı əlaqə), ternar (üc mahiyyət arasındakı əlaqə) və ümumi halda n-nar əlaqələr ola bilər.

Struktur layihələndirilmənin metodologiyası

Mahiyyətlərin modelləşdirilməsi üsulu ilə verilənlər bazasının struktur layihələndirilməsi 2 mərhələ üzrə aparılır: 1) lokal təsvirlərin qurulması; 2) lokal təsvirlərin birləşdirilməsi və ümumi struktur sxemin alınması.



Lokal təsvirlərin qurulması VB-yə daxil edilən və mövzu sahəsinin müxtəlif cəhətlərini əks etdirən informasiyanın müəyyənləşdirilməsini əhatə edir. Lokal təsvirlərin qurulması aşağıdakı addımlarla aparılır: 1) lokal təsvirlərin təyini; 2) mahiyyətlərin formalaşdırlması; 3) hər mahiyyət üçün təyinedici atributun-acarın secilməsi; 4) təsviredici atributların müəyyənləşdirilməsi; 5) əlaqələrin müəyyən-ləşdirilməsi.

Lokal təsvirlərin təyini. Adətən hər bir lokal təsvir müəyyən tətbiq sahəsinə, funksional məsələyə və ya istifadəçiyə uyğun təyin edilir. Bəzi halda lokal təsvir VB-nin bir neçə tətbiqini əhatə edən müstəqil bölməsinə uyğun ola bilər. Məsələn, istehsalat müəssisəsi üçün VB-nin layihələndirilməsində lokal təsvirlər kimi ayrı-ayrı istehsal sahələri, funksional bölmələr götürülə bilər.

Lokal təsvirin əhatə dairəsinin seçilməsində layihəçi adətən kompromis qərar qəbul edir, çünki dar çərçivə verilənlərin inteqrasiya səviyyəsini kiçildir, əhatə dairəsinin çox genişliyi isə layihənin mürəkkəbliyinə və qeyri-səlisliyinə gətirib cıxarır. Hər bir lokal təsvirdə istifadə olunan mahiyyətlərin sayının 7-dən çox olmaması məsləhət görülür.




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin