Kurs: IV fənn: Verilənlər bazası


Mahiyyətlərin formalaşdırılması



Yüklə 5,49 Mb.
səhifə25/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   21   22   23   24   25   26   27   28   ...   65
Mahiyyətlərin formalaşdırılması. Burada hər bir lokal təsvirə aid obyektlərin tipləri müəyyənləşdirilir. Bu addımda layihəçi iki mühüm problemlə rastlaşır. Onlardan biri mahiyyətin müxtəlif kateqoriyalarının müəyyənləşdirilməsidir. Bu problem rol və tip konsepsiyalarının köməyilə həll olunur. Məsələn, «şəxsiyyət» mahiyyəti «müəllim», «tələbə», «elmi işçi» kateqoriyalarına ayrıla bilər. Bu mərhələdə əsas məsələ lazımi kateqoriyaları təyin etmək və onları ayrıca mahiyyət kimi ifadə etməkdir. Bu mahiyyətlərin «şəxsiyyət» tipi ilə ümumiləşdirilməsi sonrakı mərhələdə yerinə yetirilir.

İkinci problem mahiyyətin konstruktiv element kimi rolunun təyin edilməsidir. Müəyyən hallarda informasiya ya atribut, ya mahiyyət, ya da əlaqə kimi təsvir oluna bilər. Məsələn, konkret detalın konkret məlumatın quraşdırılmasında istifadə olunması faktı «detal» və «məmulat» mahiyyətləri arasında «tərkibinə daxildir» əlaqəsi kimi, «məmulat» mahiyyətinin «tərkibindəki detal» atributu kimi və ya «quraşdırmanın tərkibi» mahiyyəti kimi ifadə edilə bilər. Belə hallarda baxılan informasiyanı həm bütövlükdə,  həm də onun ayrı-ayrı fraqmentləri şəklində əks etdirən çevik variant seçilməlidir.

Hər bir seçilən mahiyyətə onun məzmununu dəqiq ifadə edən ad verilməlidir. Advermədə qeyri-dəqiqliyə, sinonimliyə və omonimliyə yol verilməməlidir.



  1. Yüklə 5,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin