Kurs: IV fənn: Verilənlər bazası



Yüklə 5,49 Mb.
səhifə35/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   31   32   33   34   35   36   37   38   ...   65
Birin-çoxa (1:M) əlaqəsi

«Birin-coxa» əlaqəsi əsas cədvəlin bir yazısına əlavə cədvəlin bir necə yazısı uyğun gələn halda qurulur.



Misal 2.

Fərz edək ki, əsas cədvəl olan C1-də müəllimlər haqqında verilənlər: müəllimin kodu, soyadı, adı, elmi adı, stajı və s., əlavə cədvəl olan C2-də isə müəllimlərin tədris etdikləri fənlər haqqında verilənlər: müəllimin kodu, fənnin adı, qrupun nömrəsi və s. saxlanır. Hər bir müəllim bir necə fənni tədris edə bilər.

Odur ki, C1 cədvəli ilə C2 cədvəli arasında 1:M əlaqəsi qurulur.

C1 cədvəlində «Kod» həm açar, həm də əlaqə sahəsidir. C2 cədvəlində «Kod» əlaqə sahəsdir. Burada açar sahəsi kimi «Kod» sahəsi ilə «Fənn» və ya «Qrup» sahələri birlikdə istifadə oluna bilər. C1 və C2 cədvəllərinin «Kod» sahəsinə görə əlaqələndirilməsi aşağıdakı psevdoyazıları törədir: (01, s1, a1, f1, q1), (01,s1,a1, f2,q2),(02, s2, a2, f3, q1) və s. Bu psevdoyazıları yeni cədvəldə toplasaq, müəllimlər, onların tədris etdikləri fənlər, qruplar və s. haqqında tam informasiya ala bilərik.




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin