Verilənlər bazasının idarə sistemləri təsnifatlarının əlamətləri
Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri.
Verilənlər bazasının idarə sistemləri (VBİS) – VB faylları ilə (xüsusi formatlı fayllar) işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VBİS VB- nın yuxarıdakı üç modelindən birinə malik ola bilər: iyerarxik, şəbəkə və relyasion.
Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar.
Relyasion strukturlu VB- yeganə bir məntiqi göstəriciyə əsasən qurulurlar. Relyasion VB adətən münasibətlər sayı və daxil olan atributlar sayı ilə müəyyən olunurlar.
VB relyasion idərə sistemləri (VBRİS) arxitektur baxımdan iki hissədən ibarətdir: proqram təminatından ibarət olan özək və VB-nı idarə edən sistem səviyyələrindən.