Kurs: IV fənn: Verilənlər bazası


Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir



Yüklə 5,49 Mb.
səhifə49/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   45   46   47   48   49   50   51   52   ...   65

Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.


İxtisas: Riyaziyyat-informatika müəllimliyi

Kurs: IV


Fənn: Verilənlər bazası

Mövzu: MS Access proqramı və onun elementləri

Ədəbiyyat:


  1. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə. İnformatika. Bakı 2010.

  2. S.Q.Kərimov. İnformasiya sistemləri. Bakı 2008.

  3. Elmir Vəlizadə, Ziyafət Əmirov., Microsoft Office 2007 Paketi., «Şərq-Qərb», 2012.

  4. Natiq Quliyev, Zəfər Şamilov., İnformatika., Bakı 2013.

  5. S.Quliyeva, N.Qafarova, N.Ağayeva,V.Qasımov, M.Mehdiyev. İnformatika. Dərs vəsaiti. Bakı 2011.

  6. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası., İnformatika., Bakı, 2015.

Müəllim: Vüqar Salmanov

E-mail: vuqars69@mail.ru


Plan

  1. MS Access proqramı

  2. Proqramın elementləri

  3. Access-də qrafik interfeys və diaqramların qurulması

  4. Access-də funksiyalardan istifadə




  1. MS Office proqram paketinə daxil olan Access proqramıda həm bir FK, həm də lokal kompüter şəbəkəsində fəaliyyət göstərə bilən VBİS-dir. İstənilən fəaliyyət sahəsində böyük həcmli məlumatlara tez-tez rast gəlinir. Bu işdə əsas əməliyyat – məlumatların yığılması, onun işlənməsi, emalı (tələb olunan məlumatların axtarışı və s.), nəzərdən keçirmək üçün formaların yaradılması və çapı çaşa düşülür. Bütün bu işləri yerinə yetirmək üçün ən populyar və kütləvi proqram məhsullarından biri Microsoft firmasının Access proqramı hesab edilir.

Access- verilənlər bazasının idarəetmə sistemidir (VBİS). İdarəetmə sistemi dedikdə böyük massivli məlumatların müəyyən formada sağlamağa və emal etməyə və istifadəçiyə uyğun şəkildə təqdim etməyə imkan verən proqramlar kompleksi nəzərdə tutulur. Access tez-tez yerinə yetirilən əməliyyatları avtomatlaşdırmağa imkan verir (məs.əmək haqqının hesablanması, qiymətli materialların qeydə alınması). Access-in təkcə verilənlərin uyğun şəkildə daxil edilməsi deyil, bununla yanaşı mürəkkəb hesabatların tərtib edilməsini təmin edir.

Access proqramı Windows mühitində işləyən tətbiqi proqramlar paketinə daxildir. Access – relyasiyalı VB-dır. Bu o deməkdir ki, onun köməkliyi ilə eyni vaxtda bir neçə cədvəldə əsas məlumatlarla işləmək olar. Relyasiyalı VBİS-i verilənlərin strukturunu əlverişli şəklə salmaqla işin yerinə yetirilməsini asanlaşdırır. Access- cədvəlini başqa kompüterdə və ya serverdə saxlanılan məlumatlarla əlaqələndirmək olar, həmçinin VBİS Paradox və DBASE-də yaradılmış cədvəli Access-də istifadə etmək mümkündür. Access-in məlumatlarını Excel-in məlumatları ilə çox sadə şəkildə kombinasiya etmək olar.

VBİS Access-də çoxlu əlavə servis imkanları nəzərdə tutulmuşdur. Məsələn, ustalar sizə cədvəl yaratmaqda mövcud olan məlumatlara əsasən forma və hesabatı, sizin əvəzinizdə bütün əsas qaralama işləri görməkdə kömək edər.

MS Access proqramında İnternet-də işi asanlaçdırmaq üçün çoxlu yeni vasitələr əlavə edilmişdir. Internet şəbəkəsinə keçmək üçün və vasitələrin üstünlüyündən istifadə etmək üçün Web-in vasitələrini nəzərdən keçirtmək lazımdır.

Belə ki, texniki vasitələrə müraciət etmə və ya digər proqramları yükləmək ümün Access-i heç də kəsmək lazım deyil, çünki bu proseslər paralel olaraq aparıla bilər. Access proqramında verilənlər bazasını idarə etmək üçün alətlər dəsti (paneli) var ki, buraya cədvəllərin konstruktoru, forması, tələbatlar və hesabatlar daxil edilmişdir. Bundan başqa Access-i əlavələrin işlənib hazırlanması üçün mühit kimi də istifadə etmək olar. Makrosları avtomatlaşdırmaq üçün istifadə edərkən, siz istifadəçiyə güclü, səmtləşdirilmiş əlavələr yarada bilərsiniz. Bu əlavələr “tamqiymətli” proqramlaşdırma dilinin köməyi ilə yaradılmış menyu və dialoq pəncərələri vasitəsilə təkmilləşdirilmişdir. VBA-da proqramlaşdırma apararaq gücünə görə Access-dən geri galmayan proqamlar yaratmaq olar. Access-in bir çox vasitələri, məsələn, ustalar və konstruktorlar VBA-da yazılıb. Access sisteminin gücü və çevikliyi onu verilənlər bazasının idarə etməsi üçün ən yaxşı proqrama çevirir.

Verilənlər hər hansı bir təşkilat, idarə, müəssisə, firma və obyektlərin iş fəaliyyətləri ilə bağlı məlumatlar toplusudur.

Verilənlər bazası kompüterlərin yaddaşında təşkil edilərək saxlanılan informasiya yığımıdır.Verilənlər bazalarında real obyektlər proseslər,hadisələr ilə bağlı böyük həcmdə məlumatlar saxlanılır.

Son zamanlar relyasiyalı (relation- əlaqə, münasibət) verilənlər bazaları geniş yayılmışdır. Relyasiyalı verilənlər bazası nəzəriyyəsi 1970 – ci ildə E.F.Kodd tərəfindən riyazi münasibətlər nəzəriyyəsinə əsasən yaradılmışdır.

Relyasiyalı verilənlər bazası nəzəriyyəsinin əsas anlayışlarına cədvəl,münasibət,sətir,sütun,ilkin və xarici açar anlayışları daxildir.

Relyasiyalı verilənlər bazalarında məlumatlar bir və ya bir neçe cədvəllərdə saxlanıla bilər. Cədvəllər arası əlaqələr onların bir və ya bir neçə üst – üstə düşən sahələrinə əsasən yaradılır.Hər cədvəldə bir tip obyektə aid məlumatlar saxlanılır.

Relyasiyalı verilənlər bazalarında cədvəlin hər sətrində (yazısında) bir obyekt haqqında məlumat saxlanılır,bu məlumat unikaldır (təkrar olunmazdır). Cədvəllərdə sətirlərin unikallığını təmin etmək üçün açarlardan istifadə olunur. Cədvəlin bir və ya bir neçə sütun açarı ola bilər ki,bunada açar sütunları deyilir.Açar kimi ardıcıl və ya təsadüfi natural ədədlərdən,telefon nömrələrindən istifadə oluna bilər.

Verilənlər bazalarının yaradılmasını və emalını həyata keçirən sistemlərə (dil və proqram vasitələrinə) verilənlər bazasının idarəetmə sistemləri deyilir.(VBİS) VBİS-ləri istifadəçi ilə VB – ı arasında qarşılıqlı əlaqə yaratmaq imkanı verən proqramlardır.Fərdi və çoxistifadəçili olmaqla iki yerə bölünür.

Fərdi VBİS- ləri bir kompüterdə işləyən lokal verilənlər bazası yaratmağa imkan verir.Misal olaraq Paradox, dBase, FoxPro və.s gostərmək olar.

Çoxistifadəçili VBİS- ləri müştəri server arxitekturasında fəaliyyət göstərən informasiya sistemləri yaratmağa imkan verir.Onlara misal olaraq Oracle, MS SQL Server , İnformix, SyBase və.s göstərə bilərik.

Müasir VBİS- nin tərkibinə aşağıdakılar daxildir:


  • Cədvəllər və onlar arasında əlaqələri yaradan vasitələr toplusu

  • Məlumatları daxil etmək, dəyişdirmək, axtarmaq və müxtəlif şəkillərdə (mətn, qrafik) əks etdirmək imkanı verən istifadəçi interfeysi

  • Yuxarı səviyyəli proqramlaşdırma vasitələri


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin