İstilik üstü NNK-nın göstəricisi mühitin hidrogenliyi
ilə səciyyələndiyi halda, istiliyə görə NNK-nın göstəricisi mühitin hidrogenliyindən başqa, həm də mühitdə anomal böyük
udma xassəli elementlərin, ilk növbədə xlorun olması ilə müəyyən edilir.
İstilik üstü NNK-nın istiliyə görə NNK-dan üstün cəhəti onun göstəricilərinin süxurların litoloji tərkibindən və mühitdə xlorun miqdarından az asılı olmasıdır. Bu səbəbdən də, NNK
i üsuluna görə süxurların məsaməliyini yüksək dəqiqliklə təyin etmək olur.
Xüsusilə süxurun gilliliyi 15 % -i aşmadıqda nəticələr daha dəqiq alınır.
İstilik neytronlarının sıxlığına süxurların udma xassələri böyük təsir göstərir. NNK
i üsulu mühitdə xlorun miqdarına çox həssas olduğundan alınan nəticələr lay sularından və qazıma məhlulundan kəskin asılı olur.
NNK
iü üsulunun göstəricisi praktiki olaraq istilik neytronlarını udmaq üçün mühitdəki yüksək en kəsiyinə malik elementlərdən (o cümlədən xlordan) asılı olmur. Odur ki, NNK
iü -nın göstəriciləri NNK
i və NQK üsullarına nisbətən süxurun hidrogenliyi ilə daha sıx əlaqədə olur.
Lakin, NNK
iü–nın tədqiqat radiusu çox kiçik olduğundan üsul geniş tətbiq olunmur.
Dostları ilə paylaş: