Süxurların xüsusi elektrik müqaviməti və onların müxtəlif amillərdən asılılığı
Süxurlar ayrı-ayrı bərk mineral dənəciklərin kombinasiyalı yığımından və bu yığımların aralarındakı boşluqları dolduran lay flüidindən ibarətdir. Mineralların xüsusi müqaviməti mində bir Omm-dən milyonlarla Omm-dək dəyişilir. V.N. Daxnov xüsusi müqavimətin qiymətinə görə mineralları yeddi sinifə ayırır. Təbiətdə daha çox yayılmış mineralların təsnifatı və onların xüsusi müqaviməti
Mineralların xüsusi müqavimətinin geniş hüdudda dəyişməsi əlverişli amil kimi elektrik üsulları ilə süxurların tədqiqinə imkan verir. Nəzərə almaq lazımdır ki, neft və qaz yataqlarının əksəriyyəti çökmə süxurlarda formalaşır. Çoküntü kompleksində karbonat və çökmə süxurları təşkil edən süxurtörədən minerallardan kvars, kalsit, çöl şpatı, anhidrid, halit və digərlərinin xüsusi müqavimətləri çox böyükdür.
Bununla yanaşı çökmə süxurlardan: gillərin, qumların, qum daşlarının, alevrolitlərin, qravelitlərin, əhəngdaşlarının, dolomitlərin xüsusi müqavimətləri 10
-1-dən 10
4 Omm-dək dəyişir ki, bu göstərici süxurtörədən mineralların dənəciklərinin xüsusi müqavimətindən bir neçə dəfə kiçikdir. Belə bir fərq süxurun ikinci komponenti olan lay flüidinin təsirindən yaranır. Süxurların məsamələri adətən lay suları ilə doymuş olur və onların ümumi qatılığı 250 kq/m
3-ə çatır.
Lay sularının xüsusi müqavimətini QP diaqramlarına görə təyin etmək olur. Lakin, daha dəqiq məlumat quyuların sınanılması prosesində götürülmüş lay suyu nümunəsini analiz etməklə alınır. Bu halda lay suyunun xüsusi müqavimətini adətən laboratoriya rezistivimetri ilə ölçməklə təyin edilir, yaxud da lay suyunun temperaturunun və kimyəvi tərkibinin məlum qiymətlərinə görə hesablanılır.
Elektrik karotajının zondları
Elektrik karotajında quyuya buraxılan qurğu zondlar adlanır. Qeyd etdiyimiz kimi bu zondlar elektrodlardan təşkil olunur. Elektrodlar da öz növbəsində iki yerə ayrılırlar: cəriyan və ölçü elektrodları.
Zondlar formasına görə nöqtəvi və çubuqavri olurlar. Nöqtəvi elektrodlu zondlar yan karotaj zondlaması, mikro və s. karotajlarda istifadə edilir. Çubuqvari zondlar indiksion karotajında, yan karotajında, dielektirk karotajında və s. istifadə edilr.
Zondlarda yerləşən elektrodların xüsusiyyətlərinə görə onlar qradient və potensial zondlara bölünür. Potensial
zondlar o zonda deyilir ki, cüt elektrodlar arasındakı məsafə tək elektrodla ona ən yaxın cüt elektrod arasındakı məsafədən dəfələrlə böyük olsun və aşağıdakı şərt ödənilmiş olsun: