Kursun məqsədi



Yüklə 0,75 Mb.
səhifə33/45
tarix10.12.2023
ölçüsü0,75 Mb.
#139119
1   ...   29   30   31   32   33   34   35   36   ...   45
Kursun m qs di

Q qhi

burada, Q-ümumi sərf,
hd
qhi - hi
dərinlikdəki sərf;
(2.2)

t
h -ht intervalının tavan dərinliyi; hd -

intervalın dabanının dərinliyi. Differensial profil isə intervallar üzrə ayrı-ayrılıqdakı maye sərfini əks etdirən qrafikdir.


q

i
  Q h
(2.3)



burada,
Q - h

ölçü dərinliyində axının artması;


qi -intervallar üzrə maye sərfi (m3 /gün).

Mayenin həcminin ölçülən sahələrdə onun hərəkti müxtəlif olur: burulğan şəkilli, qeyri- stasionar. Mayenin bu sahələrdə hərəkət trayektoriyası iki təşkiledicinin (tanges-quyu oxuna perpendikulyar; şaquli-quyu oxuna paralel) təsirindən yaranır. Quyuda maye sürətini əks etdirən profili qurmaq üçün orada rasxodomer işləri aparılır ki, bu halda quyu oxu boyu hərəkət edən mayenin sürəti ölçülür. Quyu diametrini, axın sürətini bilərək burada maye axını və qəbuletməni təyin etmək olar. İki cür rasxodomerdən və sərf indiqatorundan istifadə edilir: mexaniki və termoinduktiv.
Mexaniki rasxodomerin əsas elementi fırlanan turbindir, mayenin sürəti nə qədər çox olsa turbin bir o qədər çox fırlanaçaq. Bu fırlanma çevricilər vasitəsilə elektrik siqnalına çevrilir. Mexaniki rasxodomerlər pakerli və pakersiz olur. Differensial profili qurmaq üçün diaqram üzərində

q  (Q Q ) h

i ivak
imin (2.4)
q


Q , Q

düsturundan istifadə edilir. Burada i -xüsusi sərfetmədir (m3/gün m);
imak
imin -intervalın

tavan və dabanınından götürülmüs maye sərfidir (m3/gün);
h - h = h - h yux- h intervalın

aşağı, h yux-intervalın yuxarı hissələrinin dərinliyidir. Termoinduktiv rasxodomerlər intervalın aşağı və yuxarı hissələrinin arasındakı temperaturlar fərqi ( T ) qeyd edilir. Termoinduktiv rasxodomer mayenin tərkibinin dəyişməsinə çox həssasdır, mexaniki rasxodomer isə kiçik sürətli
maye axınına az həssasdır, ancaq maye tərkibinin dəyişməsi onda heç bir dəyişiklik yaratmır. Ona görə də tədqiqat zamanı bu iki rasxodomerin eyni zamanda tədbiqi vaçibdir. Rasxodomerlərə misal olaraq RQD-4, "Kobra 36", PQT-1M; PH-26; CTU-4 göstərmək olar (sonuncu iki rasxodomer termoinduktiv rasxodomerdir).
Quyu oxu boyu mayenin tərkibinin və quruluşunun öyrənilməsi: Müxtəlif səbəblərdən quyu oxu boyu eyni zamanda quyuda neft, lay suyu, vurulan su ola bilər. Yataqda qaz “tacı” olduqda və ya layda təzyiq doyma təzyiqindən aşağı düşdükdə, bu zaman quyu oxu boyu sərbəst qazda ola bilər. Yataq konturkənarina su vurma ilə istismar edildikdə, şirin su yaxşı keçiriciliyə malik laycıqlar vasitəsilə quyuya daxil ola bilər. Bundan başqa layın neftdoyumluğu azaldıqda və ya su-neft kontaktı qalxdıqda quyuya lay suyu daxil olur. Bu səbəblərdən də quyuda mayenin tərkibi və quruluşunun öyrənilməsi vacibdir. Tədqiqat xamanı sıxlıqölçəndən, rütubətölçəndən və rezistvimetir kimi üsullardan istifadə edilir.
Sıxlıqölçən. Mayenin sıxlığının öyrənilməsi: quyu oxu boyu maye sıxlığı mənbədən buraxılan -selinin udulmasına əsaslanır. Ölçü uçün -sıxlıqölçən cihazından istifadə edilir, o dedektor və yumuşaq -şualanma mənbəyindən təşkil olunur. Adətən mənbə kimi tulium–170 izotopundan istifadə edilir ki, şualanan -kvantların enerjisi E 200KEV olur. Cihaz quyuya
buraxıldıqda mənbə ilə dedektor arasında maye yerləşir. Mənbə ilə dedektor arasındakı məsafə 30–50 sm-dən artıq olmur. Bunlar arasında -kvantın bir başa dedektora getməməsi üçün,
qurğuşun ekran yerləşdirilir. Əgər mayenin sıxlığı quyuda deyil, kəmərarxasında təyin edilməsi lazımdırsa bu zaman hər tərəfə şualanan mənbədən yox, istiqamətləndiricisi olan mənbədən istifadə edilir. Diaqramda hər bir laydan quyuya daxil olan mayenin sıxlığı q/sm3-la qeyd edilir. Qamma-sıxlıqölçənlərə misal olaraq QQP-1M, QQP-P qeyd etmək olar.
Rütubətölçən: Bu halda quyu oxu boyu dolmuş mayenin dielektrik sabiti ölçülür. Neft və su üçün dielektrik sabiti bir-birindən kəskin fərqlənir. Su üçün bu 80-a, neft üçün 2-yə bərabərdir. Dielektrik keçiriciliyini ölçmək üçün həssas element kimi tutumdan istifadə edilir. İstənilən tutumun tutumu özünün geometrik ölçüsündən və elektrodlar arasındakı yerləşən
dielektrik mayenin miqdarından asılı olur:

0
C=C . (2.5)
burada C0-kondensatorun vakumda tutumudur; -dielektrik keçiriciliyidir.
Rütubətölçənin qiymətinə neftin tərkibi və xüsusiyyətləri, suda duzun miqdarı, neft-su

qatışığının quruluşu böyük təsir göstərir. Neft (təmiz) üçün =2; 50% neft və 50% su olduqda
=11, su (təmiz) =80 qiymətləri ilə səciyyələnir.
Rezistivimetr: İstismar quyularında maye axımının elektrik müqavimətini və ya keçiriciliyini ölçmək üçün rezistivimetrdən istifadə edilir. Quyuya axan mayelərin tərkibindən asılı olaraq onların elektrik müqaviməti və ya keçiriciyi müxtəlif olur. Neft (təmiz) üçün elektrik müqaviməti çox böyük, keçiricilik “0”-a yaxın, su (lay suyu) üçün elektrik müqaviməti kiçik, keçiriciliyi çox böyük olur.
Mufta lokator: istismar kəmərinin birləşmə yerlərinin, kəmərdə zədənin və eləçədə kəmərdə çürümələrin təyininə şərait yaradır. Kəmər birləşmələri və kəmərdə zədə (süzgəc intervallarında) olduqda mufta lokatorunda sinusoidal (kiçik tezlikli) əyrilər qeyd edilir. Çürümə intervalı qarşısında isə böyük tezlikli (əvvəlkindən 3-4 dəfə çox) sinusoidlər qeyd edilir.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin