Kursun məqsədi


Qamma karotaj ilə kollektorların gilliliyinin təyini



Yüklə 0,75 Mb.
səhifə15/45
tarix10.12.2023
ölçüsü0,75 Mb.
#139119
1   ...   11   12   13   14   15   16   17   18   ...   45
Kursun m qs di

Qamma karotaj ilə kollektorların gilliliyinin təyini. Süxurların kollektorluq xüsusiyyətini öyrəndikdə daima onların gilliyini, yəni tərkiblərində pelit hissəciklərinin faizini təyin etmək lazım gəlir. Qamma-karotaja əsasən süxurun gilliliyinin təyin edilməsi, süxurların gilliliyi və onların radio-aktivliyi arasında korrelasiya əlaqəsi olması ilə izah edilir. Yəni,

J
f (Cg )
(3.1)

J - kəmiyyəti qamma-aktivliyin nisbi intensivliyidir:



J
J 

  • J min

J max J min
(3.2)
J J max
burada,  - tədqiq edilən lay qarşısında QK-nin qiyməti, - istinad-gil layı qarşısında QK-
J mn
nin qiyməti; - istinad-qum layı qarşısında QK-nin qiymətidir. Nisbi intensivliklə ilə Cg
arasında asılılıq (paletka) şəkil 7-də verilir.


Şəkil 7. QK-na əsasən Cg -in təyini paletkası

Qamma-qamma karotaj


Qamma-qamma metod səpələnən qamma şüaların intensivliyinin qeyd edilməsinə əsaslanır. Bu intensivlik süxurları ilkin qamma şüalar seli ilə şüalandırdıqda baş verir.


Quyuda tədqiqat aparmaq məqsəsi ilə quyuya buraxılan cihaz qamma karotaj cihazından onunla fərqlənir ki, cihazın quyruğunda qamma şuaları şüalandıran mənbə yerləşdirilir. Mənbə ilə qəbul edici arasında qurğuşun ekran yerləşdirilir ki, bu da qamma kvantların birbaşa mənbəyə çatmasına mane yaradır.
QQK-ın iki növü tətbiq edilir: qamma-qamma sıxlıq ölçən və qamma-qamma sellektiv.
QQK-S-da mənbə kimi şüalandırdığı qamma kvantın enerjisi 1.33 MeV və ya 1.37 MeV olan mənbələrdən istifadə edilir. Bu zaman qamma kvant süxurlarla qarşılıqlı təsirdə olduqda əsasən kompton effekti baş verir. Bu effektin yaranma ehtimalı birbaşa süxurun sıxlığı ilə proporsional olur.
QQK-Sel. – də isə enerjisi 0.5 MeV-dən kiçik olan qamma kvant şüaları buraxan mənbələrdən istifadə edilir. Bu zaman əsas proses fotoelektrik udulma hesab edilir. Bu zaman qamma kvantın süxurlardan səpələnmə xüsusiyyəti onun tərkibindən asılı olur (şəkil 8).

Şəkil 8. Selektiv qamma-qamma karotajında istifadə edilən quyu cihazının quruluşu.


1 - kabel; 2 - kanal; 3 - qurğuşun ekran; 4 - mənbə; 5 - dedektor

QQK-ın tədqiqat radiusu 10-15 sm olur. Bu səbəbdən də quyu cihazı bir tərəfli tessor vasitəsi ilə quyu divarına sıxılır.


Hər iki halda alınan məlumatların interpretasiyası zamanı bir neçə amil (quyu diametri, quyunu dolduran gil məhlunun xüsusiyyəti, zondun uzunluğu, istifadə edilən mənbənin xüsusiyyətləri və s.) nəzərə alınmalıdır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin