NQK ikinci dərəcəli qamma kvantların intensivliyinin qeyd edilməsinə əsaslanır. İkinci dərəcəli qamma-kvantlar süxurlar sürətli neytronlarla qarşılıqlı əqaqədə olduqda yaranır.
NQK zamanı quyuya buraxılan cihaz indikator və neytron mənbəyindən ibarət olur. İndikator kimi bir stintilyasiya sayğacından istifadə edilir. Mənbədən çıxan neytronun bir başa indikatora çatmaması üçün bunlar arasında qurğuşun ekran və ya parafin təbəqə yerləşdirilir. Bu iki element arasındakı məsafə zondun uzunluğu adlanır və tədqiqat radiusu bu uzunluqdan asılı olur. Zondun uzunluğu artdıqca tədqiqat radiusu da artır və maksimum qiymətə çatdıqdan sonra azalır. Cihazın tədqiqat radiusuna süxurların litoloji tərkibi və məsamələrdəki hidrogen, xlor, natrium ionlarının miqdarı təsir edir. Belə ki, bu elementlərin ionları neytronu intensiv udmaq
qabliyyətinə malikdirlər. Müxtəlif tərkibli süxurlarda tədqiqat radiusu müxtəlifdir: terrigen tərkibli süxurlarda maksimal qiymət 45-50, karbonat süxurlarda isə 60-70 sm-dir.
NQK cihazlarının tətbiqi zamanı inersiya zonası yaranır ki, bu zaman zondun uzunluğu inersiya məsafəsindən kiçik olur. Belə zandlarla tədqiqat apaılan zaman hidrogenin süxurda miqdarı artdıqca qeyd edilən intensivlik artır. Praktikada əsasən inersiyadan kənar zondlar istifadə edilir ki, belə zondların uzunluğu təxminən 60 sm-ə bərabər olur.
NQK ilə kəmərli quyularda tədqiqat apardıqda kəmər və sement həlqəsi intensivliyin qiymətinin təxminən 30-40 faiz azalmasına səbəb olur.
Ümumiyyətlə, ən çox istifadə edilən NQK cihazının zondunun uzunluğu 60 sm olur. Belə quyu cihazı vasitəsilə alınan kəmiyyətin qiyməti daha dəqiq olur. Tədqiqat zamanı qeyd edilən Jnγ ümumi γ şüalanmanın cəmidir, yəni bunu aşağıdakı düstur şəklində yazsaq, aşağıdakı düsturu yaza bilərik.
Jnγq.e=Jγ+Jnγ+Jγγ+Jγf Burada, J γ– təbii radioaktivliyin intensivliyi, J nγ– II dərəcəli γ kvant, J γγ – γ hissəciklərin süxurda yayılması zamanı yaratdığı intensivlik, Jγf – təbii fondur. İnterpretasiya zamanı bizə II dərəcəli γ kvantın intensivliyi lazım olur.Bu məqsədlə də yuxarıdakı düsturdan II dərəcəli γ kvantın düsturunu yazaq:
Jnγ= Jnγq.e- Jγ- Jγγ- Jγf Bərabərlikdəki sonuncu 2 çıxılanın qiyməti bəzən məlum olmur.Ona görə də hər bir quyu cihazında zavoddan buraxdıqdan sonra 2 kəmiyyətin (a və b) ədədi qiyməti pasportda qeyd edilir.