Kursun məqsədi



Yüklə 0,75 Mb.
səhifə19/45
tarix10.12.2023
ölçüsü0,75 Mb.
#139119
1   ...   15   16   17   18   19   20   21   22   ...   45
Kursun m qs di

Neytron-neytron karotajı


NNK üsulu itisürətli neytronlar mənbəyi ilə süxurları şüalandıran zaman yaranan istilik, yaxud istilik üstü neytronların sıxlığının öyrənilməsinə əsaslanır. Təcrübədə NNK-nın iki modifikasiyasından istifadə olunur:b



    1. İstilik neytron-neytron karotajı (NNKi)

    2. İstilik üstü neytron-neytron karotajı (NNK)

NNKi-də quyu kəsilişi boyunca istilik neytronlarının sıxlığı, NNK-də istilik üstü neytronların sıxlığı qeyd edilir.
NQK üsulundan fərqli olaraq NNK üsulunda quyu cihazında istifadə edilən detektor

istilik neytronları indikatorundan ibarət olub üç flüorlu bor doldurulmuş qazboşaldıcı sayğac şəklindədir.
(BF3 )
birləşməsinin buxarı ilə

İstilik üstü neytronları qeyd etmək üçün sayğaclar
0.5 mm qalınlıqlı kadmium və parafin

ekranla örtülür. Kadmium istilik neytronlarını udub sayğaca yalnız istilik üstü neytronlarını buraxır. İstilik üstü neytronlar isə hidrogenli parafində zəifləndirildikdən sonra sayğacda qeyd olunurlar.



edir.
NNKiüsulunda zondun uzunluğu
30 40 sm , NNK üsulunda isə
25  40 sm təşkil

İstilik üstü NNK-nın göstəricisi mühitin hidrogenliyi ilə səciyyələndiyi halda, istiliyə görə NNK-nın göstəricisi mühitin hidrogenliyindən başqa, həm də mühitdə anomal böyük udma xassəli elementlərin, ilk növbədə xlorun olması ilə müəyyən edilir.
İstilik üstü NNK-nın istiliyə görə NNK-dan üstün cəhəti onun göstəricilərinin süxurların litoloji tərkibindən və mühitdə xlorun miqdarından az asılı olmasıdır. Bu səbəbdən də, NNKi üsuluna görə süxurların məsaməliyini yüksək dəqiqliklə təyin etmək olur. Xüsusilə süxurun gilliliyi 15 % -i aşmadıqda nəticələr daha dəqiq alınır.
İstilik neytronlarının sıxlığına süxurların udma xassələri böyük təsir göstərir. NNKi üsulu mühitdə xlorun miqdarına çox həssas olduğundan alınan nəticələr lay sularından və qazıma məhlulundan kəskin asılı olur.
NNK üsulunun göstəricisi praktiki olaraq istilik neytronlarını udmaq üçün mühitdəki yüksək en kəsiyinə malik elementlərdən (o cümlədən xlordan) asılı olmur. Odur ki, NNK -nın göstəriciləri NNKi və NQK üsullarına nisbətən süxurun hidrogenliyi ilə daha sıx əlaqədə olur.
Lakin, NNK–nın tədqiqat radiusu çox kiçik olduğundan üsul geniş tətbiq olunmur.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin