Partlayış - partladıcı maddənin çevrilməsindən yaranan enerjinin ani halda boşalmasına və sərf olunmasına, ətraf mühütə güclü fiziki-kimyəvi təsir (dağıtmaq, silkələmək, atmaq, yandırmaq, elektrik boşalması, şüalanmaq və s.) göstərməsi hadisəsinə deyilir. Güclü səs dalğası ilə müşayət olunur, havada zərbə dalğası, suda döyünəkli sahə yaradır, torpağı silkələyir, eləcə də çoxlu miqdarda istilik və qaz ayrılır.
Enerji ayrılması - elektrik, nüvə, kinetik, istilik, kimyəvi və digər proseslərlə müşayət olunur. Nümunə üçün elektrik partlayışı kimi atmosferdə ildırım çaxması nəticəsində, elektrik yükünün boşalmasını göstərmək olar. Miniatür elektrik partlayışını kondensatorların boşalmasında müşahidə etmək olar. Öz ölçülərinə görə bu partlayışlar böyük qüvvəyə malikdir. İldırım güclü işıq effekti yaradır, yerüstü qurğuları dağıdır və yandırır.
Çox güclü partlayışlar nüvə partlayışları zamanı müşahidə olunur. Bu zaman ayrılan yüksək sürətli partlayış dalğası, istilik, elektrik yükləri və radioaktivlik effekti böyük ərazidə öz təsirini göstərir.
Partlayış mənbələrinin biri də hərəkət edən cismin kinetik enerjisi nəticəsində yaranan partlayışdır. Misal olaraq meteoritlərin yer səthinə düşdüyü zaman kinetik enerji istilik, qaz kütləsi yaradır və sonda güclü partlayış effekti verir.
İstilik partlayışına misal olaraq, sıxılmış və maye qazlarin yüksək buxarlanma effektinə çatdıqda güclü istilik partlayışına keçməsini göstərmək olar. Vulkan püskürməsi də istilik partlayışıdır.
Partladıcı maddələr neftqazçıxarma sənayesi, seysimik kəşfiyyat, hərbi sənaye, yol çəkmə işləri (dağın, qayaların parçalanması), istifadəyə yararsız qurğuların, binaların sökülməsi, yanğınların söndürülməsi və s. sahələrdə istifadə olunur.
Sənayedə əsasən kimyəvi partlayış üsullarından istifadəyə üstünlük verilir. Bundan sonra izləyəcəyimiz partlayış işləri ancaq kimyəvi partlayış işlərinə aid olacaq.
Partlayış -kimyəvi maddənin və ya qarışığın kimyəvi çevirilməsi nəticəsində böyük miqdarda istilik ayrılması və yüksək təzyiq həddinə çatmış qazabənzər məhsulların çox böyük sürətlə yayılması hadisəsidir. Bu cür çevrilmə qabiliyyətinə malik olan kimyəvi maddə və ya qarışıqlar