Kursun məqsədi


Quyularda torpedləmə işləri



Yüklə 0,75 Mb.
səhifə43/45
tarix10.12.2023
ölçüsü0,75 Mb.
#139119
1   ...   37   38   39   40   41   42   43   44   45
Kursun m qs di

Quyularda torpedləmə işləri


Quyularda müxtəlif səbəblərdən qəzalar baş verir. Qəzanın səbəbi aşağıdakılardan ibarətdir:



  1. gil laylarının şişməsi və ya quyu diametrinin kiçilməsi (gil qazıma) nəticəsində qazıma kəməri tutulur;

  2. quyuya təsadüfən düşmüş dəmir tərkibli cisimlərin nəticəsində tutulma;

Bu zaman ya qazımanı davam etdirmək mümkün olmur. Belə ki, qazıma borusu ilişir. Eyni zamanda da qazıma borusunu qaldırıb endirmək mümkün olmur. Quyu torpedləri fuqas, qaytanlı

(silkələyici), oxu istiqamətində təsir göstərən kumulyativ və eninə təsir göstərən kumulyativ (borukəsənlər) tiplərə bölünür. Quyu torpedlərindən aşağıda göstərilən işlərdə istifadə olunur:

  1. qazıma və nasos-kompressor borularının tutulmadan azad olunmasında (silkələməklə);

  2. tutulmuş hissəni azad olan hissədən, muftadan açılmasında (TDŞ);

  3. qazıma, qoruyucu və NKB- nin kəsməsində (TŞT və TRK) ;

  4. quyuda qalmış metal hissələrinin dağıdılmasında (TKO və TKOT).

Boruları silkələmə vasitəsi ilə azad edilməsində TDŞ tipli torpedlərdən istifadə olunur. TDŞ torpedinin uzunluğu elə seçilir ki, o boruların tutulmuş intervalına uyğun gəlsin. Torped partladıqda zərbə dalğası yaranır. Bu dalğa boruları yapışdıqları quyu divarından aralayır. Əlverişli şəraitdə azadetmə işləri operativ olarsa, boruların tutulub sıxılması tam aradan qaldirila bilər.
Partlayış vasitəsi ilə boruların açılması üsulu ona əsaslanır ki, partlayış zamanı yiv birləşmələri zəifləyir. Belə halda tutulmuş yerdən yuxarıda yerləşən boruları açmaq mümkün olur. TDŞ-in uzunluğu elə seçilməlidir ki, mufta birləşməsinin qarşısında atılsın. Torpedi atmazdan əvvəl açılma istiqamətində rotorla borunu bir neçə dövrə fırlatmaq lazımdır. Quyuda tutulub-sıxılmış boruları azad etmək mümkün olmadıqda onu fuqaslı və ya kumulyativ tipli torpedlərdən istifadə edərək tutulma yerinin üstündən kəsirlər. Hər iki halda nəzərə alınır ki, boruların içərisi və ətrafı gil məhlulu ilə dolu olsun. Əvvəlcə tutulma intervalı, sonra isə torpedin atılma dərinliyi təyin edilir. Partlayışdan əvvəl borulara mexaniki dartılma qüvvəsi tətbiq edilir, sonra kabel quyudan çıxarılır və borular qaldırılır. Əgər borular gəlməzsə növbəti torpedləmə 50 m yuxarıda aparılır.
Qoruyucu kəmərin kəsilməsi adətən quyu ləğv olunduqda lazım olur. Fuqaslı və TDŞ tipli torpedlərdən istifadə bəzi hallarda müsbət nəticə vermir. Bunun səbəbi ondan ibarətdir ki, torpedə yığılmış PM-in kütləsi normadan azdır və kəmər kəsilmək əvəzinə şişir. Belə şişmiş kəməri quyudan çıxarmaq çətin olur. Ona görə də qoruyucu kəməri kumulyativ torped ilə kəs- mək məqsədəuyğundur. Kumulyativ torpedləmədən sonra kəmərdə heç bir deformasiya baş vermir və kəmər quyudan asanlıqla çıxarılır.
Quyu qazılan zaman geniş yayılmış qəzalardan biri də quyunun dibində baltanın kürəciklərinin və ya digər metal cisimlərin qalmasıdır. Bu da quyunun qazılmasını çətinləşdirir və ya dayandırır. Bu cür qəzanı aradan qaldırmaq üçün quyu oxu boyu təsir göstərən kumulyativ torpeddən istifadə olunur.
Kumulyativ torpedlərə misal olaraq TKO, TKOT növlərini göstərmək olar. Bu torpedlərin dərin quyulardakı qəzanı aradan qaldırmaq üçün istifadəsi daha səmərəlidir. TKO kumulyativ torpedi 120 °C, TKOT isə 200-230 °C temperaturu olan quyularda istifadə olunur. Kumulyativ torpedlər ilə işə başlamazdan əvvəl quyunun dibi yuyulmalıdır, çünki torped bilavastə dağıdılacaq obyektin üzərində yerləşdirilir. Əgər torped ilə dağıdılacaq obyektin arasında qum, süxur qırıntıları qalarsa torpedləmənin səmərəliliyi kəskin azalır. Təcrübə göstərir ki, baltanı kiçik hissələrə bölmək üçün ən azı iki kumulyativ torped atmaq lazımdır.
Tutulma yerinin təyini və borunun azad edilməsi aşağıdakı ardıcıllıqla aparılır. Birinci halda tutulmada quyudaxili bütün gil məhlulu neftlə əvəz edilir, müəyyən müddət saxlandıqdan sonra kəmərin azad edilməsinə çalışırlar. Əgər azad etmək mümkün olmadıqda geofizikləri köməyə çağırırlar. İlkin mərhələ kəmərin ilişmə yerinin təyin edilməsindən ibarətdir. Bu məqsədlə quyuya tutulma yerini təyin edən (tprixvotomer) cihaz buraxılır. Bu cihaz vasitəsilə kəmərin birləşmə yerlərini (mufta) diaqramda qeyd edirlər, həmçinin bunun vasitəsilə kəmər boyu maqnit nişanları qoymaq mümkündür.
İkinci mərhələ ondan ibarət olur ki, kəmər boyu yuxarıdan aşağı müəyyən addımlarla maqnit nişanları qeyd edilir və ikinci əyri yazılır ki, əyridə muftalarla yanaşı kəmər boyu seçilmiş addımlarla qeyd edilmiş maqnit nişanları da əyridə öz əksini tapır (şəkil 4.9).
Üçüncü halda kəmər böyük təzyiq altında yuxarıya doğru çəkilir və saxlanılır. Qüvvə o qədər verilir ki, kəmər qırılmasın. Dəmirin fiziki xüsusiyyətindən bilirik ki, dəmir uzandıqda o maqnit xüsusiyyətini itirir. Bu üç diaqram müqayisə edilərək kəmərin tutulma yeri çox dəqiqliklə təyin edilir. Bundan sonra quyuda torpedləmə işləri başlayır.

Şək.4.9. Kəmərin ilişmə yerinin təyini


Istifadə edilən torpedlər 2 cür olur:



    1. istiqamətləndirilmiş (kumulyativ);

    2. istiqamətləndirilməmiş (fuqaslı).

Qeyd etdiyim halda istiqamətlənməmiş torpeddən istifadə olunur. Belə torped quruluşca ya preslənmiş şaşkadan ibarət olur, ya da ki, detonator qaytanında hazırlanır. Torped tutulma intervalından 5-10 m yuxarıda dayandırılır (mufta birləşmələrinə düşməməlidir) və partladılır. Alınmış zərbə dalğası nəticəsində kəmər silkələnir. Qeyd etmişdik ki, kəmər dartılmış vəziyyətdədi. Silkələnmə zamanı çox zaman kəmər azad edilir. Əgər kəmər azad edilməzsə, bu iş yenidən təkrarlanır. Bir neçə dəfə təkrardan sonra azad etmək mümkün olmazsa, istiqamət- ləndrilmiş kumulyativ torped və ya kumulyativ boru kəsən vasitəsilə ilişmə yeridən 1-2 m hündürlükdə kəmər kəsilir (cədvəl 4.7). Sonra kəmərin yuxarı hissəsi qaldırılır, kəsilmə yerindən 5-6 m hündürlük sementlə doldurulur və quyu digər istiqamətdə qazılır. İstiqamətləndrilmiş (kumulyativ) torpedlərdən, həmçinin quyu içərisində kənar cisimlərin dağıdılmasında istifadə edilir. Quruluşca belə torpeda formaca perforatorların mərmilərinə oxşayır. Torpedlərə forma verilməklə yanaşı, müxtəlif diametrdə hazırlanırlar.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin