Mikrokarotaj
Elektrik karotajının digər növləri ilə yuyulma zonasının və «gil qazmağının» xüsusi müqavimətini, eləcədə kiçik laycıqların sərhədlərinin təyin edilməsi mümkün olmur, bu çətinliyi aradan qaldırmaq üçün kiçik ölçülü elektrik karotaj zondlarından istifadə edilir. Belə karotaz növünə misal olaraq mikrokarotajı göstərə bilərik. Mikrokarotajın quruluşu və iş prinsipi aşağıdakı kimidir: təcrid edilmiş (izola edilmiş) nöqtəvi elektrodlar rezin başmaq üzərində yerləşdirilir (şək.).
Bu elektrodlar arasındakı məsafə 25 mm götrülür və zondlar mikro qradient (A0.025M0.025N), porensial (A0.05MN) adlanır. Cəriyan eletrodu olan A-ya cəriyan verilir, ölçü elektrodları M və N arasında yaranan potesiallar fərqi ölçülür. Qradient mikrozondun tədqiqat radiusu 3-4 sm-ə dək, potensial mikrozondun tədqiqat radiusu isə10-12 sm –ə qədər olur. Tədqiqar radiusundan göründuyu kimi qradient mikrozond kavernada gil məhlulunun (eləcədə tam yuyulmamış arqilitlərin), keçrici kollektor qarşısında «gil qazmağının» xüsusi müqavimətini, potensial zond isə kavernada gil məhlulunun (eləcədə yuyulmamış arqilitləri), kollektorlar qarşısında keçricilik zonasının xüsusi müqavimətinin təyin edilməsinə imkan yaradır.
Mikroyan karotajı
Qeyd etdiyimiz kimi mikrokapotajla kiçik layların sərhədləri dəqiq təyin edilir, lakin onların xüsusi müqavimətinin təyin edilməsinə bu zondun tədqiqat radiusu imkan vermir. Kollektorla bircinsi olmayıb coxsaylı laycıqlardan təşkil olunduqlarından onların xüsusi müqavimətinin təyini çox böyük maraq kəsb edir. Bu məqsədlədə mikroyan karotajından istifadə edilir. Mikroyan karotajının quruluşu və iş prinsipi aşağıdakı kimidir: bir-birindən tədric edilmiş (izolə edilmiş) elekrodlar rezin başmaq üzərində yerləşdirilir (şək.).
Bu elaktrodların iş prinsipi yan karotajının iş prinsipi ilə eynidir, ancaq ölçülərinə görə bir- birindən fərqlənirlər. Mikroyan karotajında istifadə edilən elektrodlar həlqəvari olur. Mikroyan karotajına hətta 20 mm-lik qalınlığa malik «gil qazmağı»da təsir edə bilmir. Bu karotojda kiçik qalınlıqlı laylın xüsusi müqavimətindən başqa mikro kavernomer əyrisidə qeyd edilir ki, buda quyu oxu boyu diametrin laylar qarşısında dəyişməsmini tam dəqiq təyin etməyə imkan verir.
Dostları ilə paylaş: |