Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə1/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
  1   2   3   4   5   6   7   8   9   ...   92
KƏRİMBƏYLİ ŞİRİN XANIM
ŞADİMAN
Bu kitabı ömrünü, gününü balalarının
fitravan və rahat həyatına həsir etmiş
və yetmiş iki yaşında dünyasını dəyişmiş,
hələ də yoxluğu ilə barışa bilmədiyim və
müqəddəs ruhu qarşısında baş əydiyim əziz

atam Ağabala Məmməd oğluna ithaf edirəm!
AĞILA BƏHƏR DÜNYA

ÜRƏYƏ QƏHƏR DÜNYA


BAKI – 2007


ZİRVƏLƏRDƏ OLAN TANRI

QURANDA ŞAİRLƏR HAQQINDA AYƏ
Şairlər surəsi şəfəqdi Ayə,

İki yuz iyirmyeddi ayəbəayə.

***

Quranda şairlər haqqında ayə-



Deyir haqq yolunda düşsəndə vayə,

Əgər salmasalar sözünü sayə,

Zənn etmə gedibdi əməyin zayə,

Ol, düzlük yolunda sağ ikən dayə,

Axsa da göz yaşın dönsə də çayə,

Yetişər çaldığın qələmin hayə,

Mən sənə vermişəm ilhamı qayə,

Eylə ömrün boyu haqqı himayə!

Əyrini vəsf edən şeytandır, ayə,

Şərdən yoğrulubdu kökündə mayə!

Səvabı, günahı vur günə, ayə,

O haqq dünyan üçün dönəcək sayə.

Yükləmə günahı belinə tayə,

Yüklədin nə qalar səndən dünyayə?!…

Şadiman, dönübdü qəm oxa, yayə,

Haray sal, ahını aləmə yayə!

Saldığın harayın tutar daş-qayə,

Dirikən zavallı, yetiş ah-vayə!

Pirallahı; 6.X11.2006

İLAHİ, DÜNYANI QORU

İlahi, dünyanı şeytan, iblisdən,

Vicdanın paraya satandan qoru.

Beyni zəhərləyən min cürə hissdən,

Hər qəlbdə, ürəkdə yatandan qoru.
Gücsüzün göz yaşı dəryadı, çaydı,

Haqsızlıq basılmaz min-min alaydı,

Dörd yanım hıçqırıq, nalədi, vaydı,

Haqqı ayaqlara atandan qoru.


Alıb-aldatmaqdı bəndənin işi,

Haramı halaltək doğrayır dişi,

Savaşı, qırğını, gethagedişi…

Əcəlin belinə çatandan qoru.


Kökündən qırılır gündə min ürək,

Dolur bulud təki dağılır dilək,

Pislik çox ürəkdə min donlu mələk,

Yamanı yaxşıya qatandan qoru.


İlahi, Şadiman sənə daməndə,

Mat qalıb addımda feilə, fəndə,

Nicat axtaranın ümidi səndə,

Onu çirkablara atandan qoru.

10. 01. 1991

ZİRVƏLƏRDƏ OLAN TANRI
Zirvələrdə olan Tanrı,

Dərmanımız səndən gəldi.

Mehrin könlə salan Tanrı,

Ünvanımız səndən gəldi.


Qanad verdin mələklərə,

Könül açdın diləklərə,

Elə düşdün ürəklərə –

Peymanımız səndən gəldi.


Hər can içrə çıraq oldun,

Paklıqlardan soraq oldun,

İnsanlığa yaraq oldun,

Ümmanımız səndən gəldi.


Bəşər əhlin tox etməkçin,

Sevincini çox etməkçin,

Vəhşiliyi yox etməkçin,

Kamanımız səndən gəldi.
Hey titrətdin yer üzünü,

Həm gecə, həm gündüzünü,

Göstərmədin heç üzünü,

Qatladıqca şər dizini,

Amanımız səndən gəldi.
Eşqi cana amal etdin,

Başda necə kamal etdin?

İnsanı xoşcamal etdin,

Loğmanımız səndən gəldi.


Ömrə qurdun vaxtımızı,

Çox laxlatdın taxtımızı,

Sınadıqca baxtımızı,

Zamanımız səndən gəldi.


Sünbülümüz dənə keçdi,

Can ağrısı tənə keçdi,

Kitabımız önə keçdi,

İmanımız səndən gəldi.


Şadimanı nə çalxatdın?

Könlünə od, atəş atdın,

İlhamıyla qəm yaratdın,

Divanımız səndən gəldi.

9. 01. 2003
OYMA ÜRƏYİMİ, OYMA , İLAHİ
Günəşin atəşi sinəmə hopub,

Buludlar, şimşəklər köksümdən qopub,

Bu can hüzurunda varlığın tapıb,

Əzaba dözənlər haqqına dahi,

Oyma ürəyimi, oyma, İlahi.
Var olub, dünyaya sarılıb bəndə,

Düşübdü ağılı min cürə bəndə,

Nə yazıq, canını üzüblər təndə,

Əzaba dözənlər haqqına dahi,

Oyma ürəyimi, oyma, İlahi.
Acılar, fəryadlar dünyanı tutmaz,

Niyə daş qəlbləri fəqan oyatmaz?!

Əllər dərgahında, bu səsim çatmaz,

Əzaba dözənlər haqqına dahi,

Oyma ürəyimi, oyma, İlahi.
Dağılıb aləmə odum-ocağım,

Sinəmdən aləmə fəqandı ağım,

Sənsən, ey Yaradan, yalnız dayağım,

Əzaba dözənlər haqqına dahi,

Oyma ürəyimi, oyma, İlahi.
Dünyaya gələli sail olmuşam,

Acıya şəkərtək qail olmuşam,

Düşməni dost bilib mail olmuşam,

Əzaba dözənlər haqqına dahi,

Oyma ürəyimi, oyma, İlahi.

07.03. 1994


ODU DAHİ, UCA YARADICI
Odu dahi, uca Yaradıcı,

Tapılmaz əlaca Yaradıcı,

Şöhrətə, həm taca Yaradıcı,

Varlıya, həm aca Yaradıcı,

Bəşərə haqq diləyən Allahdı,

Hər şeyi xəlq eləyən Allahdı.


Onun ilhamıdı gəzir ərzi,

Naləsi hər saat əzir ərzi,

Varına, yoxuna nəzir ərzi,

Göndərir ərşinə üzür ərzi,

Adəmi hey ələyən Allahdı,

Hər şeyi xəlq eləyən Allahdı.


Odu dinləri beyinlərə salan,

Odu Əzrayıl ilə can alan,

Kainatla bir, əbədi qalan,

Odu, tənləri məzara salan,

Bizdən adil, biləyən Allahdı,

Hər şeyi xəlq eləyən Allahdı.


Odu bəşərə verən də canı,

Həm nəş’ə həm qəm edən də anı,

Həm yerdə, həm göydə ünvanı,

Odu məhşərə qoyan divanı,

Könlə düzlük bələyən Allahdı,

Hər şeyi xəlq eləyən Allahdı.


Odu qoruyan haqqın dəbini,

Hər kəsə qıymayır can təbini,

Sevdiyi könlə salar həbini,

Tutar ilhama elə qəlbini,

Vicdan ilə mələyən Allahdı,

Hər şeyi xəlq eləyən Allahdı.

Ona pəyandaz olub Şadiman,

Onun dərgahına elər iman,

Ondan ilhamına gələr fərman,

Göndərər könlünə təbi dərman,

Qəlblərə nur çiləyən Allahdı,

Hər şeyi xəlq eləyən Allahdı.

03.03.2003

EY XUDA
Mum etdin hər sirini,

Açmadın heç birini,

Həm ölü, həm dirini,

Qoydun qəflət yuxuda,

Ey Xuda.
Bizi Məcnun eylədin,

Eşqə cunun eylədin,

Təni unun eylədin,

Sındı dünya oxu da,

Ey Xuda.
Hökmündə bəşər ömrü,

Dilində haqq əmiri,

Yuğurursan xəmiri,

Qalıb əldə çoxu da,

Ey Xuda.
Hər bədən açmış gülün,

Aləm gözünə tülün,

Oxur həyat bülbülün,

Burnu min bir qoxuda,

Ey Xuda.
İtirib bəşər özün,

Boyayıb şərlə üzün,

Qapına dizin-dizin…

Gələr qara-qorxuda,

Ey Xuda.
Gecəmi şam eylədin,

Təbimlə kam eylədin,

Əhdi ilham eylədin,

Əqlimi tam eylədin,

Ərşə qaçıb yuxu da,

Ey Xuda.
Şadimanı var etdin,

Canın qəmə zar etdin,

İlhamıyla yar etdin,

Bu aləmə car etdin,

Eşqin könlümə qida,

Ey Xuda…

19.02.2003




ƏN BÖYÜK YARADICI
Ən böyük yaradıcı Allahdı,

Onun nurudu tutan dünyanı,

Göyün və yerin tacı Allahdı,

Odu başda yaradan röyanı.


Allahın nuru könlüvə yarsa.

Təb gəlir ürəyə axın-axın.

Harda yaradıcı bəndə varsa,

Olur cövürlə dərgaha yaxın.

Salır riqqətə ürək telini,

Yaradan bəndəsinə hay veir

Coşdurur ilhamının selini,

Sevdiyi insanına pay veir.


Camaat yaradıcı adama,

Hər zaman da edibdi paxıllıq.

Qoyarlar qəlbini həsrət kama,

Görə bilməz ölüncə xoşqılıq.


O cümlədən də gəl, ey Şadiman,

Könlüvə qoyma girə məlalı,

Sanma, etsələr ilhamına man,

Sənintək yoxdu başıbəlalı.

03.03.2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin