Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə18/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   14   15   16   17   18   19   20   21   ...   92

LOVĞA XORUZUN

HEKAYƏSİ

Bir səhər xoruz qalxdı,

Toyuqlara tərs baxdı.

Dedi:-səbəb yox naza,

Yığılmışam boğaza.

Sizin söz-söhbətiniz,

Hər cürə qiybətiniz,

Canımda hal qoymadı,

Heç qarnınız doymadı.

Bumu həyatın dadı?

Özümə hin tikəcəm,

Yanında bağ əkəcəm.

Hər gün sizi yoxlaram,

Himayəmdə saxlaram.

Toyuqlar ağlaşdılar,

Xoruza bağlaşdılar.

Atıb bizi hin tikmə,

Sinəmizə dağ çəkmə.

Bapbalaca cücələr,

Tək nə edər gecələr?

Ay xoruz imdad elə,

Atma bizi sən belə.

Bizi tülkü aparar,

Hində tufan qoparar.

Biz qalıırıq yiəsiz,

Çökürük qarşında diz.

Xoruz dedi:-bu əmir!

Çıxarmayın səs-səmir.

Mənəm sizin şahınız,

Yerdəki Allahınız.

Qəlbdə toyuqlara kin,

Toyuq tikdi ayrı hin.

Yanında saldı bir bağ,

Və kefi damağı çağ.

***

Xoruzun tək qalması,



Ayrı məkan salması,

Tülküdən yan keçmədi,

Öylə zaman keçmədi,

Gəldi qaranlıq axşam,

Eyləməkçin tülkü şam,

Gözaltda aldı onu,

Çatdı xoruzun sonu.

Hinin ağzında durdu,

Xoruza tələ qurdu.

Qazıdı dərin çala,

Qurdu özünə qala.

Yol açdı hinə tülkü,

Bilmədi qorxu - hürkü.

Tutub xoruzu yedi,

Özünə əhsən dedi.

Xoruzun bu hikkəsi,

Külfətlə mərəkəsi,

Özünü məhv elədi,

Loğvalanmaq belədi.

Dünyada haqq əbədi.

Bu həyatın mə’bədi -

Daim yaxşılıq etmək,

Can deyib, can eşitmək.

10. 04. 2000


CIRCIRAMA İLƏ QURBAĞANIN

DOSTLUĞU
Cırcırama bir axşam,

Hələ eyləməmiş şam.

Bir gölün qırağında,

Kefinin xoş çağında,

Vurdu otlara dizin.

Oxudu həzin-həzin,

Göldən çıxan qurbağa,

Baxdı hey sola, sağa.

Görmədi hes bir kəsi,

Çəkdi içə nəfəsi.

Səs yenə də ucaldı,

Qurbağa çaşbaş qaldı.

Dedi:-məntək oxuyan,

Nəfəsi gül qoxuyan,

Yoxdu bu məkanımda,

Bu mənim imkanımda.

Kimdi belə yanımda?

Necə gözəl sədalı?

Həm işvəli, ədalı.

Cırcırama özünü,

O zərifcə üzünü,

Göstərdi qurbağaya,

O qürurlu ağaya.

Dedi:-məni sal saya,

Gəl, tənhayam yet haya.

Tək səninmi səsin var?

Belə xoş nəfəsin var.

Məni Tanrı yaratmış,

Səsimə şəkər qatmış.

İstəyirsən dost olaq,

Birgə ərzə səs salaq.

***


Qurbağa çox şad oldu,

Qəlb evi abad oldu.

Səs-səsə verdi onlar.

Alışdı şövqlə canlar.

Necə artdı həvəslər,

Coşdu eşqlə nəfəslər.

Qurbağa, cırcırama,

Dosluqda yetdi kama,

Birgə oxuyub hər gün,

Saldılar gölə səs, ün.

Əhdi peyman etdilər,

Xoş mərama yetdilər.

Siz də yetişin kama,

Əhdi unutmun amma.

Sözündə düz olanın.

Allah qoruyar canın.

10. 04. 2000
SADƏLÖVH MİLÇƏKLƏ

HÖRMÜRÇƏYİN HEKAYƏTİ
Öz torun toxuyub hörmürçək bir gün,

Vurdu yuvasının ağzına düyün.

Sakitcə çəkilib o bir kənara,

Düşündü, sükuta qərq olsun ara.

Səbirlə, təmkinlə ovun gözlədi,

Əlini, üzünü çox təmizlədi.

Birdən uçdu gəldi sadəlövh milçək,

Dayandı yuvanın ağzındaca tək.

Hörmürçək milçəyə dedi:-dost olaq,

İstəsən yuvada biz birgə qalaq.

Təklik sıxır mənim könlümü çox vaxt,

Gəl birgə ömür edib, biz olaq xoşbaxt.

Sədəlövh milçəyin artdı heyrəti,

Dedi:- ey hörmürçək, fikirin qəti?

Hörmürçək dilini salaraq işə,

Dedi:- bu peymana etmə əndişə.

İkimiz bir yerdə yaşasaq yaxşı,

Bu tor evimizin gözəl naxıışı.

Milçək ayağını basdı yuvaya,

Gördü ki, tuş olub naləyə, vaya.

Hörmürçək ovundan gəldi ilhama,

Onun bədənini tez çəkdi kama.

Biçarə milçəyin qəfəsi qaldı,

Hörmürçək milçəyin canını aldı.

***

Namərdin dilinə aldanma heç vaxt,



Aldansan qaraya boyanacaq baxt.

Dünyanın gedişi əzəldən belə,

Sadəlövh bəxtiyar olmayıb hələ…

10. 04. 2000



QARIŞQA İLƏ FİLİN ƏHVALATI
Fil öz sürüsü ilə cəngəliyə şah idi,

Ordakı heyvanlara, sanki bir Allah idi.

Səsi çox qüdrətliydi bütün səhranın zəngi,

O yerlərin sultanı, o yerlərin nəhəngi.

Saymazdı heç bir zaman nə şiri, nə pələngi,

Döyüş vaxtı onlarla qurardı qızğın cəngi.

Fil yenə bir talada arxayın dincəlirdi,

Bu zaman nə isə bir şey qulağını dəlirdi.

Tərpədərək başını fınxırdı ilxısına,

Oynadaraq quyruğun çəkdi bircə an qına.

Birdən lap qulağında qarışqa cilvələndi,

Dedi:-səhralar şahı qəzəblənmisən nədi?

Mən sənin qulağında yatıram neçə vaxtdı,

Qurmuşam nə müddətdi orda üzümə taxtı.

Ən sakit, ən qorxusuz yerdi sənin qulağın,

Yerin verməz dünyada mənə heç barlı bağın.

Fil qalxaraq yerindən ləngər vurdu bircə an,

Qarışqanın sözündən oldu ürəyi büryan.

Dedi:-sənin nə həddin yatdın fil qulağında?

Fərmanımın, hökmümümün bu atəşli çağında.

Qarışqa dedi :-ey fil, çatsa əgər hünərin,

Məzaların içində məzarım olsun dərin.

Ayağın altı mənim varlığıma tikandı,

Qulağının içisə ən sakit bir məkandı.

Nə qarışqa qulaqdan bir ayrı yuva bildi,

Nə də fil qarışqanı qulaqdan qova bildi.

Qarışqa heç bir zaman ayrı yerə getmədi,

Fil ilə qarışqanın mərəkəsi bitmədi.

10. 04. 2000
NƏVƏYLƏ PAXIL PİŞİYİN HEKAYƏSİ
Deyirlər ki, nənənin bir nəvəsi var idi,

Taleyinə bəxtinə, sanki o bahar idi.

Nənə öz nəvəsini candan əziz bilərdi,

Onunla əylənərdi, onunla da gülərdi.

Nə zamandı pişik də evə olmuşdu sakin,

Nənənin sevgisinə onda yaranmışdı kin.

Dadlı yeməklərini nənə nəvəyə verər,

Bu da paxıl pişiyin qollarını lap gərər.

O düşündü, imkanım nə vaxt düşərsə ələ,

Könlüm necə istəyir alaram qisas elə.


Bir fürsət axtarırdı bu qızı cırmaqlasın,

Balaca qızcağazın şad qapısın bağlasın.

Nənənin sinəsini yaxşıca bir dağlasın.

Bu istəkli balaca doyunca qoy ağlasın,

Çünki, o, nəvəsini yedizdirir həmişə,

Mənim də ürəyimdə məskən salıb əndişə.

Ən yaxşı yeməklərə tamarzı qoyur məni.

Elə hey yedizdirir, yedizdirir nəvəni.

Alaram qisasımı sonra çıxıb gedərəm,

Onların ürəyini param-parça edərəm.

Düşünərək yaxşıca elə fürsət aradı,

Xainlərin həmişə qəlbi, fikri qaradı.

***

Bir gün nənə bağçada gülləri sulayırdı,



Birdən qəfil səs onu öz işindən ayırdı.

Qaçdı nənə tez evə görsün nə olub orda?

Gördü qızcağaz yazıq, üzü qan, ahı-zarda.

Pişik cırıb nəvənin üzünü qaçıb getdi,

O yediyi çörəyə yaman xəyanət etdi.

10. 04. 2000



YUVASINI İTİRMİŞ ARI BALASININ

HEKAYƏTİ
Bir gün arı balası verdi hamın yuxuya,

Qaçdı ki, özün təkcə gül-çiçəyə toxuya.

Bağların, bağçaların arasıyla uçuşdu,

Sarı kəpənək təki ora-bura qaçışdı.

Yuvaya dönmək üçün gəldi məqam yetişdi,

Arının ürəyinə yaman vəlvələ düşdü,

İtirmişdi arılar yaşadığı o mülkü,

Düşdü canına birdən yamanca qorxu-hürkü.

İnilləyib havada anasını səslədi,

Tapmaqçın pətəkləri yenə ümid bəslədi.

Çırpdı arı balası min yol özün sol, sağa,

Sığındı üşüyərək gülləri açmış bağa.

Nəfəsini dərərək yapışdı çiçəklərə,

Solmuş qanadlarıyla toxundu ləçəklərə.

Şeh düşmüşdü hər yana, sanki yağış yağırdı,

Vücudunu bükərək anasını çağırdı.

Ana arı harayı eşidib uçub gəldi,

Balanın ürəyindən ağrı-acını dəldi.

Addığı səhv adddıma bala arı peşiman,

Utandı anasının gözünə baxan zaman.

Dedi:-bir də, ay ana, çıxmaram heç sözündən,

İcazə ver, qoy öpüm bir doyunca üzündən.

Ana gülüb balasın sıxdı qanadı alta,

Bala arı göz açdı lap təzədən həyata.

10. 04. 2000

DƏCƏL KEÇİNİN YİYƏSİNDƏN

KÖTƏK YEMƏSİ
Bir dəcəl keçi vardı,

Bilməz ya qış, bahardı?

Gəzib çəməni, düzü,

Doyanadək o gözü,

Dolaşardı yamacı,

Sanki düzlərin tacı.

Sahibin incidərdi,

Ürəyini didərdi.

Cana yığılan yiyə,

Keçini döyə-döyə,

İp salıb ayağına,

Qatdı öz qabağına.

Keçini çox danladı,

Onu lap yamanladı.

Keçi gələrək dilə,

Söylədi ona belə -

Bilirəm, sahibimsən,

Vəfalı rahibimsən.

Heç kəs gəlməz mənlə tən,

Gəzməsəm ölərəm mən.

Bağ, bostan könlüm içi,

Neyləyim adım keçi?…

10. 04. 2000

MEYMUNLA ZÜRAFƏNİN

MACƏRASI
Günlərin bir günündə,

Yaz öz toy-düyünündə.

Dərisi şux qiyafə,

Balaca bir zürafə,

Ayrılıb anasından,

İtdi el sırasından.

Yola düşüb düz getdi,

Dərə, təpə, düz getdi.

Ayrı səhraya çatdı,

Könlünə şadlıq qatdı.

Bu yerin pələngi var,

Fil təki nəhəngi var.

Düşündükcə bunları,

Gəldi qorxu anları.

Titrədi lap qıç-qolu,

Azdı gəldiyi yolu.

Cəngəllikdə vəhşilər

Onu oda düşürər.

Birdən bir budaq üstə,

Gördü meymun ahəsiə,

Yaşıl yarpağı yeyir,

Ağzında nəsə deyir.

Meymun da bu ərəfə,

Gördü gözəl zürafə,

Çox çaşqın baxır ona.

Ürəyi yana-yana,

Meymun dedi:- zürafə,

Xoş gəldin bu tərəfə.

Gəl birləşək bu yerdə,

Düşmə bu qədər dərdə.

Sənin boynun uzundu,

Hər budaq ulduzundu,

Mən də ağac başında,

Budaqların qaşında.

Can deyib can eşidək,

Könlümüzü şad edək.

Mən sənə yarayaram,

Hər yerdə arayaram.

Əl-ələ tutuşdular,

Bu yerdən ötüşdülər.

Çıxdılar uzun yola,

Zürafə dola-dola,

Dedi ki, sən qınama,

Apar məni anama.

Bizimlə birgə qalaq,

Bir yerdə məskən salaq.

Onlar razılaşdılar,

Neçə məkan aşdılar.

Uçdular lap yel kimi,

Çay içində sel kimi.

Üz qoydular bir aya,

Başdan-başa səhraya,

Ülfət düşdü araya.

Meymun ilə zürafə,

Getdilər hər tərəfə.

Sonra böyük talada,

Zürafələr orada-

Sürüylə otlayırdı,

Bir ana da sürüdən

Ah-uf edərək birdən-

Gözərini ayırdı,

Onu ölmüş sayırdı…

Birdən zənn ilə baxdı,

Sinəsin atəş yaxdı!

Gördü gəlir balası,

Unutdu dərdi, yası,

Qaçdı balaya sarı,

Gəldi əhdi-ilqarı.

Gördü meymun yanıda,

Ülfət eşqi canında.

Bu dosluğa şad oldu

Ürəyi abad oldu.

Zürafələr sevindi,

Yer, göy nəş’əylə dindi.

Qovuşdu ana, bala,

Bu dosluq bir mərd qala.

Ürəklərində yandı,

Onlar pozmadı andı.


Biz də əhdə yar olaq,

Dünyaya gülzar olaq.

11. 04. 2000

ÖMÜR BƏXTƏ DÜŞƏN DƏMDİ


KÖNLÜ DİRİLTMƏYƏ HAVA ÇATMAYIR
Bu nə işgəncədi, nə qəmdi, Allah,

Haqqıma yetməyə duva çatmayır.

Ocağımın közü aləmdi, Allah,

Əllərim bir hovur qova çatmayır.


Torpaqdan qaçıram göy məni almır,

Alıb buludunun içinə salmır,

Onsuz da bu dünya heç kəsə qalmır,

Səmadan kimsəyə yuva çatmayır…


Ağrılar dikəlib boy-boy içimdən,

Asılıb ürəyim bir qırıq simdən,

Hər dilək sorğusuz keçir biçimdən…

Şeytanı cəhd edir ova çatmayır.


Karvan-karvan sözüm dillə öcəşir,

Baş bədən üstündə salır hay-həşir,

Qəlbimin qapısın əzrayıl eşir,

Könlü diriltməyə hava çatmayır!


Bu dünya qəm yükü – görənlər bilir,

Xəzan meyvəsini dərənlər bilir,

Şadiman, haqq qolun gərənlər bilir,

Dilləri haqq sözə-sova çatmayır.

30.X.2003
MƏNİ BU ÜRƏKDƏN QURTAR, ALLAHIM
Ağrılar içində çırpınır canım,

Keçməyir ələmsiz dəqiqəm, anım,

Sorsanız yuvamı, qəmdir ünvanım?

Zalım fələkdənmi böylə divanım?

Ələm könlə sitəm tutar, Allahım,

Məni bu ürəkdən qurtar, Allahım.


Əlləri qandallı məhbusam, talan,

Çiynimdə qəm yükü, ah dolu palan,

Bəşərin fitnəsi, yalanı kalan,

Nə gördü dünyaya yolunu salan?

Bəxtim qapımdaca yatar, Allahım,

Məni bu ürəkdən qurtar, Allahım.

Görmədim dünyada könül kamlığı,

Söndü həyatımın tale şamlığı,

Məni aha saldı qəlb ilhamlığı,

Tikdikcə uçuldu ömür damlığı,

Gözüm bağrı selə atar, Allahım,

Məni bu ürəkdən qurtar, Allahım.


Təbimi içimdə boğa bilmədim,

Buludtək dolanda yağa bilmədim,

Düşdüm necə, hansı çağa bilmədim?

Ünüm nə vaxt sənə çatar, Allahım?

Məni bu ürəkdən qurtar, Allahım.
Sanma, Şadimanı dərdə vəfadar,

Hər ahın içində can fəryadı var…

Bürüyüb dünyanı qəm dolu ah-zar,

Oldum əzablardan, zülümdən bezar,

Qəm könlü özünə qatar, Allahım,

Məni bu ürəkdən qutar, Allahım.

26. X. 2003 / Pirallahı
YAŞAMAQ NƏ MÜSİBƏTDİ ?
Haqqımı şər yağı etdi,

Qəminə eşq dağı etdi,

Hər misramdan ağı etdi,

Qandalının bağı etdi,

Sevdiyinə can həsrətdi,

Yaşamaq nə müsibətdi?


Ürəyimdə qəm kotanı,

Səsi qoymaz heç yatanı,

Soldu könül gülüstanı,

Xəzan alıb qəlb bostanı,

Fələklərə bir hiddətdi,

Yaşamaq nə müsibətdi?


Yerdən göyə haray saldım,

Hay içinə min hay saldım,

Yazıq bağra çox vay saldım,

Təbdən qəmə saray saldım,

Yaradana itaətdi…

Yaşamaq nə müsibətdi?


Ömür Rəbbə yanan şammış,

Varlığıyla bəşər tammış,

Ürəklərə qalan kammış,

Həyat qəmlə dolu dammış,

Bir anlıq da səadətdi…

Yaşamaq nə müsibətdi?


Ey Şadiman, susma belə,

Doğulmadın elə-belə,

Çağlat sözü düşsün elə,

Ötən quşlar versin yelə,

Təbin yeri nə xəlbətdi?

Yaşamaq nə müsibətdi?

26. X. 2003 / Pirallahı
GECƏDƏN SÜBHƏ QƏDƏR
Gecədən sübhə qədər

Yuxu getmir gözümə.

Ağrılar yaxmır hədər

Atəşləri közümə.


Duyğularım xəyalla

Daşları yarıb keçir.

Yüklənir qeylü-qalla

Könlümü sarıb keçir.


Gecədən sübhə qədər

Ağrıma qul oluram.

Könlü bürüyür kədər

Yükünə çul oluram.


Hisslərim, duyğularım

Sitəmlərdən qovrulur.

Artır can qayğılarım

Gecəm göyə sovrulur.


Sinəmdəki diləklər

Tel çəkir sabahıma.

Zaman vaxtı ələklər

Bataram günahına.


Günlərimin ağrısı

Ürəyimə iz salır.

Zaman ömrün oğrusu

Qıfılına biz salır…

15. X. 2003
ELƏ DOLMUŞAM , TƏNHA BULUDTƏK
Elə dolmuşam ki, tənha buludtək,

Ağrımı, acımı yellər üşüdür.

Ürəyim ağlayır yanıqlı udtək,

Mizrabın sızlayan tellər üşüdür.


Könüldən asılı qalıb qəm daşım,

Ağlımın ahına dözməyir başım,

Dəryanı daşdırır acı göz yaşım,

Bəbəyi çağlayan sellər üşüdür.


Bir sevda quşuyam dünya bağında,

Fəraqım dil açır can yarpağında,

Duman tül toxuyur ömür dağında,

Zamanı köç edən illər üşüdür.


Hicrana tuş gələn bəxtim hay çəkir,

Ağlım zülümlərdən hər gün vay çəkir,

Göyün hönkürtüsün dəli çay çəkir,

Gurşadın tənini çöllər üşüdür.


Basıb bağırına qəm, ələm məni,

Ovudur həm kağız, həm qələm məni,

Atır dəryasına bu aləm məni,

Ruhumun sonasın göllər üşüdür.


Saplanıb qalmışam kor zamanıma,

Vicdanım qol-boyun, yar imanıma,

Bir kimsə yetişmir ah, amanıma,

Qəlbin harayını ellər üşüdür.


Şadiman, təb qurub təbimlə sevda,

Onun duyğuları ruhuma qida,

Ağlım bu sevgiyə etməyir vida,

Qələmi titrəyən əllər üşüdür.

12. X1. 2003
ETMƏ KÖNLÜ MƏKAN, QƏMİM
Etmə könlü məkan, qəmim,

Məkanında can ağlayır.

Ürəyimə sükan, qəmim,

Sükanında an ağlayır.


Hər ağrını azar etdin,

Qəlbi elə məzar etdin,

Ömrü, günü bazar etdin

Bazarından şan ağlayır.


Canı sənə peyman dedim,

Tanrı təki iman dedim,

Ağılıma fərman dedim,

İmkanından qan ağlayır.


Qəmim, nədir böylə savaş?

Ürəyimdən asılıb daş,

İnildəyir tən üstə baş,

Təkanından san ağlayır.


Sübhdən göyün bağrı lalə,

Fəraqından çəkir nalə,

Tikanların ərşə qalə,

Tikanından dan ağlayır.


Şadimana dağsan, qəmim,

Ələmlərə çağsan, qəmim,

Damarımda sağsan, qəmim,

Ərkanından qan, ağlayır.

12. X1. 2003
ÜRƏYİMDƏ DİLƏKLƏRİM SELLƏR TƏKİ
Ürəyimdə diləklərim sellər təki daşar keçər,

Könlüm oynar zirvələrdə havalanıb coşar keçər,

Bağrın için yaxar atəş ocağında alışaram,

Xəyallarım kainatın ölçüsünü aşar keçər.


Künəş udar atəşimi teştə düşüb qovrularam,

Hissə-hissə, zərrə-zərrə od içində sovrularam,

Alar könlü ərzin buzu damarımda qanım donar,

Gözlərimin göyü dolar, yanan qəlbi nə sularam?


Bu taleyə qul olandan tale məni ovutmadı,

Zamanımın ağrısını ümidiylə sovutmadı,

Gecələrdən can gizlətdim yuxu başa qəfəs oldu,

Ruhum məni atdı getdi, könlü əldə heç tutmadı,


Can bədəndən üzüləndə hıçqırıqım fəryad oldu,

Dilimdəki ilk sədalar Yaradana imdad oldu,

Hər atəşin öz yanğısı, hər yanğının öz atəşi,

Ömür qaçdı məndən uzaq, saatlarım bərbad oldu.


Sübhün gözü otağıma al günəşin saldı keçdi,

Baxışıyla göz eylədi küskün qəlbi aldı keçdi,

Gözəl sabah şəbnəm səpdi pəncərəmin şüşəsinə,

Sinəmdəki duyğuları kaman təki çaldı keçdi.


Hisslərimin ağuşunda arzularım qanad saldı,

Üzü güldü diləklərin, aman Allah, nə vüsaldı?

Bəmdən zilə, zildən bəmə könül simim havalandı,

Qartal təki qayalarda yenə könlüm yuva saldı.


Ağrılardan qopub düşən əzablara ölçü oldum,

Haqqın hicran qapısının daşı üstə elçi oldum,

Duyuq düşdü yamanlıqlar, Şadimanı yaxdı ahda,

Üzü güldü taleyimin, onun möhnət içi oldum…

20. X1. 2003

ÜRƏYİM BÜRÜNÜB AHA, FƏRYADA
Ürəyim bürünüb aha, fəryada,

Fəqanım göylərdən çəkilmir yerə.

Könlüm asimana saplanmış ada…

Daşı parçalanıb tökülmür yerə.


Kədər buludları qəlbdə çaxnaşır,

Sinəmdə ağrılar qaynayıb daşır,

Zirvədən-zirvəyə neçə dağ aşır,

Qopub sıldırımdan əkilmir yerə.


Mən əzab çəkdikcə qəm cilalanır,

Ağrısı böyüyür, qeylü-qallanır,

Dillərdə taleyim elə hallanır,

Əyilib ikiqat bükülmür yerə.


Dumanın gözünü bəyaz tül açır,

Ocağın közünü, bə’zən kül açır,

Həyatın acısı canda gül açır…

Tən əzaba dözür çökülmür yerə!


Şadiman, bu dünya bir imtahandı,

Ağrıyan ürəkdi, əzilən candı,

Doğulan nə bilsin ömür divandı?…

Hər bədən boş yerə sökülmür yerə.

12. X1. 2003


GECƏNİN SÜKUTUNA DOLAŞIB ZAMANIM
Gecənin sükutuna dolaşıb zamanım,

Könlümü bürüyüb hicran dumanım,

Sapsarı işıqlara bənzər,

Ürəyimi gəzər,

Dünənin xəyalları…

Bütün vücudumu üşüdür qeylü-qalları,

Möhnətə açılıb anlarım,

Bitib tükənməyən gecə divanlarım,

Zülmətin zümzüməsinə ulduzlar göz-göz durub,

Ay o tərəfdə boynunu burub,

Kainat dərin xəyala dalıb,

Bütün duyğuları əlinə alıb.

Mənimlə üzbəüz qalıb…

Sükütla mən,

Gecənin şehli gözündə çən.

Bütün vücuduma ələnir,

Bir körpə uşaq təki ruhuma bələnir,

Qoşulub istəklərimə telləşir,

Qələmim kağızla dilləşir,

Bəbəklərdə hicran yaşları selləşir,

Ürəyim ağrılarla əlləşir…

Təbim cana gəlir,

Qapımı döyür və mən olan ünvana gəlir.

Sevgililər təki qucaqlaşırıq,

Atəşimiz köz olur ocaqlaşırıq.

Duyğunu duyğuya calayırıq,

Sözlərdən tonqal çatıb od qalayırıq.

Gecənin sükutuna dolaşıb zamanım,

Bir dəli eşq ilə qaynayır qanım.

Arzudan arzuya yol açıram,

Əngin səmalara uçuram.

Gecəm mənə cəza,

Mən gecəmə qəza.

Hər ikimiz vadiləşirik,

Bütün zülmətlərə adiləşirik,

Saatım tələsir,

İçimdə rüzgarın acı yelləri əsir…

18. X1. 2003


AĞRILARIM BAŞ-BAŞA
Ağrılarım baş-başa,

Ürəyimə tamaşa,

Bürünüb zər-qumaşa,

Həyatıma ah deyir,

Hər aha sabah deyir.

Yeri-göyü yandır,

Zamanın dayandırır,

Təbimi oyandırır,

Könlümü nişan edir,

Halı-pərişan edir.


Möhnəti candan acı,

Qəlbimdə taxtı-tacı,

Qovurur bağrı sacı,

Tüstüsü ərşi qarsır,

Canı bədəndən asır.
Ağrılarım başa yük,

Dərdi özündən böyük,

Ürəyim əlində tük -

Qırılacaq, Allahım,

Söylə nədir günahım?
Əzabı candan keçir,

Ürəkdən, qandan keçir,

Zamandan, andan keçir,

Ovsunlayır həyatı,

Çapa-çapdadı atı.
Ağrılar can möhnəti,

Qəmi sevir xəlbəti,

Dərd imiş məhəbbəti,

Əzabıma yan deyir,

Qapımda dayan deyir.
Şadimanı odlayır,

İçində fəryadlayır,

Dolayları adlayır,

Qəlbini bərbadlayır,

Kəsib daha amanı,

Öldürməkdi gumanı.

12. X1. 2003
NƏDƏN SIZLAYIRSAN DİVANƏ, BÜLBÜL?
Nədən sızlayırsan divanə, bülbül?

Gəlmirsən bir dinə, imanə, bülbül,

Vermisən ömrünü fərmanə, bülbül,

Uyma gəl hərcayi peymanə, bülbül,

Sənin də mənimtək fəqanın qandı,

Həyatın hər üzü canə divandı.


Sən dərdə giriftar, mən dərdə açar,

Bu könül qapımı yalnız dərd açar,

Qalmışam müsibət əlində naçar,

Qəlbim qopub təndən yanına qaçar…

Ürəyim ələmə, qəmə ünvandı,

Həyatın hər üzü canə divandı.


Bülbül, elə acı zamanlarım var,

Sinəmdə ahlarım, amanlarım var,

Nəş’əyə, şadlığa gumanlarım var…

İlhamım çağlayır ummanlarım var,

Bəlkə bu harayın haqqa dəvandı,

Həyatın hər üzü canə divandı.


Gəl elə oxuma, can yanır axır,

Sinəmin fəryadın yandırıb-yaxır,

Könlüm buludlayır, şimşəklər çaxır,

Səni bura salan eşqə kəm baxır…

Zindan nə zamandan azad yuvandı?!

Həyatın hər üzü canə divandı.


İlhamım əsirdi bu məhəbbətə,

Çəkilək səninlə gedək xəlbətə,

Salmayaq misranı, təbi xiffətə,

Girək bir-biriylə tuti-söhbətə,

Elə vurğun oldum səntək afətə,

Dilinin cəh-cəhi qəmi qovandı,

Həyatın hər üzü canə divandı.
Dəmir sarayının qapısı bağlı,

Çırpınma, təntimə, itirmə ağlı,

Hərəyə bir cürdü həyat nağılı,

Sən dustaq, mən çöldə sinəsi dağlı!

Gözündən axan yaş dərdi yuvandı,

Həyatın hər üzü canə divandı.


Salma Şadimanı həvəsə, bülbül,

Belə eşq göstərmə qəfəsə, bülbül,

Aram et boğaza, nəfəsə, bülbül,

Vermə ürəyimlə səs-səsə, bülbül,

Deyərlər başında dəllik havandı…

Həyatın hər üzü canə divandı.

12. X1. 2003
YIXDI KÖNÜL MÜLKÜNÜ HİCRAN DOLU ƏNDİŞƏ
Yeri, göyu yandıran bu sitəm abad deyil,

Ürəyimin ahına fəqanlarım yad deyil,

Bağırımdan hayqıran imdaddı, fəryad deyil,

Qəlbimi ovutmağa tapmıram sakit güşə,

Yıxdı könül mülkümü hicran dolu əndişə.
Ömür atına minib zaman məni sürüdü,

Dərd yığıb qoşununu ətrafımı bürüdü,

Titrəyən duyğularım vaxt içində əridi,

Saat quduz qurd təki anları çəkdi dişə,

Yıxdı könül mülkümü hicran dolu əndişə.
Acıların içindən bəxtimə yol tapmadım,

Qəmimə oldum aşiq eşqə qala yapmadım,

Ömrün dolaylarında sağa-sola çapmadım,

Yar olmadı könlümə nə şadlıq, nə də nəş’ə,

Yıxdı könül mülkümü hicran dolu əndişə.
Əzablarım tükənmir, bu cahana qaç deyir,

Döyür həyat qapısın gəl qapını aç deyir,

Yan mənim alovuma atəşlərdə saç deyir,

Necə dözüm ömürlə edilən bu gərdişə?

Yıxdı könül mülkümü hicran dolu əndişə.
Şadimanın ahına inildəyir qələmim,

Məndən əvvəl doğulub bu dünyada ələmim,

Siz deyin yerlər, göylər necə imdad diləmim?

Ürəyimi taxırlar kabab təki hər şişə,

Yıxdı könül mülkümü hicran dolu əndişə.

16. X. 2003


ÜRƏYİM AĞLAYIR KÖRPƏ UŞAQTƏK
Ürəyim ağlayır körpə uşaqtək,

Onu ovutmağa amanım yoxdu.

Könlümə dolanıb qəmlər qurşaqtək,

Niyə bir xoş gələn zamanım yoxdu?


Hönkürür gözümdə hicran yaşları,

Ağrılar sinəmin can sirdaşları,

Tökülür başıma ələm daşları,

Ondan qurtulmağa gumanım yoxdu.


Səadət bağıma ünüm çatmayır,

Bu yatmış bəxtimi ah oyatmayır,

Dərdləri tutmağa əlim yatmayır,

Zindana atmağa fərmanım yoxdu.


Ağlayıb yapışdım kor taleyimə,

Ahlarım çevrildi hicran neyimə,

Göy, yer tə’nə etdi bu gileyimə,

Mənim ki, qəmlərlə peymanım yoxdu.


Əzəldən sinəmdə dərd dolu teşt var,

Bu ömur yolunda nə keşməkeş var?

Cana bədən adlı kirayəkeş var,

Onun xilasına loğmanım yoxdu.


Siz ey həyatımı aha tutanlar,

Ömur qədəhimə zəhər atanlar,

Qəmimi öyrədib ara qatanlar,

Acı dərdlərimə dərmanım yoxdu.


Şadiman fələklə hər gün davada,

Dilinin harayı haqqa duvada,

Əllərim uzalı qalıb havada…

O könül ünvanım dərdlə yuvada,

Onu ovutmağa səhmanım yoxdu.

13. X1. 2003


MƏN BELƏ YAŞAYA BİLMİRƏM, ALLAH
Canım bədənimdən çıxır neyləyim?

Tənimə yağıtək baxır neyləyim?

Üstümdən qəm seli axır neyləyim?

Aləmi yandırıb-yaxır neyləyim?

Bu yükü daşıya bilmirəm, Allah,

Mən belə yaşaya bilmirəm, Allah.


Gözün gördüyünə göz gah-gah deyir,

Görürkən korluğun bir günah deyir,

Ağrını açılan hər sabah deyir,

Sinəm köz bağlayıb, könül ah deyir,

Yaramı qaşıya bilmirəm, Allah,

Mən belə yaşaya bilmirəm, Allah.


Can dərdə həvəskar, dövran naxələf,

İblis sinələr də haqqına xələf,

Edir ümidləri inamı tələf,

Lalə bitən yeri basır ot-ələf,

Nə deyim naşıya bilmirəm, Allah?

Mən belə yaşaya bilmirəm, Allah.

Sinəm haray çəkir, ağlım suçlanır,

Haqsız zamanədə ömrüm puçlanır,

Dərdim gillələnir, qəm ovuclanır,

Ağrımın cığırı aha uclanır,

Nə gələr qarşıya bilmirəm, Allah?

Mən belə yaşaya bilmirəm, Allah.


Buludlar toqquşdu leysanam dedi,

Yerlərə, göylərə lisanam dedi,

Torpağın bağrına ehsanam dedi,

Əfsus ki, hər yetən insanam dedi…

Bu adı daşıya bilmirəm, Allah,

Mən belə yaşaya bilmirəm, Allah.


Bu dünya can yükü – çəkənlər qəmi,

Bağrını nalədən – sökənlər qəmi,

Zülümün ayağına – çökənlər qəmi,

Bu yolda belini – bükənlər qəmi,

Daşmaya, daşa ya bilmirəm, Allah?

Mən belə yaşaya bilmirəm, Allah.


Ağlımız əsirdi ürək deyənə,

Hər an tərəzinin gözün əyənə,

Can dedik haqq, nahaqq başa döyənə,

Şərin əli keçib çoxdan yüyənə,

Aşmaya, aşa ya bilmirəm, Allah?

Mən belə yaşaya bilmirəm, Allah.


Şadiman, qəm qəlbə əzəldən qubar,

Könlün baharını etməyə nübar,

Harayım göy yırtıb, dil çalıb qabar,

Sinəmin məkanən təb edir anbar,

Coşmaya, coşa ya bilmirəm, Allah?

Mən belə yaşaya bilmirəm, Allah.

12. X1. 2003


FƏLƏKDƏN GƏLƏNƏ LOĞMAN NEYLƏSİN ?
Döyür qap-bacamı acı rüzgar,

Əsən tufanlara duman neyləsin?

Həyat yollarında qalmışam ögar,

Ağrıya-acıya aman neyləsin?


Bu dünya ah dolu qan çanağıymış,

Haqqın bəndəsinə bir qınağıymış,

Allahın adəmə can sınağıymış…

Bizi candan edən peyman neyləsin?


Dərd içdən boylanır, ağlımsa başdan,

Qurtula bilmirəm gözümdə yaşdan,

Rəbbim yaratmayıb ürəyi daşdan,

Ürəyi laxladan iman neyləsin?


Hər yerdə acı var, hər yerdə sitəm,

Sanki aşiq olub hər dərdə matəm,

Ağrılar verirlər anlara xitəm,

Bir Simurğa dönən zaman neyləsin?


Haqqın dərgahına əlim boylanır,

Sözü kabab olmuş dilim boylanır,

Misralar vərəqlər üstə oylanır…

Qapımda vaylanan fərman neyləsin?


Ürək yataqlarda qalan ahımdı,

İçimdən dikələn can günahımdı,

Tənə höküm verən şər allahımdı,


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin