Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə2/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   2   3   4   5   6   7   8   9   ...   92

ÇARƏ TAPAR LOĞMANIMIZ

/Allahşükür Paşazadə həzrətlərinə /

Quranı çox baha qiymətə satır dükanımız,

Allahın kitabını almağa yox imkanımız.
İstəyiriksə, əgər, saçsın işıq İslamı biz,

Düşüb əldən itməsin haqqa gedən sükanımız.


Millətin içində var bir para kütləmiz, hənuz,

İsaya üz çevirib düşüb şərə məkanımız.


İndi pulsuz-parasız İncili satır sektalar,

Allahın lənətinə gəlib yenə imanımız.


Bir zamanlar məscidi od vurub yandırdı fücur,

İndi də yetib, müdam dindən dönmək zamanımız.


Niyə biz də yaymayaq Quranı pulsuz xəlqə?!

Bəs nə vaxt şölə saçar böylə ədəb-ərkanımız?


İsaya üz çevirən sektalar bəxşiş də alır,

Lənətə gəlmişlərə tapılmayır fərmanımız!...


Ölüsü düşənə yox bir balaca köməyimiz,

Mollalar soyur cibi, ərşə çıxır amanımız.


Məzara yetişməyin özü hələ müşkül olub,

Yer pulu, qəbir pulu heç ağramır vicdanımız.


Bu kimi dərdlərimiz əzir milləti büsbütün,

Necə gün keçirə, de, bəs mətləbi qananımız?!


Nə zaman işlərə əncam olacaqdı görəsən?

Ki, haçan acımıza çarə tapar loğmanımız?!


Bir para dərdimizin yarısını yazdım hələ,

Çün bilir cümlə -Vətən murdarlanır ünvanımız.


Etməsin tənə, yetən bu Şadiman biçarəyə,

Göz görür, fəryad edir tənə bağlı bu canımız…

11.05.2003 / Pirallahı
SİRRİNİ HİFZ ELƏYƏR ALLAHIM
Bəşərin ömrü gedir fənaya,

Salıb insanın özün çox vaya,

Nə üzlə dönər ruhu Xudaya?!…

Etdiyi günahlar gəlməz saya,

Adəmə haqq diləyər Allahım,

Sirrini hifz eləyər Allahım.


Hər şey ötübdü əndazəsini,

Arayır pisliyin təzəsini,

İlahi yazsa can ərzəsini,

Tuşlasa bədənə nizəsini,

Ərzə ölüm bələyər Allahım,

Sirrini hifz eləyər Allahım.


Açmayar kainat heç üzünü,

Gizləyər gecə və gündüzünü,

Qatlayar adəmin lap dizini,

İtirər bu dünyadan izini,

Yeri, göyü ələyər Allahım,

Sirrini hifz eləyər Allahım.


Canımız tənimizdən uçandı,

Xudanın haqqına yol açandı,

Günahı günəş təki saçandı,

Kim bilir axır günü haçandı?!…

Hər kəsin taxtin əyər Allahım,

Sirrini hifz eləyər Allahım.


Baş cəfa çəkər bədənə görə,

Tamah hədd aşar gödənə görə,

Ölüm görk, canı güdənə görə,

Yoxdu bir şəfa gedənə görə…

Fələklə başa döyər Allahım,

Sirrini hifz eləyər Allahım.

Çox mənəm deyən düşər ayağa,

Fırtına divan tutar mayağa,

Həmişə dəyir cida dayağa,

Verər bəndə bir-birin ayağa,

Əcəli canla öyər Allahım,

Sirrini hifz eləyər Allahım.


Sırqa et, Şadiman, Rəbb əmrini,

Yaradan sayla verib ömrünü,

Torpaq edər bədən xəmrini,

Batırar əbədi səs-səmrini,

Təni sünbültək üyər Allahım,

Sirrini hifz eləyər Allahım.

18.02.2003


RƏBBƏ ŞÜKÜR


Könlümü tutdurubdu atəşə,

Verir min cövrü-cəfa Günəşə,

Çağlayır sinəmdəki qəm, nəş’ə,

Ürəyi kama salan Rəbbə şükür,

Təbi ilhama salan Rəbbə şükür.


Hər şeyin ölçüsünü etmədədi,

Ələmin axırına yetmədədi,

Ruhuyla ərş bağına getmədədi,

Gecəni şama salan Rəbbə şükür,

Təbi ilhama salan Rəbbə şükür.
Üzünün ayə çəkir şuvası,

Dilinin haqqa çatır duvası,

Canımın zinətidi yuvası,

Zərrəni tama salan Rəbbə şükür,

Təbi ilhama salan Rəbbə şükür.
Tapmadı itirənlər həyanı,

Paklığı insanların həyanı,

Kim apardı özüylə dünyanı?!..

Zülümü dama salan Rəbbə şükür,

Təbi ilhama salan Rəbbə şükür.
Şadiman çəkmədə can cövrünü,

Yaşayır hər bəşər öz dövrünü,

Ürəyin atəşə köz dövrünü,

Qəmi axşama salan Rəbbə şükür,

Təbi ilhama salan Rəbbə şükür.

17.02.2003



GÖYÜ, YERİ YARADAN
Çəkmə gəl zülmü başa, ey qafil,

Vurma bəxtini daşa, ey qafil,

Çıxaran işi boşa, ey qafil,

Qurtaran hər bəladan Allahdı,

Yeri, Göyü yaradan Allahdı.
Hər işin sonuna bir xitəmi,

Hər evə, hər ocağa matəmi,

Dünyanı xəlq eləyən hatəmi,

Nur gəlirsə haradan…? Allahdı,

Yeri, Göyü yaradan Allahdı.
Baharı döndərən zimistana,

Bərəkət gətirən göy bostana,

Səhranı çevirən gülüstana,

Geydirən al xaradan Allahdı,

Yeri, Göyü yaradan Allahdı.

Qoparan qəlbin içindən şəri,

Addımının adama düşəri,

Qoruyan qoltuğunda bəşəri,

Hifz edən, can arıdan Allahdı,

Yeri, göyü yaradan Allahdı.


Dünyanı ya boşaldan dolduran,

Diriyə ölüyçün saç yolduran,

Qönçəni budağında solduran,

Götürən tez sıradan Allahdı,

Yeri, Göyü yaradan Allahdı.
Varı, sərvəti verən də odu,

Aləmi yuyub-sərən də odu,

Ərşidən bizi görən də odu,

Edən üzü qaradan Allahdı,

Yeri, Göyü yaradan Allahdı.

Ayı zülmətlərə şam eyliyən,

Zərrədə min cürə kam eyliyən,

Dərdi hər sinədə dam eyliyən,

Paranı cövürlə tam eyliyən,

Ne’məti heç-puç və şam eyliyən,

Tökən nurun oradan Allahdı,

Yeri, Göyü yaradan Allahdı.


Şadiman, at könüldən cidanı,

Xaliq sevməz Rəbbinə ədanı,

Bizlə həyata verir qidanı,

Eləmə vara belə sevdanı,

Aparan can aradan Allahdı,

Yeri, Göyü yaradan Allahdı.

17.02.2003

NƏ BİLƏYDİM FƏLƏYİM AH İMİŞ ?!

Nə biləydim fələyim ah imiş ?!

Bu ahı görmək bir günah imiş,

Nəş’ə və qəm verən sabah imiş,

Könlümüz dərdlərə ürcah imiş,

Qəlbimiz hər qəmə yetdi, Allah,

Ömrümüz ölümlə bitdi, Allah.
Sən bizə arzunu imkan etdin,

Torpağı əbədi məkan etdin,

Zamanı anlara sükan etdin,

Yaranıb-ölməyi zəkan etdin,

Sübhümüz açılıb ötdü, Allah,

Ömrümüz ölümlə bitdi, Allah.


Sən tənin canını vaxtla qoydun,

Bədəni min bir mərəzlə oydun,

Nə zaman bəşər felinə uydun,

Başımızdan keçəni sən duydun,

Hər şeyi ağlımız etdi Allah,

Ömrümüz ölümlə bitdi Allah.


Biz sənə dönəcək qullarınıq,

Dünyaya uzanmış qollarınıq,

Haqqına çəkilmiş yollarınıq,

Ərzinə səpilmiş pullarınıq,

Kim deyər haqqı-say itdi, Allah ?!

Ömrümüz ölümlə bitdi, Allah.


Bağrımız naləyə al-qan oldu,

Bizi hər zülümə atan an oldu,

Könlümüz atəşə büryan oldu,

Bu dünya nə şirin röyan oldu?!…

Zamana bürünüb getdi, Allah,

Ömrümüz ölümlə bitdi, Allah.


Şadiman canbir olub qəm ilən,

Gözünü çeşmə edib nəm ilən,

Zili sevdaya düşüb bəm ilən,

Təb elə şam eləyir dəm ilən,

Dilimiz bülbültək ötdü, Allah,

Ömrümüz ölümlə bitdi, Allah.

15.02.2003

HƏR NƏ VARSA ALLAHDANDI

Ərşi, kürşü ram eyləyən,

Acılarla kam eyləyən,

Hər ağrını dam eyləyən,

Yamanlıqlar günahdandı,

Hər nə varsa, Allahdandı.


Dizimizi bükən də o,

Gözdən yaşı tökən də o,

Biçən də o, əkən də o,

Bəlanı verən ahdandı,

Hər nə varsa, Allahdandı.
Zülmətləri işıq edən,

Haqqı qaşıq-qaşıq edən,

Bu dünyanı aşıq edən –

Göyün nuru sabahdandı,

Hər nə varsa, Allahdandı.
Bu Şadiman Tanrı qulu,

Gəldi gedər üzüsulu,

Atdan düşən ömür çulu –

Əcəl açan silahdandı,

Hər nə varsa, Allahdandı.

14.02.2003




SAXLA GÖYDƏ HƏLƏ DAŞI, ALLAH
Qarışıb bu dünyanın əhvalı,

Dəyişib yerin, göyün də halı,

Zaman da fırlanır lap dal-dalı,

Düşür haqq kitaba qeylü-qalı,

Ağlayır gözlərin yaşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Bəşərin üzü dönüb Xudadan,

Qurtula bilməyir heç ədadan,

Əskik olmur nə, başı qadadan?

Batıb göyün qulağı sədadan,

Qanmayır etdiyin naşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Mələşir ac-yalavac adamlar,

Qəm ilə, ah ilə dolu damlar,

Söndürülür çox bədəndə şamlar,

Çatmayır məramına heç kamlar,

Bəladı insana başı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Hər işin kəmi-kəsiri olur,

Yalanlar haram qəsiri olur,

Tamahkar varın əsiri olur,

Yoxsulun bircə həsiri olur,

Görməyir ocaqda aşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Çoxunun gözlərini qan tutur,

Qorxmayır əzrayıldan can tutur,

Ömrünü uzatmaqçın an tutur,

Yer üzün su yerinə qan tutur…

Dəbdədi ölüm təlaşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Yaratdın bu dünyanı qalmağa,

Bəni-bəşər ilə yer dolmağa,

Payızında əcəllə solmağa,

Etmədin şər yuvası olmağa ?…

Gəl, bu qurduğunu daşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Bəşərin batıb özü ahına,

Bulaşıb etdiyi günahına,

Guman yoxki haqqın sabahına,

Yalandan quldu səcdəgahına,

Çox çəkib dünyanın başı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Yetimin, yoxsulun şəfası yox,

Bilirsən, bəndənin vəfası yox,

Vallahi, cahanın səfası yox,

Zülmkarın niyə cəfası yox?

Zülümlərdə boğulan ası çox,

Əcəli sanır sirdaşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Dönübdü dinlər əldə uşağa…

Yalanlar axır başdan-aşağa,

Bağlanıb zər-zibatək qurşağa,

Göy ilə yer arsı qovşağa,

Bilinmir hiylənin yaşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Xaçpərəst müsəlmanla öcəşir,

Düşür lap araya hər gün həşir,

Əzrayılın ürəyin ah deşir,

Dinlərin bağrını zülüm eşir,

Tanımır qardaş-qardaşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Qadirim, ruzini verən, sənsən,

Hər canı tənindən dərən, sənsən,

Bədəni torpağa sərən, sənsən,

Həm göydə, həm yerdə ərən, sənsən.

Qurmusan harda bardaşı, Allah?

Saxla göydə hələ daşı, Allah.


Yer adlı mənzilimiz vay olur,

Yalana, fitnəyə bir hay olur,

Gözümüzdə yaşımız çay olur,

Bəndələr Əzrayıla tay olur,

Bu dünya salır çaşbaşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Ruhumuz məzarımıza gülür,

Bu fələk azarımıza gülür,

İç dolu ah-zarımıza gülür,

Qəbirə güzarımıza gülür,

Olubdu bəşər daşbaşı, Allah,

Saxla göydə hələ daşı, Allah.


Şadiman sanki düşüb röyaya,

Mat qalıb bəşərdə bu xülyaya,

Peşiman, gəldiyiçün dünyaya,

Sığınıb sən verdiyin həyaya,

Çatılıb ələmdən qaşı, Allah,

Saxla göydə hələ daşı, Allah.

Saxla göydə hələ daşı, Allah.

01. X11. 2002



CANI TƏNDƏ BƏSLƏYƏN RƏBB

Canı təndə bəsləyən Rəbb-

Onu haqqa qul eylədi.

Bu həyatı sananlar dəb-

Vicdanını pul eylədi.
Hər sınanada ömür qabı,

Sahibi ah-zara düşdü,

Kəsiləndə qəlbin tabı-

Harda idi, hara düşdü ?…


Bəndə özün Allah sandı,

Hər günahı min ah etdi.

Pozdu haqqa olan andı,

Təmiz gəldi, çirkli getdi.


Fələk özü bir sitəmkar,

Bacalarda tüstü boğar.

Hər gələni edər inkar,

Bir öldürər, min bir doğar.


Hər ürəyi üzən Tanrı,

Verdiyini alar bir-bir,

Şüurlarda gəzən Tanrı,

Ömrü taxtdan salar bir-bir.


Gedənləri kül eyləyər,

Gələnlərə gözüm deyər.

Canı təndə tül eyləyər,

Hər bədənin başın yeyər.


Sanma, dünya sənə bazar,

Bazar Rəbbin, məzar Rəbbin.

Hamıya bir ömür yazar…

Ah-zar Rəbbin, gülzar Rəbbin.


Ey Şadiman, könül qala,

Uçdu, qondu ilham ora.

Sıx qəlbinə, yet vüsala,

Qoyma ömrü zaman yora.

06.01.2003
ALLAH
Sorulur hər yanda məzlumun qanı,

Dünyada höküm edir min suç, min günah.

Sən öz qüdrətinlə bəndən insanı,

İçi boş başlardan uzaq et, Allah.

Baş kəsən yüzdürsə, baş kəsdirən min,

Oyuncaq edilib hər etiqad, din,

Salınır bəxtlərə gündə yüz düyün,

Hardasan, bircə yol dada yet, Allah?...


Ürəklər, diləklər yoxsullanıbdı,

Vicdanlar, qeyrətlər lap qullanıbdı,

Dünyanın belinə qəm çullanıbdı,

Gəl, zülmün evinə bir yol yet, Allah.

24-25. X1.1990
SEVGİLİ ALLAH

Ey hər şeyə qadir, sevgili Allah,

Əfv elə, qulunam, var isə günah,

Ey ağlın, ürəyin, könlün sultanı,

Sənsən bəxş eləyən bizlərə canı,

Bizə səndən gəlir hər istək, dilək,

Sənin dövürəndə fırlanır fələk

Onu canımızın sən etdin yarı,

Nəfəsin olmasa bitərmi darı?…

Sənin qulunuq biz, sənin kölənik,

Nurunla doğulub sonra ölənik,

Yerlərin, göylərin, ey Qibləgahı,

Gəl, sil sinəmizdən dikələn ahı.

Sənin ocağınla qızınır Günəş,

Bağrımı yandıran bu od, bu atəş,

Adəmə verdiyin sevdalarındı,

Varlığda nə varsa nidalarındı…!

Ey hər şeyə qadir, sevgili Allah,

Sənin əlindədi gecə və sabah,

Kainat nurunu səndən götürür,

Sonra da sevdiyin cana ötürür,

İblisə, şeytana nuş etmə bizi,

Endirmə uzalı bu əlimizi,

Bizim ağlımızın açarı səndə,

Verdiyin can yaşar, var olan təndə,

Çağlat eşqimizi, sinədə artır,

Vara hərisliyi əbədi batır…

Bu kor şüurların gözünü açdır,

Tamaha qul olan hər bəndə acdır!

Ey hər şeyə qadir, sevgili Allah,

Biz səni bilirik könlə səcgəgah,

Bizi var edən də, yox edən də sən,

Varmı yerdə, göydə de səninlə tən?

Hansı mərtəbəyə ucalsaq da biz,

Dönüb hüzürüna çökəcəyik diz,

Səndən güclü sanan özün dünyada,

Ruhunu əbədi atıbdı oda,

Sənə rica edib, yalvaran da biz,

Gözünü yaşlarla suvaran da biz,

İşığın olmasa batar bu cahan,

Səndən rizasını alır gələn an,

Bütün canlıların havası səndə,

Hər canın əbədi yuvası səndə,

Bizi günahlardan hifz elə barı,

Ağıla, ürəyə nufz elə barı,

Bəşərdən al, götür vəhşi xisləti,

Olmasın iblisin əldə aləti!

Sən bizə kitablar, dinlər yolladın,

Haqq imtahanıyçın günlər yolladın.

Bizim xilasımız sənə bağlıdı,

Sağ ikən sirr qapın üzə bağlıdı…

Hər başda nurlarla çağlat ağılı,

Bitsin günahlarsız həyat nağılı.

Lütf eylə, ürəyə yol tapmasın ah,

Ey hər şeyə qadir, sevgili Allah…

02. 03. 2004




Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin