Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə22/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   18   19   20   21   22   23   24   25   ...   92

XƏZAN KÜLƏKLƏRİ ƏSİR

İçimdə xəzan küləkləri əsir,

Payızı yetişən çiçəklər təki.

Hicran könlümün qapısın açmağa tələsir,

Nəş’əsi mümkünsüz gerçəklər təki.

Həsrət qapımın ağzında amadə,

Əlində ayrılıq şərabını içmək üçün badə,

Sərxoş olanadək,

Könül bulağı dolanadək içəcək,

Bağrımın sevdasın qıranadək biçəcək.

Kimliyimi sormadan,

Özünü xəyal ənginliklərində yormadan,

Pislik edəcək mənə,

Batıracaq könlümü çənə,

Halıma yanmadan,

Könlün olmağımı anmadan.

İçimi xəzan küləkləri yalayır,

Sevda gülzarımı sarıtikan təki dalayır.

Başsız qalmış ürəyim can sevdasında,

Vurnuxuram həsrətin adasında,

Batıb qalmışam insafsız cahanın ədasında,

Dünyanın sükütu bağrımı sarır,

Könlüm özünə bir həyan arır.

İçimdə xəzan küləkləri əsir…

İti bıçaq təki acıları bağrımı kəsir,

Üyülürəm qəmlə dəm arasında,

Bu eşqə sirr olub-

Gözlərim əsir olub,

Baxışı zindanda döyülən bu ələm arasında,

Tut kimi bəbəklərim yaş tökür,

Dünyanın zülümləri başıma daş tökür!

Qolları baltaya tutulmuş budağam,

Zamanın ağrısından şişmiş dağam,

Qurğuşunlar min bir yerdən dəlib keçmiş bayrağam…

Bağrımda vulkan təki püskürən acılara ağam,

Meşədə kimsəsiz qalmış bir çeşmətək çağlaram,

Bu zaman əlində çapılmış budağlaram…

Özüm öz taleyimə ağlaram…

Ağlaram…

8. 02. 2002



DƏRD ÇƏKƏR KÖNLÜMÜ DARA

Dərd çəkər könlümü dara neyləyim?

Ürək mizrab edər qəmi, ey Xuda.

Bəxtim qara gəldi, qara neyləyim?

Yandırır fəqanım dəmi, ey Xuda.
Zalım zamanənin üzü yamandı,

Dünya ki, gah ahdı, gah da amandı,

Bu nə bəni-bəşər, bu nə zamandı?

Gözlərim çay edər nəmi, ey Xuda.


Nə verdim taleyə, nə də istəyim?

Ürəkdə dil açar min bir istəyim,

Dərdin əllərində qalıb ətəyim,

Bilinmir ömrümün çəmi, ey Xuda.

Dünya badə təki doldu, boşaldı,

Zülümlər, fitnələr hər gün baş aldı,

Niyə zalımların əlində qaldı ?

Bəşərin kəsiri, kəmi, ey Xuda.


Gözündən qan daman bu aləm naçar,

Dolanıb başımın üstündə uçar,

Fələk qapısında bəxtim əl açar,

Ürək zildə boğar bəmi, ey Xuda.


Boğazdan asılan günüm qəhərdi,

Göylər də, yerlər də lap bir təhərdi…

Zalım zamanənin balı zəhərdi,

Bilinmir dünyanın təmi, ey Xuda.


Şadiman şam üstə pərvanələrtək,

Dərviş xislətlidi divanələrtək,

Ürək yasa batıb boş xanələrtək,

Əqli sərxoş edir dəmi, ey Xuda.

6. X. 2002

EY DƏLİ İLHAMIM

Ey dəli ilhamım, mənim halımı,

Könül duyğuları coşanda soruş,

Atəşin sarmasın bu əhvalımı,

Bağrımda sevdalar daşanda soruş.
Eylədin qəlbimi qəmlər əsiri,

Kölənəm, qulunam anlat bu sirri,

Sənin eşqin ilə ürəyim diri,

Adınla zirvələr aşanda soruş.


Niyə sızladırsan mən bəxti kəmi?

Gözümdən qurumur aləmin nəmi,

Gah zili inlətmə, gah da ki bəmi,

Şəninə şərqilər qoşanda soruş.


Getmir ürəyimlə ağılım yola,

Könül tellərini qoyma dərd yola,

Qönçə çiçəyinə hər arı dola,

Arını bal yığan tər şanda soruş.


Ey dəli ilhamım, Şadiman tifil,

Olubdu dünyanın əlində səfil,

Onun hər qəmini götürməz min fil,

Gərçi arasan bu, nişanda soruş.

22. 09. 2002

BİR TƏNHA QAYIĞAM

Bir tənha qayığam dəryalara tuş,

Qalmışam hayqıran sellər içində.

Qanadı qırılmış, sanki qərib quş,

Uçmağım müşküldü yellər içində.
Ömrü elə qovur zamanın atı,

Günün əllərindən alır saatı,

Verir tufanlara elə həyatı,

Harayım boğulur illər içində.


Yaxşı ad öləndən sonra doğular,

Ölümün özü də ahdan boğular,

Sözlərim ürəklər üstə dağılar…

Varlığım köz olar dillər içində.


Ömür axıb gedən bulağa bənzər,

Zamanın sürdüyü ulağa bənzər,

Baş üstə saçlarım yaylağa bənzər,

Ağ çiçəklər açar tellər içində.


Şadiman, qoltuqda arama yuva,

Zirvəyə uçanlar düşərlər ova,

Olarsa bir misram qəlblərə dəva,

Gəzərlər sözümü ellər içində…

6. X. 2002

ÜRƏYİMDƏN QOPAR AHLAR…

Ürəyimdən qopar ahlar, bağrım başı fəqan edər,

Sınar könlüm sitəmlərdən yerə, göyə əfqan edər.

Dildən qopan harayımdan buludlar da sıxar-tökər,

Bu əzabı, bu zülümü can bədənlə birgə çəkər.

Ağlayaram için-isin, fələk bilməz qəmi neçin?

Gözlər üzər qan gölündə bu vəfalı ürək üçün.

İlham qapım bağlı qalar, gəlməz kimsə sorağına,

Misralarım axar sutək bu könlümün varağına.

Oyaq qalar bəbəklərim, yuxularım uçar ərşə,

Üzər məni ah, Allahım, bu həyacan, bu əndişə.

Alışaram, ocağıma düşər bir-bir hicran odu,

Ötməz məndən gecə-gündüz qəlbə düşən bu can odu,

Üzü gülməz Şadimanın ürəyinin cəfasından,

Ömür ötər dadmaz könül bu dünyanın vəfasından.

21. X11. 2002



ƏLACIN TAPMAĞA LOĞMAN GƏZİRƏM
Elə dolmuşam ki, yaz buludutək,

Könlü boşaltmağa zaman gəzirəm.

Gözlərim yaş tökür - islanır ətək,

Ahımı bükməyə duman gəzirəm.


Məni tərk etməyir heç həyacanım,

Ağrıya, acıya tutulub canım,

Yoxdur bir rahat, sakit ünvanım,

Dərddən qurtulmağa aman gəzirəm.


Taleyim ələmlər içində yanır,

Sanki saatlarım durub - dayanır,

İçimdən min cürə kədər oyanır,

Dərdi ağlamağa kaman gəzirəm.


Özümü tapmıram mən bu dünyada,

Batıb duyğularım qalıb röyada,

Qəlblərin rəngi var min cür boyada,

Soyuq vicdanlara iman gəzirəm.


Ələm ovsunlayıb bu həyatımı,

Batırır əzaba hər saatımı,

Büdrədir yollarda tale atımı,

Dərdi qul etməyə fərman gəzirəm.


Qüssənin ömürlə nədir birliyi?

Niyə unudulur haqqın birliyi?

Daim deyil canda o tən dirliyi,

Vaxtsız almamaqçın əcəl dirliyi-

Xəstə ürəyimə dərman gəzirəm.
Soyuq baxışların tufanı əsdi,

Qapımdan girməyə boran tələsdi,

Nədir bu dünyanın mənimlə qəsdi?

Qəmimi udmağa umman gəzirəm.


Şadiman yığılıb dərd dərdin üstə,

Odur ki, bu dünya qalıb can üstə,

Olubdu beyinlər, şüurlar xəstə,

Əlacın tapmağa loğman gəzirəm.

25. X11. 2002


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin