Кяримбяйли ширин ханым


QIYMADIN XOŞ ZAMAN MƏNƏ Allahım, de bu taleyi-



Yüklə 8,79 Mb.
səhifə23/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   19   20   21   22   23   24   25   26   ...   92

QIYMADIN XOŞ ZAMAN MƏNƏ

Allahım, de bu taleyi-


Niyə etdin yaman mənə?

Qalmadı heç canın heyi,

Oldu min ah, aman mənə.
Sən qovduqca mən yüyürdüm,

Ürəyimdə qəm əyirdim,

Dəyirmandan tən üyürdüm,

Canı etdin yaman mənə.


Alıb atdın bağrı oda,

Yandı külə döndü o da,

Gün görmədim mən, ey Xuda,

Bəxti verdin dərman mənə.


Ha çalışdın ağlatmağa,

Tale yolun bağlatmağa,

Dərdlərimi sağaltmağa,

Bir tapmadın loğman mənə.


Ürəyimin için yedim,

Mən ki, sənə canım dedim,

Allahım, bəs mən nə edim?
Qəm göndərdin umman mənə.
Yuğurduqca can xəmiri,

Mum eylədin, Rəbb, dəmiri,

Bəd hökmün sərt əmiri,

Viran etdi bu ömürü,

Verdin belə fərman mənə.
Şadimanı sən yaratdın,

Dərd içinə necə atdın?

Vurdun yara, hey qanatdın,

Qıymadın xoş zaman mənə.

25. X11. 2002

AH -ZAR İÇİNDƏ

Qoyub muradımı ah-zar içində,

Könül nə divanə cövlan edirsən?

Bir xəzan görünür hər bar içində,

Niyə ürəyimi tərlan edirsən?
Coşdurub qəlbimi min bir diləklə,

Oyun oynayırsan yenə fələklə,

Ələyib duyğumu hər gün ələklə,

Təbimi aləmə elan edirsən.


Mən sənə pəyandaz, sən mənə yağı,

Kəsilmir qapımdan qəmin ayağı,

De necə gəzdirim belə dayağı?

Məni öz canıma nalan edirsən.


Barın, dəli könül, qəlbi ac etdi,

Arzumu, duyğumu qəlbə tac etdi,

Coşmağın yarama nə əlac etdi?

Hər dərdi bağrıma ilan edirsən.


Bir kimsə çəkmədi mən təki zillət,

Əritdi sinəmi qəm dolu illət,

Başımda nəyim var əlində alət,

Mənim varlığımı yalan edirsən.


Sən ey can alanım, Şadiman xəstə,

Öldürüb gəlməkmi qəsdin can üstə?

Ürəyim qan ağlar elə ahəstə,

Onun hər guşəsin talan edirsən.

19. 05. 2003

YANDI KÖNLÜM FƏQAN İLƏ

Yandı könlüm fəqan ilə,

Ağızımda dil üşüdü.

Gün başladı əfqan ilə,

Vaxt qoynunda il üşüdü.
Bağ-bağçama xəzan gəldi,

Könlə bəxti yazan gəldi,

Haqq evindən azan gəldi,

Ürəyimdə tel üşüdü.


Gülzarımda çiçək açdı,

Sübh açıldı ətir saçdı,

Şeh yaxasın yellər açdı,

Bülbül öldü, gül üşüdü…

Gül bağrından qopdu nalə,

Yandı göylər, yerlər halə,

Günəş ərşdə od piyalə,

Batdı getdi, yel üşüdü.


Duman aldı könül bağın,

Əydi külək hər budağın,

Titrətdi çən qəlb yarpağın,

Üzündəki tül üşüdü.


Ey Şadiman, qanan başdı,

Könüllə təb pıçıllaşdı,

Zirvə ötdü, dağ dolaşdı,

Ocağımda közüm daşdı…

Alov altda kül üşüdü.

18. 05. 2003


AĞLATDI KÖNLÜMÜ QƏMİM

Ağlatdı könlümü qəmim büsbütün,

Bu qəmə bir çarə tapılmadı heç.

Çapıldı ürəyim, sanki Büsutun,

Dərdimin sinəsi qapılmadı heç.
Kimsədən bulmadım ağrıma əlac,

Qoydu ələmlərim başa min bir tac,

Mən dərdə bihudə, dərd mənə möhtac,

Düşdüyü yolundan sapılmadı heç.


Gecəm ələminə mehmanə uydu,

Kipriklər ağrımın şehini duydu,

İslatdı yuxumu qəm ilə yudu,

Zülmü daş-divarə yapılmadı heç.


Etdi zalım fələk mənə cəzanı,

Başa qul eylədi ürək əzanı,

Yaradan özüdü verən cəzanı,

Qəmimin qalası çapılmadı heç.


Deməyin Şadiman dərdə peşiman,

Hər ələmin sonu gətirər iman,

Allahdan gəlməsə bəndəyə fərman,

Kimsənin bağırı çapılmadı heç.

18. 05. 2003
SINDI HƏYATIMIN ŞADLIQ KUZƏSİ
Sındı həyatımın şadlıq kuzəsi,

Ürəyim ağlayıb fəqan eylədi.

Qəlbi parçaladı qəmin nizəsi,

Ömrümün hər anın al qan eylədi.


Dadmadım kimsədən bir nəş’əli söz,

Tökdü buludlartək leysanları göz,

Sinəmin içində alışdıqca köz,

Yerlər, göylər mənə can-can eylədi.

Hər ahın fəraqı bağrımı diddi,

Yolumun üstündə tikanlar bitdi,

Anlarım tökülüb əlimdən itdi,

Tale hər dərdimdən bir şan eylədi.
Bitmədi bəxtimin qəm fərmanı heç,

Bir kimsədən gəlməz qəlb dərmanı heç,

Ağrımın, acımın yox loğmanı heç,

Fələk hər yarama min can eylədi.


Çaldı ürəyimi ilantək yetən,

Bəxtimin üstündən xətt çəkdi ötən,

Sinəmin içində ağrıdı bitən,

Yetən könlü qəlbə nişan eylədi.


Şadiman dünyadan bulmadı şəfa,

Oldu ömrü ona qeylü-qal, cəfa,

Gedənlər bilir ki, yox canda vəfa…

Tənə əzrayılı o xan eylədi.

13. 05. 2003
ÜRƏYİMİ OVLAYIR
Duyğularım baş-başa,

Qurub qəlbdə tamaşa,

Bürünübdü qumaşa,

Verir ağrını başa,

Ağlımı alovlayır,

Ürəyimi ovlayır.


Zamanıma yol açır,

Alıb könlümü qaçır,

Başıma bəla açır,

Günəş təki od saçır,

Hisslərimi tovlayır,

Ürəyimi ovlayır.


Duyğularım cəng edir,

Anlarımı dəng edir,

Ömrümü pələng edir,

Vaxtımı çələng edir,

Qəmi candan qovlayır,

Ürəyimi ovlayır.


Taleyimə şah olur,

Gecə padişah olur,

Həyacanı ah olur,

Yatmayır sabah olur,

Günümü söz-sovlayır,

Ürəyimi ovlayır.


Duyğularım bax belə,

Verməz saatı yelə,

Mizrabı vurur telə,

Alıb könlümü ələ,

Ocağımı qovlayır,

Dərdi qəlbdən qovlayır,

Ürəyimi ovlayır.

6. 05. 2003


AĞILIMDA MƏRƏKƏ

Ağlımda hey mərəkə,

Salır könlümü bərkə,

Anın hər biri tikə,

Zaman həzimə çəkə,

Fələyə əyləncədi,

Həyata işgəncədi.
Anlar bağrımın teli,

Əsdirir hicran yeli,

Başımdan aşır seli,

Zülmət, sübh Rəbbin eli,

Ağrıları gecədi,

Həyata işgəncədi.


Zaman atını çapır,

Vaxtı öz yolun tapır,

Ömürdən günü qapır,

Büdrəyən haqqdan sapır,

Saat kövrək, incədi,

Həyata işgəncədi.


Şadiman, an itirmə,

Vaxtını boş ötürmə,

Gün faydasız itirmə,

Boyna günah götürmə,

Sual-cavab necədi?…

Ruhuna işgəncədi.

5. 05. 2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin